Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İradə Aşumova və tələbəsi məhkəməyə məcburi gətirildilər: “Cəmi 30 manat verilib” Cəmiyyət
  • Türkiyədə fəhlələri daşıyan mikroavtobus aşıb, ölən və xəsarət alanlar var Hadisə
  • Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir  Ölkə
  • Dəm qazı 19 yaşlı qızı xəstəxanalıq etdi Hadisə
  • Dubay əmiri Azərbaycan Prezidentini təbrik edib Ölkə
  • Mingəçevirdə beynəlxalq standartlı İngilis dili olimpiadası Təhsil
  • Sabah Bakıda 25 dərəcə isti olacaq Ölkə
  • Bakıdakı universitetlərin köçürülməsi ilə bağlı hökumətdən təklif Ölkə

Sürücülər bu xidmətlərə “mygov”dan müraciət edə biləcəklər

Posted on 16 May 2026 By admin Şərh yoxdur Sürücülər bu xidmətlərə “mygov”dan müraciət edə biləcəklər

“mygov” platforması üzərindən təqdim olunan rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənməkdə davam edir. Daxili İşlər Nazirliyinin nəqliyyat sahəsi üzrə təqdim etdiyi bir sıra xidmət və məlumatlar artıq “mygov” platformasına inteqrasiya olunub. Yeni inteqrasiya dövlət xidmətlərinin ayrı-ayrı sistemlərdən vahid rəqəmsal platformaya keçidi istiqamətində atılan növbəti addımlardandır.

Yenilik nəticəsində vətəndaşlar artıq müxtəlif platformalar arasında keçid etmədən nəqliyyat xidmətlərindən birbaşa “mygov” üzərindən yararlana biləcəklər. Bununla yanaşı, xidmətlərin daha əlçatan, sürətli və istifadəçi yönümlü təqdim olunması vətəndaş təcrübəsinin təkmilləşdirilməsinə xidmət edir.

“mygov” platformasına inteqrasiya olunan nəqliyyat xidmətləri və məlumatı aşağıdakılardır:

· Nəqliyyat vasitəsinin axtarışda və ya yüklü olub-olmaması haqqında arayış

· Sürücülük vəsiqəsinin dəyişdirilməsi

· Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış

· Nəqliyyat vasitəsinin texniki baxışı məlumatı

Qeyd edək ki, vətəndaşlar xidmətlərə mobil tətbiqin “Xidmətlər” bölməsindəki “Nəqliyyat” kateqoriyası vasitəsilə, veb portalda isə “Daxili İşlər Nazirliyi” bölməsini seçərək keçid edə bilərlər. Eyni zamanda nəqliyyat vasitəsinin texniki baxış məlumatına platformanın məlumatlar bölməsində baxa bilərlər.

“Nəqliyyat vasitəsinin axtarışda və ya yüklü olub-olmaması haqqında arayış” xidməti vətəndaşlara nəqliyyat vasitəsinin hüquqi statusu barədə məlumatı operativ şəkildə əldə etməyə imkan yaradır. İstifadəçilər müvafiq xidmətə daxil olaraq öz nəqliyyat vasitələri üzrə mövcud arayışları görüntüləyə, zəruri hallarda yeni müraciət formalaşdıra və sənədi rəqəmsal formada əldə edə bilirlər.

“Sürücülük vəsiqəsinin dəyişdirilməsi” xidməti vasitəsilə istifadəçilər müraciət prosesini tam rəqəmsal formada həyata keçirə bilirlər. Platforma sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı məlumatların yoxlanılması, foto seçimi, qeydiyyat orqanının müəyyən edilməsi və ödəniş mərhələlərinin vahid platforma üzərindən icrasına imkan yaradır. Müraciət tamamlandıqdan sonra yeni sürücülük vəsiqəsinin hazır olması barədə istifadəçiyə məlumat təqdim olunur.

“Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış” xidməti vasitəsilə vətəndaşlar nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı müraciəti rəqəmsal qaydada formalaşdıra bilirlər. İstifadəçi hadisə ilə bağlı zəruri məlumatları daxil etdikdən sonra müraciət aidiyyəti üzrə baxılmaq üçün göndərilir və arayış hazır olduqda platforma üzərindən təqdim edilir.

“Nəqliyyat vasitəsinin texniki baxışı” məlumatı isə artıq “mygov” platformasında rəqəmsal formada əlçatandır. Vətəndaşlar nəqliyyat vasitəsinə dair texniki baxış məlumatlarını platforma üzərindən baxa və istifadə edə bilərlər.

“mygov” mobil tətbiqini yükləmək üçün keçid: https://onelink.to/rryy4q

Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Xocalı rayonuna qayıdan daha 41 ailəyə açarlar təqdim edilib – YENİLƏNİB
Next Post: FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb

Related Posts

  • Mingəçevir şəhər sakini Həsənov Amil Oruc oğlu tərəfindən müraciət edilib. Cəmiyyət
  • Azərbaycanda bu ailələrə güzəşt tətbiq olunacaq Cəmiyyət
  • Mingəçevir İES MMC-nin direktoru Təhmasib Hüseynovun doğum günüdür Cəmiyyət
  • NİİM: Yağışa görə bəzi ərazilərdə nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb Cəmiyyət
  • Sakinlər narahatdır: Sahibsiz itlər uşaqlara hücum edir Cəmiyyət
  • Gecə yemək yeyənlərin nəzərinə – Bu xəstəliyə səbəb olur Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Rusiya Ukraynanın üç yaşayış məntəqəsini nəzarətə götürdü Dünya
  • Samuxda evdən 60 yaşlı kişi meyiti tapılıb Hadisə
  • Bu şəxslərə EV verilə bilər – Qanun nə deyir? Ölkə
  • Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu Dünya
  • Böyük hesab səhvi: Dəniz səviyyəsi illərdir yanlış ölçülüb Dünya
  • Azərbaycanda bu ailələrə güzəşt tətbiq olunacaq Cəmiyyət
  • İran bayrağı köynəyi ilə hücum: 2 ölü Dünya
  • Naxçıvanda İcazə blankları yeni ünvanda veriləcək Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by