Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “İllər keçir, bəzi yaralar sağalmır” Mədəniyyət
  • Ana oğlunu evdən çıxarmaq üçün məhkəməyə verdi Dünya
  • KİV: “Rusiya və Ukrayna atəşkəs üçün müəyyən razılığa gəliblər” Dünya
  • DİM-dən 300 bal toplasa da, adı siyahıda olmayan abituriyentlə bağlı AÇIQLAMA Təhsil
  • Hərbi qulluqçuların maaşlarının məbləğində dəyişiklik təsdiqləndi İqtisadiyyat
  • Azərbaycanda bir-birinə bənzəyən məşhurlar gündəm oldular – FOTO Mədəniyyət
  • Qadın alış-veriş edərkən canavarın hücumuna məruz qalıb Hadisə
  • Parisdən verilən mesaj: Makronun Azərbaycan dilində paylaşımı nəyin göstəricisidir? Siyasət

4000 metr buzun altındadır, amma mənfi temperaturda belə donmur: Bu hansı göldür?

Posted on 19 May 2026 By admin Şərh yoxdur 4000 metr buzun altındadır, amma mənfi temperaturda belə donmur: Bu hansı göldür?

NASA-nın məlumatına görə, Antarktidada yerləşən Vostok gölü təxminən 4000 metr qalınlığında buz təbəqəsinin altında gizlənib və dünyanın ən böyük buzaltı göllərindən biri hesab olunur.

Gölün səthi dəniz səviyyəsindən aşağıda yerləşir. Güclü buz təzyiqi və Yer qabığından gələn geotermal istilik səbəbindən şirin su gölü temperatur -3°C olmasına baxmayaraq donmur.

Rusiya elmi stansiyası olan Vostok stansiyasının altında yerləşən bu göl təxminən 15 milyon il əvvəl səthdən tamamilə təcrid olunub. Buna baxmayaraq, alimlər burada hələ də su səviyyəsinin dəyişdiyini, yəni gelgitə bənzər proseslərin baş verdiyini bildirir.

Su səviyyəsi Günəş və Ayın mövqeyindən asılı olaraq təxminən bir santimetr dəyişir. Vostok gölü qaranlıq, soyuq, qida maddələri baxımından kasıb və yüksək azot və oksigen konsentrasiyasına malik ekstremal bir mühitdir. Buna baxmayaraq, burada həyatın mövcud ola biləcəyi istisna edilmir.

2013-cü ildə aparılan tədqiqatlarda göl suyundan götürülən nümunələrdə mikrob DNT-si aşkar edilib. Bəzi genetik ardıcıllıqlar məlum ekstremofil canlılarla üst-üstə düşsə də, digərləri elm üçün yeni olub. Bu da hələ tanınmamış mikroorqanizm növlərinin ola biləcəyini göstərir. Lakin bəzi tədqiqatçılar bu nəticələrin qazma avadanlıqlarından yaranan çirklənmə ilə əlaqəli ola biləcəyini istisna etmir.

Alimlərin fikrincə, hələlik qəti nəticə yoxdur və Vostok gölündə həyatın olub-olmaması məsələsi gələcək araşdırmalarla dəqiqləşəcək.

Son dövrlərə qədər Antarktidanın buz örtüyü tam əriyərsə, səthin necə görünəcəyi yalnız nəzəri ehtimallarla qiymətləndirilirdi. Lakin indi alimlər radar, qravimetriya və seysmik ölçmələrdən istifadə edərək buz altını daha dəqiq xəritələndirə bilirlər.

Süni peyklər, təyyarələr, gəmilər və hətta digər ekspedisiya vasitələri ilə toplanan məlumatlar sayəsində Antarktidanın əsas süxur quruluşu detallı şəkildə xəritələnir.

Maraqlı

Yazı naviqasiyası

Previous Post: ABŞ sakini hantavirusdan öldü
Next Post: Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək

Related Posts

  • Dibinə heç kim çatmayıb: Dünyanın ən dərin şirin su mağarası Maraqlı
  • Bu qidalar böyrək daşı yaradır Maraqlı
  • Süni intellektə xərclər rekord həddə çatır – Bəs bəşəriyyət nə qazanır? Maraqlı
  • Pavel Durov müasir dövrün 11 fırıldağını açıqladı Maraqlı
  • Portağal şirəsindən daha yaxşı: D vitamini ilə zəngin 5 içki Maraqlı
  • Yer kürəsi 54 il fərqlə.. – FOTO Maraqlı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • ABŞ-nin ən yeni nüvə aviadaşıyıcısı Qırmızı dənizə keçid edib Dünya
  • ABŞ vətəndaşlığından imtina üçün nə qədər ödəniş tələb olunur? Dünya
  • Tanınmış vəkilin ailəsində AĞIR İTKİ Cəmiyyət
  • “İflicdən sonra düşündüm ki, teatrla qurtardım” – Kubra Əliyeva Mədəniyyət
  • Azərbaycan qəhvə ixracına çəkdiyi xərci artırıb Ölkə
  • Daimi yorğunluğun səbəbi tapıldı – Qadınlarda daha çox rast gəlinir Cəmiyyət
  • Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb Kriminal
  • “Beşiktaş” Medinanı transfer etmək istəyir İdman

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by