Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Sevgililər Günü” qızıl-zinət bazarına necə təsir edib? – AÇIQLAMA Cəmiyyət
  • 40 min abonentin qaz təchizatında fasilə yaranacaq Ölkə
  • ABŞ oyundan çıxır: Parçalanan Avropa Rusiya ilə üz-üzə  Siyasət
  • Tramp: İranla bağlı planlaşdırılan hücum təxirə salınıb Siyasət
  • Azərbaycanda hər sürücünün tanıdığı adamdan ETİRAF: “Özüm də 40 manat cərimə olunmuşam” – VİDEO Cəmiyyət
  • Təcili yardım çağıranlar üçün mühüm xəbərdarlıq Cəmiyyət
  • Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq Ölkə
  • Arzu Əliyeva Bakı Ali Neft Məktəbində (FOTO) Təhsil

Reallıq çox sadədir: Bakı böhranların açar oyunçusudur

Posted on 6 May 2026 By admin Şərh yoxdur Reallıq çox sadədir: Bakı böhranların açar oyunçusudur

“Son illər qlobal sistemin sürətlə dəyişdiyi, geosiyasi və geoiqtisadi qarşıdurmaların dərinləşdiyi bir dövrdə Avropa İttifaqı öz tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır. ABŞ, Rusiya və Çin kimi güc mərkəzlərinin paralel təsir və təzyiq siyasəti, eyni zamanda Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə artan gərginlik Avropanın təhlükəsizlik və enerji arxitekturasını ciddi şəkildə sarsıdır. İqtisadi artım tempinin zəifləməsi, sənaye rəqabət qabiliyyətinin aşağı düşməsi və enerji asılılığının yaratdığı risklər qoca qitəni faktiki olaraq strateji çıxılmazlıqla üz-üzə qoyub”.

Bunu  açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik və Körfəz böhranı Avropanın strateji çevikliyinin məhdud olduğunu üzə çıxardı: “Ən önəmlisi isə odur ki, bu problemlər fonunda Avropa daxilində qərarvermə mexanizmləri bəzən siyasi manipulyasiyaların və qısamüddətli maraqların təsiri altına düşür.
Belə bir mürəkkəb şəraitdə alternativlərin mövcud olmasına baxmayaraq, Avropa bu alternativləri ya düzgün qiymətləndirmir, ya da siyasi səbəblərdən onları tam reallaşdıra bilmir. Halbuki Cənubi Qafqaz və Mərkəzi Asiya məhz bu boşluğu doldura biləcək strateji məkan kimi ön plana çıxır. Bu məkanın mərkəzində isə açar rolunu oynayan ölkə Azərbaycandır. Azərbaycan təkcə coğrafi baxımdan deyil, həm də geosiyasi və geoiqtisadi baxımdan Avropa ilə Asiya arasında real körpü funksiyasını yerinə yetirir”.

Deputat əlavə edib ki, bu reallıq artıq Avropanın bəzi rasional siyasi dairələri tərəfindən qəbul olunmaqdadır: “Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfəri zamanı vurğuladığı kimi, Azərbaycan Avropa üçün “vacib tərəfdaşdır” və bu tərəfdaşlıq yalnız enerji ilə məhdudlaşmır. İlham Əliyev də bu kontekstdə açıq şəkildə bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşdır və artıq Azərbaycan qazı Avropanın daha geniş coğrafiyasına, o cümlədən Almaniya və Avstriyaya çatdırılır. Bu, təkcə iqtisadi əməkdaşlıq deyil, həm də Avropanın enerji təhlükəsizliyi strategiyasının real dayağıdır.
Eyni zamanda, Avropanın bəzi institutlarının, xüsusilə Avropa Parlamenti və AŞPA kimi qurumların Azərbaycana qarşı qərəzli yanaşmaları bu strateji əməkdaşlığa ziddiyyət yaradır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu cür yanaşmalar Bakı ilə Brüssel arasında əlaqələri sabotaj edir və nəticədə zərər görən tərəf məhz Avropanın özü olur. Çünki reallıq ondan ibarətdir ki, Avropa ilə Mərkəzi Asiya arasında etibarlı, təhlükəsiz və iqtisadi cəhətdən səmərəli bağlantı məhz Azərbaycan üzərindən mümkündür.

