Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Azərbaycanda kredit kartlarına maraq azalır – Ekspert səbəbləri açıqladı Ölkə
  • Prezident Ramiz Fətəliyevlə bağlı Sərəncam imzaladı Ölkə
  • “Barselona” Rafael Leaonu transfer edə bilər İdman
  • Bakıda bu məktəbdə tədris DAYANDIRILDI – SƏBƏB Təhsil
  • Ukraynadan sərt addım: İranlı siyasətçi “qara siyahı”ya salındı Dünya
  • Bu sahədə işləyənlər 4 000 manatdan çox maaş alırlar – SİYAHI İqtisadiyyat
  • UFC prezidentindən azərbaycanlı azarkeşlərə xüsusi çağırış – VİDEO İdman
  • İmplant dövrü bitir – Yeni diş yetişdirən preparat sınaqda Dünya

Şəhid Şahin Heydər oğlu Kərimovun nəşi Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb

Posted on 19 Fevral 202619 Fevral 2026 By admin Şərh yoxdur Şəhid Şahin Heydər oğlu Kərimovun nəşi Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb

Fevralın 19-da birinci Qarabağ döyüşlərində itkin düşmüş, 2025-ci ildə aparılan ekspertlər zamanı şəxsiyyəti müəyyənləşdirilən şəhid Şahin Heydər oğlu Kərimov Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın məsul əməkdaşları, millət vəkili Aydın Mirzəzadə, məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin əməkdaşları, YAP şəhər təşkilatının, Bələdiyyənin, MDU-nun, Tibb və Turizm Kolleclərinin rəhbərliyi və üzvləri, təhsil, mədəniyyət, səhiyyə və idman müəssisələrinin, idarələrin və ictimai qurumların kollektivləri, qazilər, şəhid ailələrinin üzvləri, ictimaiyyət və mətbuat nümayəndələri, tələbə-gənclər iştirak ediblər.
Əvvəlcə şəhidin yaşadığı evin qarşısında vida mərasimi keçirilib, cənazə namazı qılınıb. Şəhidin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib.


Şahin Kərimov 14 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. 14 və 16 nömrəli orta məktəblərdə, yuxarı siniflərdə isə Kəlbəcər rayonunun Zar kəndindəki orta məktəbdə oxuyub. Kəlbəcər rayonunun Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Kəlbəcər rayon özünümüdafiə batalyonu tərkibində ermənilərə qarşı mübarizə aparıb, Ağdərə rayonunun kəndlərinin və Kəlbəcər rayonunun müdafiə edilməsi uğrunda vuruşub, bir sıra döyüş əməliyytalarında qəhrəmanlıqlar göstərib. Döyüşlər zamanı yaralansa da sağaldıqdan sonra yenidən döyüş bölgəsinə qayıdan Şahin Kərimov 1993-cü ilin 08 aprel tarixində Kəlbəcərin müdafiəsi zamanı ağır yaralanmış və itkin düşmüşdür.
Şahin Kərimovun nəşi 33 ildən sonra Meydançay ərazisində, keçmiş döyüş mövqelərindən birində aşkar edilmişdir.
Şəhid Şahin Kərimovun nəşi 19 fevral 2026-cı il tarixində Mingəçevir şəhərində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Dəfn mərasimində dualar oxunub.
Mərasimdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycanın ərazi bütövlüyünün qorunması, təmin olunması uğrunda döyüşlərdə həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Bu gün nəşi tapılaraq dəfn edilən Şahin Kərimovun valideynlərinə, əzizlərinə Allahdan səbir diləyib. Qeyd edib ki, vətənpərvər Azərbaycan övladları öz şücaətləri ilə, qəhrəmanlıqları ilə birinci və ikinci Qarabağ müharibələrində, digər terror hadisələri zamanı ölümün gözünə dik baxıblar, tariximizin şərəfli səhifəsini yaradıblar. Şahin Kərimov öz şərəfli həyatı ilə, cəsurluğu və vətənsevərliyi ilə əbədiyaşarlıq qazanıb. Şəhidlərimizin hər biri qəlbimizdə yaşayır, xatirəsi əziz tutulur. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun qazandığı böyük Zəfər tariximizin parlaq səhifəsini dünyaya tanıtdı və şəhidlərimizin qisası alındı. O vaxtdan sonra azad olunan ərazilərdə itkin düşən şəhidlərimizin tapılan qalıqları üzərində aparılan ekspert sayəsində kimlikləri məlum olur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.


Sonra Millət vəkili Aydın Mirzəzadə, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini çıxış edərək şəhidə Allahdan rəhmət diləməklə ailə üzvlərinə səbir diləmişlər.
Sonda Şahin Heydər oğlu Kərimova hərbi ehtiram əlaməti olaraq reaktiv atəş açılıb.

Allah rəhmət eləsin.

Esmira Hidayətova, Mingəçevir 

Ölkə

Yazı naviqasiyası

Previous Post: Mingəçevirdə 50 minə yaxın sakin tullantı haqqını ödəmir – İcra başçısından sərt xəbərdarlıq
Next Post: Mingəçevir məktəblərində zərərli vərdişlərə qarşı mübarizə tədbirləri davam edir.

Related Posts

  • AAYDA: Bibiheybət yolunda bərpa işlərinə başlanılıb Ölkə
  • İrandan daha 27 nəfər Azərbaycana təxliyə edildi Ölkə
  • Bu tarixlərdə küçələrə çıxmayın: Bakıda yollar bağlanır – SİYAHI Ölkə
  • Sabah hava necə olacaq? Ölkə
  • Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər Ölkə
  • Dubay əmiri Azərbaycan Prezidentini təbrik edib Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bu şəxslərin maaşları ARTIMLA GƏLƏCƏK – RƏSMİ İqtisadiyyat
  • Səhiyyədə yeni mərhələ: vətəndaş məmnunluğu  Ölkə
  • İsrail İranda yeni hava hücumları dalğası başladıb Siyasət
  • Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun başsağlığı Cəmiyyət
  • 200-dən çox Azərbaycan vətəndaşı Ciddədən təxliyə edildi Ölkə
  • Hövsanda qaz olmayacaq Ölkə
  • İraqın hava məkanı daha üç gün bağlı qalacaq Siyasət
  • “Beşiktaş” Medinanı transfer etmək istəyir İdman

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by