Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Bu həftə hönkür-hönkür ağlayacaq BÜRCLƏR Cəmiyyət
  • Məşhur müğənniyə ilik köçürüləcək Mədəniyyət
  • Yaponiyada bir ilk: Birgə qəyyumluq hüququ Dünya
  • Ulu Öndər Heydər Əliyev və Azərbaycan Siyasət
  • Nazir: Azərbaycanda pay torpaqları sahəsi olduqca kiçikdir İqtisadiyyat
  • Bu sahədə işləyənlər 4 000 manatdan çox maaş alırlar – SİYAHI İqtisadiyyat
  • Hikmət Hacıyev: “Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib”  Ölkə
  • Moskvadan Bakıya uçan təyyarənin geri qayıtma səbəbi açıqlandı Ölkə

Deputat: Bunun ən təhlükəli tərəfi məzmunu deyil, niyyətidir

Posted on 21 Aprel 2026 By admin Şərh yoxdur Deputat: Bunun ən təhlükəli tərəfi məzmunu deyil, niyyətidir

“Aprelin 16-da Belçika və Niderland parlamentlərində qəbul olunan bədnam qətnamələr Azərbaycana qarşı yönəlmiş siyasi təxribatdır. Bu “dırnaqarası” sənədlər faktlara deyil, yalanlara, təhriflərə və əsassız ittihamlara əsaslanır”.

Bunu deputat Azay Quliyev parlamentdə çıxışı zamanı deyib.
O qeyd edib ki, onların müəllifləri və lehinə səs verənlər beynəlxalq hüququn prinsiplərini müdafiə etdiklərini iddia etsələr də, əslində həmin prinsipləri, xüsusilə dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığı, eləcə də qanunun aliliyi prinsiplərini kobud şəkildə pozduqlarının fərqindədirlər.

“Ən paradoksal məqam isə ondan ibarətdir ki, bu qətnamələr regionda sülh prosesinin irəlilədiyi, düşmənçiliyi və seperatizmi körükləyən  köhnə narrativlərin həm yerli, həm də beynəlxalq gündəlikdən tam çıxarıldığı vaxtda, o cümlədən, Azərbaycan və Ermənistan parlament sədrləri arasında konstruktiv dialoqun davam etdiyi gündə qəbul edilib”,-deputat vurğulayıb.

Deputat əlavə edib ki, bu sənədlərin ən təhlükəli tərəfi isə onların məzmunu deyil, niyyətidir:
“Çünki qətnamə müəlliflərinin başlıca məqsədi Azərbaycanla Ermçənistan arasında uğurla davam edən sülh və etimad quruculuğu prosesinə açıq zərbə vurmaq, gərginliyi və nifrəti artırmaq, revanşist qüvvələri ruhlandırmaqdır.

Görəsən, həm Belçika, həm də Niderland parlamentində eyni gündə Azərbaycana qarşı bu cür təxribata əl atanları, müharibə və insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri “müharibə əsiri” kimi təqdim edənləri nə birləşdirir?

Onların fəaliyyətini bu qədər sinxron şəkildə kim koordinasiya edir?
Başqa bir sual: Ermənistanda nəzərdə tutulan 7 iyun parlament seçkilərində Paşinyan hökumətinin seçki platformasının əsas xəttinin sülh gündəliyi olduğunu nəzərə alsaq, bu qətnamələrin eyni zamanda həmin seçki kampaniyasına zərbə olduğunu görməmək mümkündürmü?

O zaman bu cür ikrah hissi doğuran qətnamələri qəbul etməklə regiondakı müsbət proseslərin mane olmaqda kim maraqlıdır?
Məncə, hər iki sualın cavabı birdir: Ermənistanla Azərbaycan arasında sülhün daimi və qalıcı olmasını istəməyən, bu prosesi özlərinin siyasi mövcudluğuna təhlükə hesab edən erməni diasporu və bölgədə itirdikləri geosiyasi təsir imkanlarını bərpa etməyə çalışan dairələr.
Qətnamə müəlliflərinin bu iki qüvvədən hansının sifarişilə hərəkət etdiyini araşdırmaq isə artıq Belçika və Niderlandın müvafiq qurumlarının işidir.

Hər iki qətnaməni qəti şəkildə pisləyir və bu ölkələri anti-Azərbaycan kampaniyasına son qoymağa, sülh prosesinə və beynəlxalq hüquqa hörmət etməyə çağırıram”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Sinif yoldaşı tərəfindən yandırılan şagirddən XƏBƏR VAR
Next Post: Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verdi

Related Posts

  • DYP rayonlara səfər edən sürücülərə müraciət etdi Ölkə
  • Azərbaycan və UN-Habitat WUF13 standartlarının gələcəkdə tətbiqi ilə bağlı Niyyət Məktubu imzalayıb Ölkə
  • Ceyhun Bayramov Stiven Dauti ilə Yaxın Şərqdəki hərbi eskalasiyanı müzakirə edib Ölkə
  • Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq Ölkə
  • Yollarda görünüş məhdudlaşacaq Ölkə
  • Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Rəsmi Bakı Azərbaycana dəstək verən ölkə və təşkilatlara təşəkkür etdi Ölkə
  • Boliviyada yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 22-yə çatıb Dünya
  • Mingəçevirdə beynəlxalq standartlı İngilis dili olimpiadası Təhsil
  • Rusiya İranla bağlı xəbərdarlıq etdi Siyasət
  • Mingəçevir məktəblərində zərərli vərdişlərə qarşı mübarizə tədbirləri davam edir. Cəmiyyət
  • Fermerin becərdiyi məhsul satılmalıdır, satılmasa üzü gülməz – Deputat Cəmiyyət
  • Avropa İttifaqı Gürcüstanı hədələdi  Dünya
  • Sabah hava necə olacaq? Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by