Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir Cəmiyyət
  • 23 yaşlı Azərbaycan vətəndaşı Antalyada faciəvi şəkildə öldü – VİDEO Hadisə
  • “Sea Breeze”dən şəhərin mərkəzinə tramvay xətləri ÇƏKİLƏCƏK Cəmiyyət
  • Mingəçevirdən olan Birinci Qarabağ müharibəsi şəhidinin nəşi tapıldı Hadisə
  • Təzəpir məscidində bayram namazı qılınıb Cəmiyyət
  • Azərbaycana gətirilən minik avtomobillərinin sayında kəskin azalma İqtisadiyyat
  • Rusiya MN: Gecə ərzində 389 Ukrayna PUA-sı vurulub Siyasət
  • Sabah leysan olacaq – XƏBƏRDARLIQ Ölkə

ABŞ, İsrail və İran arasında müharibə: Tehranda güclü partlayışlar eşidilir

Posted on 7 Mart 2026 By admin Şərh yoxdur ABŞ, İsrail və İran arasında müharibə: Tehranda güclü partlayışlar eşidilir

İranın paytaxtı Tehranda güclü partlayış səsləri eşidilir.
Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, partlayışlar İran paytaxtının bir neçə rayonunda eşidilib, lakin hansı rayonların zərər çəkdiyi dəqiqləşdirilməyib.
İsrail Müdafiə Ordusu mətbuat xidməti bundan əvvəl bildirib ki, İranın mərkəzi hissəsində, Tehranda İranın hərbi infrastrukturuna növbəti zərbə endirib. Qeyd edilib ki, zərbələrin endirilməsinə İsrail Hərbi Hava Qüvvələrinin 80-dən çox qırıcısı cəlb olunub.
Əməliyyat zamanı qırıcılar 230-a yaxın döyüş sursatı ataraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “İmam Hüseyn” adına Mərkəzi Hərbi Universiteti də daxil olmaqla bir neçə hədəfi vurub.
İsrail tərəfinin məlumatına görə, obyekt SEPAH-ın ehtiyat bazası və yığım kompleksi kimi, eləcə də müxtəlif bölmələrin yerləşdirilməsi üçün istifadə olunurdu. “Universitetdə İran rejiminin hərbi qüvvələrinə adi və fövqəladə şəraitdə xidmət edən obyektlər yerləşirdi. Orada raket bölməsinin bunkerləri və İsrail Dövlətinin ərazisinə raketlərin buraxılması üçün nəzərdə tutulmuş buraxılış infrastrukturu olan anbarı var idi”, deyə bəyanatda bildirilib.
Bundan əlavə, ballistik raketlərin yeraltı saxlama və istehsal obyektinə zərbə endirilib, İsrail ordusunun məlumatına görə, burada İran silahlı qüvvələrinin yüzlərlə hərbi qulluqçusu olub. Onun ərazisində bunkerlər və komanda mərkəzləri yerləşirdi. Qeyd olunub ki, İsrail qüvvələri ərazisinin atəşə tutulmasını azaltmaq məqsədilə İranın qərb və mərkəzi hissəsinin bir neçə rayonunda raketlərin buraxılış mövqelərinə hücum edib.
ABŞ isə İranın raket infrastrukturunun məhv edilməsinə yönəlmiş “Epik qəzəb” (Epic Fury) hərbi əməliyyatı çərçivəsində ölkədəki obyektlərə indiyə qədərki ən böyük hava zərbələri dalğasını həyata keçirib. Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent “Fox Business”in efirində bildirib.
Onun sözlərinə görə, son zərbə dalğası əməliyyat başlayandan bəri ən irimiqyaslısı olub: “Biz İranın raket buraxılış qurğularına və raket istehsal olunan müəssisələrə maksimum zərər vururuq. Biz onların potensialını əhəmiyyətli dərəcədə zəiflədirik. Əməliyyatımız sarsıdıcı xarakter daşıyır”.
“Fox News” telekanalının yaydığı məlumatda isə bildirilir ki, ABŞ “USS George H.W. Bush” aviadaşıyıcısının rəhbərlik etdiyi üçüncü aviadaşıyıcı zərbə qrupunu Yaxın Şərqə göndərməyə hazırlaşır. Telekanalın jurnalisti Lukas Tomlinsonun sözlərinə görə, üçüncü təyyarədaşıyan qrup tezliklə Atlantik okeanını keçəcək və İrana qarşı əməliyyata qoşula biləcək.
Qeyd olunub ki, ABŞ-İsrail hərbi əməliyyatının keçirildiyi ərazidə artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Abraham Lincoln” aviadaşıyıcısı var, ikinci aviadaşıyıcı – “USS Gerald R. Ford” isə hazırda Qırmızı dənizdə yerləşir.
Bu arada SEPAH-ın nümayəndəsi Əli Məhəmməd Naini ABŞ-ın strateji əhəmiyyətli su yolu ilə ticarət gəmilərini müşayiət etmək planları fonunda Hörmüz boğazında ABŞ hərbi gəmilərinə zərbələr endirməklə hədələyib.
Onun sözlərinə görə, İran tərəfi Vaşinqtonun davam edən regional münaqişə səbəbindən gəmiçiliyin xeyli çətinləşdiyi Hörmüz boğazında gəmiləri müşayiət etmək üçün hərbi dəniz qüvvələri göndərmək planlarını izləyir: “Biz onları səbirsizliklə gözləyirik”.
Həmçinin, İran Hörmüz boğazında “Prima” neft tankerinə hücum edib. Bu barədə SEPAH-ın “Telegram”da dərc olunan bəyanatında deyilir.
Məlumata görə, tanker guya Hörmüz boğazında hərəkət qadağası və təhlükə barədə Hərbi Dəniz Qüvvələrinin (HDQ) xəbərdarlıqlarını nəzərə almadıqdan sonra dronla hücuma məruz qalıb: “Bu gün səhər “Prima” ticarət adı ilə tanınan neft tankeri HDQ-nin Hörmüz boğazında hərəkət qadağası və təhlükə barədə dəfələrlə xəbərdarlıqlarını nəzərə almadıqdan sonra dronla hücuma məruz qalıb”.
Siyasət

Yazı naviqasiyası

Previous Post: Ceyhun Bayramov: İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi
Next Post: DYP rayonlara səfər edən sürücülərə müraciət etdi

Related Posts

  • Stiv Uitkoff və Cared Kuşner Moskvadadır Siyasət
  • Latviya Rusiyaya etiraz notası təqdim edib Siyasət
  • ABŞ-nin Ukrayna siyasətində yeni mərhələ Siyasət
  • Türkiyə prezidenti İrana xəbərdarlıq etdi Siyasət
  • Müctəba Xamenei ilk dəfə açıqlama verdi Siyasət
  • Husilər Səudiyyə Ərəbistanı hərbçilərinə hücum edib – KİV Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını çağırdı Dünya
  • Cəlilabadda avtomobilin vurduğu piyada ölüb Hadisə
  • Délais de vérification d’identité sur les casinos en ligne : ce qu’il faut savoir Blog
  • Həmin ərazilərdən keçərkən daha diqqətli olun – Sürücülərin nəzərinə! Ölkə
  • Qué es el jackpot progresivo y cómo funciona Blog
  • Region mətbuatı, təhsil və gənclik – Kamal Əhmədovla söhbət Cəmiyyət
  • Sadə ürək yanması deyilmiş: təhlükəli xəstəliyin gizli əlaməti Cəmiyyət
  • No Deposit Casino Bonuses: Full UK Guide Blog

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by