Bu kontekstdə Ciorgia Meloninin Bakıya səfəri xüsusi əhəmiyyət kəsb edir. İtaliya kimi böyük Avropa iqtisadiyyatının Azərbaycanla əlaqələri dərinləşdirmək istəyi göstərir ki, Avropada praqmatik yanaşma güclənir. Meloninin qeyd etdiyi “enerji və bağlantılar eyni medalın iki üzüdür” fikri əslində yeni geosiyasi reallığın mahiyyətini açır. Azərbaycan yalnız enerji təchizatçısı deyil, həm də qitələri birləşdirən strateji qovşaqdır.

Bu baxımdan Orta Dəhliz layihəsi xüsusi önəm daşıyır. Şərqlə Qərb arasında ən qısa, təhlükəsiz və dayanıqlı marşrut kimi bu dəhliz Avropanın ticarət və logistika strategiyasında əvəzolunmaz rol oynayır. Azərbaycanın bu dəhlizdəki rolu isə alternativsizdir. Bu gün artıq açıq şəkildə demək olar ki, Azərbaycansız Avropa ilə Asiya arasında effektiv iqtisadi inteqrasiya mümkün deyil.
Digər tərəfdən, Azərbaycan yalnız tranzit və enerji ölkəsi kimi deyil, həm də regional sabitliyin təminatçısı kimi çıxış edir. Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, tranzit məhdudiyyətlərinin aradan qaldırılması və iqtisadi əlaqələrin bərpası regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edir. Bu isə dolayısı ilə Avropanın maraqlarına cavab verir”.

Deputat hesab edir ki, nəticə etibarilə, mövcud qlobal böhran şəraitində Avropa üçün real çıxış yolu ideoloji yanaşmalardan deyil, praqmatik və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıqdan keçir: “Azərbaycanla münasibətlərin bərabərhüquqlu və konstruktiv əsasda inkişaf etdirilməsi bu baxımdan strateji zərurətdir. Əks halda, Avropa həm enerji təhlükəsizliyində, həm də geoiqtisadi rəqabətdə daha da geri qala bilər.

Bugünkü reallıq çox sadədir. Qlobal böhranların həlli regional açar oyunçular üzərindən keçir. Cənubi Qafqazda isə bu açar oyunçu Azərbaycandır. Avropa bunu nə qədər tez və düzgün dərk edərsə, bir o qədər tez çıxış yolunu tapa bilər”.

Mürtəza

Siyasət

Yazı naviqasiyası

Previous Post: Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar həbs olunacaq
Next Post: Ərdoğan Makronu Ermənistandan Türkiyəyə buraxmayıb

Related Posts

  • İranın səfiri Rusiyadan göndərilən humanitar yardıma dəstəyə görə Azərbaycana təşəkkür edib Siyasət
  • Parisdən verilən mesaj: Makronun Azərbaycan dilində paylaşımı nəyin göstəricisidir? Siyasət
  • Ceyhun Bayramov Mövlud Çavuşoğluna qardaşına edilən hücumla bağlı zəng edib Siyasət
  • Moldova da Şərq Tərəfdaşlığı Regionunda Merlər Razılaşmasının 15 illiyi qeyd edilir Siyasət
  • Paşinyan: Bu, Azərbaycanla yeni müharibə demək olacaq  Siyasət
  • İranlı deputat: Müharibə illərlə davam etsə raketimiz tükənməyəcək Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • AB liderləri Orbanın tələsinə düşdülər – KİV Siyasət
  • Dubayda güclü partlayış olub Dünya
  • ABŞ, İsrail və İran arasında müharibə: Tehranda güclü partlayışlar eşidilir Siyasət
  • Pulunu ala bilməyən usta hördüyü divarı dağıtdı – VİDEO Cəmiyyət
  • Sən demə, təyyarədəki bahalı oturacaqların səbəbi bu imiş Maraqlı
  • Azərbaycanda zəlzələ oldu Ölkə
  • Krımda Rusiyaya məxsus hərbi təyyarə qəzaya uğrayıb: 29 ölü Dünya
  • 20-ci əsrdən bəri unudulan xəstəlik qayıtdı Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by