Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub. Yaralanan şəxs tanınmış fotoqraf Aysun Həsənli və onun qızıdır. Bu barədə onun həyat yoldaşı öz sosial hesabında paylaşım edib. O qeyd edib ki, həyat yoldaşı Aysunun və qızının vəziyyəti stabildir.