Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Cənubi Afrikada dabaq xəstəliyinə görə fəlakət vəziyyəti elan edilib Dünya
  • Deputat: Bunun ən təhlükəli tərəfi məzmunu deyil, niyyətidir Ölkə
  • Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub Kriminal
  • Neymar Robinyonun oğlunu vurdu İdman
  • “Röyal adlı şəxs mənə qarşı 300 minlik dələduzluq edib” Kriminal
  • “Uzak şehir”in aktyoru məşhur serialda – FOTO Mədəniyyət
  • Avtobus zolağına girən “Ferrari” cərimə meydançasına salındı Hadisə
  • Növbəti iki gündə yağıntılar intensivləşəcək – XƏBƏRDARLIQ Ölkə

Bayram öncəsi ən çox verilən sual: Əfv olacaqmı?

Posted on 6 Mart 2026 By admin Şərh yoxdur Bayram öncəsi ən çox verilən sual: Əfv olacaqmı?

(Yazı “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə hazırlanıb)
Bu il Azərbaycanın milli bayramı olan Novruz və müqəddəs Ramazan bayramı eyni günə təsadüf edir. Bayramlar yaxınlaşdıqca cəmiyyətdə əfv sərəncamı ilə bağlı müzakirələr gündəmə gəlir. Elə məhbuslar da azadlığa qovuşmaq və əzizləri ilə birlikdə bayramlarını qeyd etmək istəyir.
Bəs, iki bayramın bir günə təsadüf etməsilə ilə bağlı əfv sərəncamı imzalana bilərmi?
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, əfv sərəncamını imzalamaq Prezidentin səlahiyyətindədir:
“Novruz bayramı yaxınlaşdıqca cəmiyyətdə Prezident tərəfindən əfv sərəncamının imzalanacağı ehtimalı artır. Novruz milli bayram kimi qeyd olunur və bu səbəbdən bayram ərəfəsində əfvlə bağlı suallar tez-tez gündəmə gəlir. Əfv mütəmadi təqvimlə deyil, siyasi-ictimai kontekst, humanitar yanaşma və dövlətin prioritetləri nəzərə alınmaqla verilir. Bayramlar və əlamətdar tarixlər əsasən humanitar və sosial kateqoriyalarla bağlı sərəncamların verilməsinə təsir edir. Azərbaycan dövlətinin hüquqi sistemində humanizm və mərhəmət prinsipləri fundamentaldır. Prezidentin bütün fəaliyyətinin mərkəzində insan amili dayanır və humanizm prinsipləri daimi olaraq tətbiq edilir”.
Əliməmməd Nuriyev ötən il may ayında verilmiş əfv sərəncamını xatırladıb:
“Bu sərəncam 200-dən artıq şəxsə şamil olundu. Həmçinin “Konstitusiya və suverenlik ili” ilə əlaqədar böyük amnistiya aktı qəbul edildi. Hazırda həmin sərəncamın icrası prosesi davam edir və aprel ayının sonunda başa çatmalıdır. Bütövlükdə amnistiya aktı 20 min nəfəri əhatə edir. Proses davam etdikcə bu rəqəmlər artacaq və yekuna  doğru yaxınlaşır”.
Komissiya üzvü əfv sərəncamının amnistiya icrası dövründə verilməsinin ehtimalını böyük hesab etmir:
“Prezidentin müstəsna konstitusiyon səlahiyyəti olduğu üçün konkret fikir söyləmək düzgün olmaz. Hazırda Əfv Komissiyasının iclasları keçirilmir. Adətən əfv sərəncamı  ərəfəsində komissiyanın iclasları keçirilir və bu proses həftələrlə davam edir. Komissiyanın katibliyi və Prezident Administrasiyasının hüquq mühafizə orqanlarının iş şöbəsi fasiləsiz işləyir, daxil olan məlumatları qəbul edir və sənədləri qaydaya salır. Hər müraciətlə bağlı arayış  hazırlanaraq komissiyanın sədri Samir Nuriyevə təqdim olunur”.
Əliməmməd Nuriyev əlavə edib ki, komissiyanın iclaslarının çağırılması sədrin səlahiyyətinə aiddir:
“Hazırda iclaslar keçirilmir və yaxın vaxtlarda əfv sərəncamının olacağını ehtimal etmirəm. Lakin amnistiya icrası başa çatdıqdan sonra əfv sərəncamı ilə bağlı ehtimal gündəmə gələ bilər. Buna görə də hər hansı dəqiq fikir söyləmək doğru olmaz”.
O, prosesin davamlı olacağına ümidini də ifadə edib:
“Bu günə qədər Prezident tərəfindən 71 əfv sərəncamı imzalanıb. Hər zaman cəmiyyətin gözləntiləri və humanizm prinsipləri nəzərə alınaraq belə sərəncamlar verilir. Amma sərəncamın nə zaman olacağını indidən söyləmək mümkün deyil”.
Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi – 600 mindən çox vergi borcu da var
Next Post: Sürücüsündən alıb idarə etdi – Piyadanın ayağını sındırdı, 5 manatla yola saldı

Related Posts

  • Miqren yalnız baş ağrısı deyil – Həkimdən xəbərdarlıq Cəmiyyət
  • Bədən siqnallarını düzgün oxumaq – Harda nə baş verir? Cəmiyyət
  • “Bolmart” qiymətdə müştəriləri belə aldadır – Fotofakt Cəmiyyət
  • Deputatdan təklif: Cərimələr minimum məbləğlə müəyyənləşdirilsin Cəmiyyət
  • Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş AÇIQLANDI Cəmiyyət
  • Mingəçevir Şəhər İcra Hakimiyyətində Xocalı soyqırımının 34-cü ildönümü anılıb Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Putin İlham Əliyevə təşəkkür etdi Siyasət
  • Türkiyə 2 min kilometr məsafəli raket proqramı üzərində işləyir Dünya
  • Aylarla beynini “söndürən” və ölməyən canlı Dünya
  • ASCO sədrindən tapşırıq – Qohumlar bir yerdə işləyə bilməyəcəklər Ölkə
  • İran Aİ ölkələrinin Hərbi Hava və Hərbi Dəniz Qüvvələrini terror təşkilatı elan edib Dünya
  • Hərbi qulluqçuların maaşlarının məbləğində dəyişiklik təsdiqləndi İqtisadiyyat
  • Məşhur dərmanın gözlənilmədən qaraciyərə xeyri olduğu sübut edildi Maraqlı
  • İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by