Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Zamirə Ədilova vəzifəsindən azad olundu Ölkə
  • Tehranla Ağ Ev razılaşmanı bu tarixdə imzalayacaq Siyasət
  • Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək Ölkə
  • 4000 metr buzun altındadır, amma mənfi temperaturda belə donmur: Bu hansı göldür? Maraqlı
  • Türkiyə XİN İsrailin hücumlarını pislədi Siyasət
  • Paytaxtın bu ərazilərində qaz olmayacaq Ölkə
  • Xaricdə yaşayan azərbaycanlıların DİQQƏTİNƏ Ölkə
  • “HƏMAS”ın tərk-silah ediləcəyi vaxt açıqlandı Dünya

Baş prokuror Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvilini qəbul edib

Posted on 1 Aprel 2026 By admin Şərh yoxdur Baş prokuror Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvilini qəbul edib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvilini qəbul edib.
Görüşdə dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin dinamik inkişafı xüsusi vurğulanıb.
Qeyd edilib ki, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yüksək səviyyəsi və dövlətlərarası dialoqun davamlı xarakteri siyasi, iqtisadi, nəqliyyat-logistika və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır. Bu münasibətlər, həmçinin hər iki ölkənin hüquq sistemləri və praktiki hüquqşünasları arasındakı əlaqələrin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Baş prokuror Kamran Əliyev xarici tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsinin Baş Prokurorluq üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək ölkələrimizin hüquq mühafizə orqanları, eləcə də vəkillik və məhkəmə qurumlarının təmsilçilərinin qarşılıqlı təcrübə mübadiləsinin hüquq sistemlərinin inkişafı baxımından mühüm töhfə verməsini vurğulayıb.
Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvili göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib, ölkələrimizin həm vəkillik qurumları, həm də hüquq-mühafizə orqanları arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Görüşdə iştirak edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov prokurorluq orqanları və vəkillər kollegiyaları arasında mövcud olan yüksək əməkdaşlıq əlaqələrinə toxunub, İrakli Kandaşvilinin Gürcüstan Vəkillər Kollegiyasının sədri kimi ilk rəsmi səfərininin Azərbaycana edilməsinin yüksək qiymətləndirildiyini qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən hüquq və qanunvericilik sistemində həyata keçirilmiş islahatlar və tətbiq edilən yeni hüquq institutları barədə fikir mübadiəsi aparılıb.
Daha sonra qonaqlar Baş Prokurorluğun cari fəaliyyəti, həmçinin Tarix muzeyi ilə tanış olub.
 




Ölkə

Yazı naviqasiyası

Previous Post: Serbiyada yüzlərlə tələbə polislə toqquşub
Next Post: Kəsik ayağın sahibi 27 il sonra tapıldı

Related Posts

  • Sabah 1600 abonentin qazı kəsiləcək Ölkə
  • Əhalinin nəzərinə: Təşvişə düşməyin! Ölkə
  • Qeyri-sabit hava bu tarixədək davam edəcək – XƏBƏRDARLIQ Ölkə
  • Müdafiə Nazirliyi PUA-larla bağlı məlumat yaydı Ölkə
  • Qatarlar qrafikindən kənara çıxa bilər – RƏSMİ Ölkə
  • Avropanın səhvi, Bakının üstünlüyü- Azərbaycansız nə enerji, nə təhlükəsizlik Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Niyə ağaclar göy üzünə qədər uzana bilmir? Cəmiyyət
  • İsrail ordusu İranla müharibə planlarını açıqlayıb Siyasət
  • İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb Dünya
  • İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib Siyasət
  • Cüdoçumuz Avropa Kubokunun qalibi oldu İdman
  • Qaz uğrunda savaş: İsrail bazara girir, Bakı üstünlüyünü qoruyur Siyasət
  • 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Dövlətçilik Tarixində Dönüş Nöqtəsi Siyasət
  • “Röyal adlı şəxs mənə qarşı 300 minlik dələduzluq edib” Kriminal

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by