Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Kreml Bakının Avrasiya İnkişaf Bankının səhmdar olmasını istəyir – Qaluzin Siyasət
  • Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək İqtisadiyyat
  • “Yaxşı ki, səviyyəsiz verilişlər yığışdırıldı” Maraqlı
  • AFFA “Qarabağ” və “Sabah”ı sərt cəzalandırdı İdman
  • Qaranlıqdakı gizli düşmən: Dünya əhalisinin yarısı 2050-də eynək taxacaq Dünya
  • SEPAH-ın Tehrandakı xəstəxanası hücuma məruz qalıb Siyasət
  • Evlərini əvəzləşmə qaydasında MTK-ya verənlərə XƏBƏRDARLIQ Ölkə
  • Tarif Şurası QƏRAR VERDİ Ölkə

Parisdən verilən mesaj: Makronun Azərbaycan dilində paylaşımı nəyin göstəricisidir?

Posted on 10 Mart 2026 By admin Şərh yoxdur Parisdən verilən mesaj: Makronun Azərbaycan dilində paylaşımı nəyin göstəricisidir?

“Beynəlxalq siyasi müstəvidə diqqət çəkən məqamlardan biri Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığından sonra verdiyi mesaj və bu mesajın Azərbaycan dilində paylaşılmasıdır. İlk baxışdan bu, sadəcə diplomatik jest kimi görünə bilər. Lakin məsələyə daha geniş geosiyasi kontekstdən baxdıqda bunun daha dərin siyasi məna daşıdığı aydın görünür”.

Bunu açıqlamasında Milli Məcliisn VI çağırış deputatı İltizam Yusifov deyib.
O bildirib ki, əslində bu addım bir həqiqətin etirafı kimi də qiymətləndirilə bilər: “Azərbaycan artıq regionda və daha geniş Avrasiya məkanında nəzərə alınmadan siyasət aparılması mümkün olmayan əsas aktorlardan birinə çevrilib.

Keçmiş gərginliklər və dəyişən reallıqlar
Bir müddət əvvəl Fransa-Azərbaycan münasibətləri kifayət qədər gərgin mərhələdən keçirdi. Xüsusilə Emmanuel Makron rəhbərliyi dövründə Fransa açıq şəkildə Azərbaycana  qarşı sərt ritorika nümayiş etdirilib, regiondakı proseslərdə birtərəfli mövqelər sərgilənib. Bu siyasət Bakıda haqlı narazılıq doğurub və iki ölkə arasında diplomatik münasibətlərin soyumasına səbəb olub. Lakin son dövrlərdə geosiyasi reallıqlar sürətlə dəyişir. Xüsusilə Cənubi Qafqaz regionunda formalaşan yeni güc balansı bir sıra dövlətləri öz siyasətlərini yenidən nəzərdən keçirməyə məcbur edir.
İkinci Qarabağ savaş nəticəsində Azərbaycanın qələbəsi təkcə ərazi bütövlüyünün bərpası ilə yekunlaşmadı, həm də regionun siyasi və iqtisadi xəritəsini dəyişdirdi. Bu gün artıq Cənubi Qafqazda yeni reallıq mövcuddur və bu reallığın əsas memarlarından biri də məhz Azərbaycandır.

Diplomatik jest, yoxsa siyasi siqnal?
Makronun Azərbaycan dilində paylaşım etməsi sadəcə simvolik addım deyil. Diplomatiyada bu cür jestlər müəyyən siyasi mesajların çatdırılması üçün istifadə olunur.
Fransa prezidentinin mesajında bir neçə mühüm məqam diqqəti cəlb edir. O, İranın Azərbaycana yönəlmiş hücumları fonunda ölkəsinin Azərbaycanla həmrəy olduğunu bildirib və eyni zamanda Fransanın vətəndaşlarının təxliyəsinə görə Bakıya təşəkkür edib.
Bu təşəkkür faktiki olaraq Azərbaycanın regiondakı praktiki rolunun qəbul edilməsi deməkdir. Çünki böhran vəziyyətlərində dövlətlər yalnız etibar etdikləri və təsir imkanlarına malik olan tərəfdaşlarla əməkdaşlıq etməyə üstünlük verirlər.
Makronun açıqlamasında diqqət çəkən digər məqam isə Ermənistan-Azərbaycan sülh prosesinə dəstək və Bakı ilə ikitərəfli münasibətləri yenidən inkişaf etdirmək istəyi ilə bağlı ifadələrdir.

