Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Mingəçevirdə liseydə kitab bağışlanma aksiyası keçirilib Cəmiyyət
  • Bakıda azyaşlı bağlı qapı arxasında qaldı Hadisə
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq Maraqlı
  • BƏƏ Tehrandakı səfirliyini bağlayır Dünya
  • Hakan Fidan: Yekun sülh üçün Bakının haqlı narahatlıqları həll olunmalıdır Siyasət
  • Xalq artisti Aygün Kazımova yeni görüntüləri ilə gündəmə gəlib. Cəmiyyət
  • Ölkədə işsizlərin sayı açıqlandı  Cəmiyyət
  • Tramp İranın təklifini qəbul etdi? – Danışıqlarla bağlı son vəziyyət Siyasət

Bu qidalar hamilə xanımlara olmaz

Posted on 15 Mart 2026 By admin Şərh yoxdur Bu qidalar hamilə xanımlara olmaz

Hamiləlik zamanı sağlam, qidalandırıcı yeməklər qəbul etmək lazımdır. Lakin hamiləlik zamanı qəbulu məsləhət olmayan bəzi qidalar da var. Baxmayaraq ki, onlardan bəziləri faydalı yeməklərdir, lakin sizin körpənizə problem yaratmaq ehtimalı da var. Bu səbəbdən qəbul etməməyiniz məsləhətdir.

9 ay ayrı qalmalı olduğunuz qidaları təqdim edir:

Az bişmiş və ya çiy yumurta:

Az bişmiş və çiy yumurtada olan salmonella bakteriyaları bağırsaq infeksiyasına və ishala yol açır. Ona görə yumurtanın tam bişməsindən əmin olmalısınız. Gün ərzində 2 yumurtadan artıq qəbul etmək olmaz. Yumurtanın sarısı alergik reaksiya verə bilər.

Kifli və pasterizə edilməmiş pendirlər:

Bu növ pendirlərdə olan listeria adlı bakteriya erkən doğum və hamiləliyin pozulmasına səbəb olur. Kifli və pasterizə edilməmiş pendirlər təhlükəli yoluxucu xəstəliklərə səbəb ola bilər. Hamilə xanımlar pasterizə edilmiş süd məhsulları yeməlidirlər.

Qaraciyər:

Hamilə qadınlara yüksək miqdarda A vitamini qəbul etmək məsləhət deyil. Ona görə hamilələr qaraciyər yeməkdən çəkinməlidir.

Çiy və ya az bişmiş ət:

Çiy və az bişmiş ətdə toksoplazma olur. Bu, hamiləliyin pozulmasına və erkən doğuşa yol aça bilər.

Qızartma və çips:

Qızartma xörəklərdə və çipsidə olan akrilamid maddəsi sinir sisteminə zərər verir. Bu maddə eyni zamanda xərçəng xəstəliyinin də yaranmasına səbəb ola bilər.

Dəniz məhsulları:

Kürü, istridyə, krevetka, az bişmiş qabıqlı dəniz məhsullarının hamiləlikdə yeyilməsi qadağandır.

Həddən artıq şəkər qəbulu:

Hazır qidalarla yanaşı, tort və peçenyelər, mürəbbə, bal və marmelad kimi həddən artıq şəkər ehtiva edən şirniyyatlar hamilələr üçün zərərlidir. Balın çox miqdarda qəbulu uşaqda diatezin yaranmasına səbəb ola bilər.

Bitki çayları, qara çay, qəhvə, qazlı, spirtli içkilər:

Normalda içilən müxtəlif bitki çayları hamiləlikdə həkimlə məsləhətləşmədən qəbul etmək olmaz. Bitki çayları uşaqlıq ağzı əzələlərinin yığılmasına səbəb ola bilər. Çaydan çox istifadə edən analarda qan azlığı və dəmir əskikliyi müşahidə edilir. Qəhvə ürək döyüntülərini artıraraq hamiləliyin pozulmasına, erkən doğuma səbəb olur. Qazlı içkilərdən çox istifadə isə qanda qlükozanın səviyyəsinin artmasına, mədə problemlərinə gətirib çıxara bilər. Çox şirin meyvə sularının tərkibində isə qatqı maddələrindən istifadə olunur. Hamiləlikdə spirtli içkilər içmək qəti qadağandır. Əks halda uşağın əqli inkişafında problemlər yarana bilər.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: ABŞ vətəndaşlığından imtina üçün nə qədər ödəniş tələb olunur?
Next Post: Orban: Macarıstan Zelenskinin təhdidlərinə boyun əyməyəcək

Related Posts

  • Mingəçevirdə baharın gəlişi münasibətilə ümumşəhər iməciliyi keçirilib Cəmiyyət
  • Babasıgilə gedib dayısının 10 min manat pulunu oğurladı Cəmiyyət
  • İdman zalında halı pisləşən 49 yaşlı şəxs ÖLDÜ Cəmiyyət
  • Şəbnəmdən İDDİALI AÇIQLAMA – “Onlara ən çox pul verən mənəm” Cəmiyyət
  • Təzə lobya sirkəli suda saxlanılmalıdır? Cəmiyyət
  • 2026-cı ildə bir həftə gecikən xəbər media sayıla bilərmi? – Rəqəmsal əsrdə köhnə qəzetçilik modeli çıxılmaz vəziyyətdədir Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycandan Rusiyaya pul köçürmələri azalıb İqtisadiyyat
  • Keçmiş “Şamaxı”lı Ermənistan klubuna keçdi İdman
  • Əməkdar artist qızını PAYLAŞDI: “Həyatımın ən böyük imtahanı…” – FOTO Mədəniyyət
  • Məzuniyyətindən istifadə edə bilməyənlər əlavə PUL ALACAQ Ölkə
  • Neftimizin qiyməti 94 dolları keçdi İqtisadiyyat
  • Mayda 14 gün iş OLMAYACAQ Ölkə
  • Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK Ölkə
  • Zaur ilk dəfə verilişinin bağlanmasından danışdı Mədəniyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by