Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Trabzonspor” Türkiyə Kubokunun qalibi olub İdman
  • Əraqçi: İranın qonşu ölkələrlə problemi yoxdur Dünya
  • 50 mindən çox vəsaitin leqallaşdırılması iddiası – Zamin Zəkiyə 8 il həbs istənildi Kriminal
  • Azərbaycanda 9-cu sinif şagirdi özünü güllələyərək ÖLDÜRDÜ Hadisə
  • Yollarda görünüş məsafəsi məhdudlaşacaq Ölkə
  • Baş nazir qazla bağlı yeni qərar imzaladı Cəmiyyət
  • Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana gətirildi Kriminal
  • Kremlin çirkli savaşı: Qafqazdan silinən Rusiya İlham Əliyevə qarşı ailə üzərindən hücum edir – Aqil Ələsgər yazır Siyasət

İranda turizm iflic vəziyyətə: Tur agentlikləri müflis olur

Posted on 23 Fevral 2026 By admin Şərh yoxdur İranda turizm iflic vəziyyətə: Tur agentlikləri müflis olur

İranda 2020-ci ilin yanvarında Ukrayna sərnişin təyyarəsinin vurulması, ölkədə hökumətə qarşı etiraz aksiyaları və son olaraq ABŞ ilə yaşanan hərbi gərginlik turizm sektoruna ağır zərbə vurub. Ölkəyə gələn turistlərin sayı son illərin ən aşağı səviyyəsinə enib.
 “Etemad” qəzetinin iranlı tur bələdçisinin açıqlamalarına əsaslanaraq hazırladığı xəbərə görə, 2020-ci ildən sonra İrana gələn turistlərin sayında ciddi azalma qeydə alınıb.
Bildirilir ki, Ukrayna təyyarəsinin vurulmasından sonra başlayan azalma ölkədə baş verən etiraz aksiyaları, İsraillə yaşanan toqquşma prosesi və son olaraq ABŞ ilə hərbi gərginlik fonunda pik həddə çatıb.
Tur bələdçisi qeyd edib ki, 2020-ci ildən sonra İran turizm sahəsində əvvəlki mövqeyini itirib: “Ukrayna təyyarəsi vurulduqdan sonra Çin, rus və türk turistlər gəlirdi, lakin Avropa, Amerika və hətta Şərqi Asiyadan gələn turistlərin sayı demək olar ki, sıfıra endi. Son 6 ildə xarici turistlərin sayı 10 faizdən aşağı, avropalı turistlərin sayı isə 5 faizdən də aşağı düşüb. Turizm sektorunun bütün nümayəndələri 2020-ci ildən etibarən turizmin faktiki olaraq bitdiyini qəbul edir”.
12 günlük müharibə pandemiyadan daha çox təsir göstərib
Tur bələdçisi xüsusilə İran ilə İsrail arasında baş verən 12 günlük qarşıdurmanın İran turizminə COVID-19 pandemiyası dövründən daha ağır təsir göstərdiyini bildirib.
Onun sözlərinə görə, İrana səyahətin çətinləşməsi avropalı turistlərin alternativ istiqamət kimi İraqı seçməsinə səbəb olub: “İki həftə əvvəl İtaliyadakı bəzi tur operatorları ilə danışdım. Onlar artıq İrana tur təşkil etmədiklərini, bunun əvəzinə İraq, Əfqanıstan və Pakistanı alternativ kimi seçdiklərini dedilər”.
Bələdçi daxili turizm və iranlıların xaricə səfərləri barədə də danışıb. O bildirib ki, ölkədən çıxış turları da zəifləyib: “Xaricə tur təşkil edən bir çox agentlik müflis olub. Dolların məzənnəsinin artması, inflyasiya və müharibə və ya sülh vəziyyətinin qeyri-müəyyənliyi insanların xərcləmə cəsarətini azaldıb. Onsuz da xaricə gedən məhdud təbəqə də artıq səfərlərdən imtina edir”.
Dünya

Yazı naviqasiyası

Previous Post: “Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır
Next Post: Həqiqət Şahmuradovanın Doğum Günüdür – Təhsil İşçilərinin Səmimi Təbriki

Related Posts

  • Fransa Şərqi Aralıq dənizinə təyyarədaşıyan gəmi göndərdiyini inkar edir Dünya
  • Dünyanın ən kiçik səhrası hansıdır? – Hər şey o qədər də sadə deyil Dünya
  • Ərindən icazəsiz ata evinə gedən qadınlar HƏBS OLUNACAQ Dünya
  • Paşinyan ABŞ-nin vitse-prezidenti ilə görüşüb Dünya
  • 5000 il yaşı olan bakteriya müasir antibiotiklərə davamlı çıxdı: Bu nə deməkdir? Dünya
  • Yaponiyada mübahisə ölümlə nəticələndi: 17 yaşlı uşaq öldürüldü Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Vüsal Nəsirli onu özünə müşavir təyin etdi (FOTO) Ölkə
  • Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu Cəmiyyət
  • Həmkəndlisi ilə yeyib-içib, sonra öldürüb – Göygöldəki qətlin təfərrüatı – YENİLƏNİB Kriminal
  • İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub Siyasət
  • İranda yaşayış binasında partlayış baş verib, ölən və yaralananlar var Dünya
  • Rusiyada telefon dələduzluğuna qarşı radikal addımlar atılır Dünya
  • Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı Ölkə
  • İcra başçısı köməkçisini işdən çıxardı Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by