Bu isə o deməkdir ki, Paris artıq regionda konstruktiv dialoq olmadan irəliləyiş əldə etməyin mümkün olmadığını anlayır”.

Azərbaycanın artan geosiyasi rolu
İ. Yusifov əlavə edib ki, bugünkü geosiyasi reallıqlar fonunda Azərbaycanın əhəmiyyəti təkcə regional çərçivə ilə məhdudlaşmır: “Ölkə artıq Avrasiya məkanında mühüm nəqliyyat və enerji qovşaqlarından birinə çevrilib.
Xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu getdikcə artır. Bakı həm enerji resurslarının ixracı, həm də Şərqlə Qərb arasında nəqliyyat və logistika əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan faktiki olaraq Avropa ilə Asiya arasında strateji körpü funksiyasını yerinə yetirir. Bu reallıq isə Avropa dövlətlərini, o cümlədən Fransanı, regiondakı siyasətlərini daha praqmatik şəkildə qurmağa vadar edir.
İran faktoru və regional balans

Son dövrlərdə İran ətrafında baş verən hadisələr də regionun siyasi mənzərəsinə ciddi təsir göstərir. Gərginliklərin artdığı bir vaxtda Cənubi Qafqazın sabitliyi daha da əhəmiyyətli məsələyə çevrilir.
Belə bir şəraitdə regionun əsas sabitlik faktorlarından biri kimi Azərbaycanın rolu daha da ön plana çıxır.

Bu səbəbdən də bir sıra Qərb ölkələri Bakı ilə münasibətlərdə daha konstruktiv mövqe nümayiş etdirməyə başlayır.
Makronun Azərbaycan dilində paylaşımı və Bakı ilə dialoqun yenidən aktivləşdirilməsi əslində dəyişən geosiyasi reallıqların göstəricisidir.

Bir zamanlar Azərbaycana qarşı sərt ritorika nümayiş etdirən bəzi siyasi dairələr bu gün anlayırlar ki, regionda uğurlu siyasət aparmaq üçün Bakı ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq vacibdir. Bu isə Azərbaycanın artan siyasi, iqtisadi və geosiyasi gücünün nəticəsidir.

Bu gün artıq aydın görünür ki, Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında yeni siyasi reallıq formalaşıb. Bu reallığın əsas xüsusiyyəti isə ondan ibarətdir ki, Azərbaycanla hesablaşmadan regionda davamlı siyasət aparmaq mümkün deyil”.

Siyasət

Yazı naviqasiyası

Previous Post: İlham Əliyev Müctəba Xameneyini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib
Next Post: Ceyhun Bayramov somalili həmkarı ilə Naxçıvana dron hücumunu müzakirə edib

Related Posts

  • Tramp İrana təşəkkür edib Siyasət
  • Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib Siyasət
  • İranın səfiri Rusiyadan göndərilən humanitar yardıma dəstəyə görə Azərbaycana təşəkkür edib Siyasət
  • İraqın hava məkanı daha üç gün bağlı qalacaq Siyasət
  • ABŞ dəniz piyadaları Cənubi Çin dənizində drona zərbə endirdi Siyasət
  • Kremlin çirkli savaşı: Qafqazdan silinən Rusiya İlham Əliyevə qarşı ailə üzərindən hücum edir – Aqil Ələsgər yazır Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • DYP rayonlara səfər edən sürücülərə müraciət etdi Ölkə
  • Kəsik ayağın sahibi 27 il sonra tapıldı Dünya
  • “Öldüyünə sevinirəm, artıq günahsız insanlara zərər verə bilməyəcək” – FOTO Dünya
  • “Oğlum məni rədd etməyib” – Mahir Emrelidən DANIŞDI Mədəniyyət
  • Bakının daşınmaz əmlak bazarında qiymət artımı: Hansı ərazilərdə mənzillər bahalaşıb? – VİDEO Cəmiyyət
  • “Diesel”in yaradıcısı vəfat etdi Dünya
  • Nazir yeni rəis təyin etdi – FOTO Ölkə
  • Valideynin əsəb və gərginliyi uşağa necə keçir? Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by