Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Bu dəfə məşhur seriala çəkiləcək Mədəniyyət
  • Sticky vs Non-Sticky Casino Bonuses: What UK Players Need to Know Blog
  • Qlobal təhlükəsizlikdə – Bakı yumşaq güc və qlobal aktor rolunda Siyasət
  • Leysan, şimşək, dolu – SABAHIN HAVASI Ölkə
  • Kosmosda qiyamət sınağı: İki qara dəlik toqquşmağa hazırlaşır Maraqlı
  • Növbəti iki gündə yağıntılar intensivləşəcək – XƏBƏRDARLIQ Ölkə
  • Tutun tərkibindəki maddələr sağlamlıq üçün niyə vacibdir? Maraqlı
  • Hava kəskin dəyişir – XƏBƏRDARLIQ Ölkə

Özəl sektora imkan verilsə, 5 ilə ölkədə qəzalı binalar problemini həll edər – Fazil Mustafa

Posted on 13 Mart 2026 By admin Şərh yoxdur Özəl sektora imkan verilsə, 5 ilə ölkədə qəzalı binalar problemini həll edər – Fazil Mustafa

” Qəzalı vəziyyətdə olan yüzlərlə binanın taleyi ilə bağlı müəyyən addımlar atılsa və bəzi işlər görülsə də, əsas yük yenə də qarşıdakı illərə ötürülür. Əminəm ki, dövlət büdcəsindən müəyyən vəsait ayrılması və özəl sektorun bürokratik maneələrdən azad edilməsi şərti ilə yaxın 5 il ərzində ölkə ərazisində qəzalı binalar probleminə son qoymaq mümkündür”

Bunu  deputat Fazil Mustafa Milli Məclisdə hökumətin illik hesabatının müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Sabunçu qəsəbəsinin kanalizasiya sistemi yetərli səviyyədə olmadığına görə güclü yağış yağan kimi televiziya kanalları tərəddüd etmədən kameralarını həmin əraziyə yönəldir.

“Avtomobil yollarının üzərində faktiki olaraq süni göllər və palçıqlı zolaqlar yaranır. Drenaj sistemi yoxdur, yağış suları yolun kənarına axmır və günəş çıxıb qurudana qədər insanlar günlərlə palçıqlı küçələrdə hərəkət etmək məcburiyyətində qalır”,- o qeyd edib
Deputat əlavə edib ki, neft şirkətinə məxsus ərazilərin böyük əksəriyyəti Sabunçu rayonu ərazisində yerləşir:

“Müstəqilliyimizi qazandığımız dövrdən başlayaraq bu ərazilərdə xeyli sayda qanunsuz evlər və obyektlər tikilib. Ərazilərin bir hissəsində artıq neft hasilatı aparılmır. Adətən biz büdcəyə vəsait cəlb etməyin ən sadə yolu kimi məhkəmələr vasitəsilə cərimələrin tətbiqini və məbləğinin artırılmasını seçirik. Halbuki neft hasilatı aparılmayan ərazilərdə qanunsuz tikilmiş ev və obyektlərin özəlləşdirilməsi daha böyük vəsaitin büdcəyə cəlb edilməsinə imkan verə bilər və eyni zamanda vətəndaşların illərdir davam edən problemlərini həll edər.

Uzun müddətdir həmin ərazilərdə nə torpaqların təmizlənməsi həyata keçirilib, nə də 20-30 ildən artıqdır orada yaşayan insanların evlərinin özəlləşdirilməsi təmin olunub. Həmin torpaqlarda geniş park massivlərinin salınması istiqamətində də ciddi təşəbbüs görünmür. Aldığım məlumata görə, yeni çəkilən dörd-beş zolaqlı yolun Balaxanıya yaxın hissəsində böyük park kompleksinin salınması nəzərdə tutulur. Bu ideyanı alqışlayıram. Eyni parkın Balaxanı ilə Zabrat arasındakı yolun sol tərəfində yerləşən, geniş və hazırda boş qalmış, neft hasilatı aparılmayan ərazilərdə də salınması imkanlarına baxılmasını hökumətdən xahiş edirəm. Real olaraq 150 minə yaxın əhalisi olan Zabrat qəsəbəsində nümunə göstərmək üçün bir park tapmaq çətindir. Bu işi dövlət büdcəsinin vəsaiti hesabına deyil, sahibkarları stimullaşdırmaq yolu ilə də həyata keçirmək mümkündür. Hər bir ərazidə sahibkara bir obyekt, müəssisə və ya iaşə obyekti tikmək imkanı verilsə, həmin sahibkar həm parkın saxlanmasını təmin edər, həm də dövlət büdcəsindən əlavə vəsait xərcləmədən əhali üçün keyfiyyətli istirahət şəraiti yaradılar”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Azərbaycanda vəkillərin sayı açıqlanıb
Next Post: Avtobus zolağına girən “Ferrari” cərimə meydançasına salındı

Related Posts

  • Elektron Təhlükəsizlik Xidməti vətəndaşları saxta kurslarla bağlı ehtiyatlı olmağa çağırıb Ölkə
  • Hövsanda qaz olmayacaq Ölkə
  • Hansı qurumlar dəyişkən iş qrafikinə keçir? (VİDEO) Ölkə
  • Bibiheybət yolunda torpaq sürüşməsinin olduğu ərazi nəzarətdə saxlanılır – BİRGƏ MƏLUMAT Ölkə
  • Azərbaycanda yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ Ölkə
  • Bakıda M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Beyləqanda ağır qəza – Ata öldü, qızı yaralandı Hadisə
  • DİN: Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın Ölkə
  • Tailandda polis əməkdaşı taksi sürücülərini güllələdi Hadisə
  • Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəldi Siyasət
  • İlham İsmayılovdan Mingəçevir xanımlarına 8 Mart təbriki Cəmiyyət
  • Alisson Bekker onların hədəfindədir İdman
  • No Deposit Casino Bonuses: Full UK Guide Blog
  • Xəzər dənizində zəlzələ olub Hadisə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by