Qərb derbisində qalib müəyyənləşmədi
Misli Premyer Liqasının XXIV turunda qərb derbisi baş tutub. Yevlax şəhər stadionunda keçirilən “Kəpəz” və “Turan Tovuz” matçında qalib müəyyənləşməyib. Belə ki, hesabı ev sahiblərindən 55-ci dəqiqədə Rəhman Hacıyev açıb. Qonaqların bərabərlik qolunu isə 61-ci dəqiqədə Joarlem Santos vurub. Oyun 1:1 hesabı ilə başa çatıb.(qafqazinfo) Bu turdan sonra “Turan Tovuz” 45 xalla turnir cədvəlinin üçüncü,…