Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Uzak şehir”in aktyoru məşhur serialda – FOTO Mədəniyyət
  • Overçuk: Ermənistanda Rusiya qazından başqa heç bir qaz olmayacaq Dünya
  • Keçmiş “Şamaxı”lı Ermənistan klubuna keçdi İdman
  • AYNA: Naxçıvandan İğdıra və əks istiqamətdə indiyə kimi 1442 nəfər daşınıb Ölkə
  • Paşinyan Gürcüstanda səfərdədir Dünya
  • Bakıda 29 yaşlı oğlan HOTELDƏ ÖLDÜ Hadisə
  • İlk dəfə qızının üzünü göstərdi – FOTO Dünya
  • Krımda Rusiyaya məxsus hərbi təyyarə qəzaya uğrayıb: 29 ölü Dünya

Bu halda, Ermənistanda yeni seçki qaçılmazdır – Deputatdan sensasion proqnoz

Posted on 9 İyun 2026 By admin Şərh yoxdur Bu halda, Ermənistanda yeni seçki qaçılmazdır – Deputatdan sensasion proqnoz

“Nikol Paşinyanın partiyası bu seçkidə qələbə çalsa da, Ermənistanın mövcud seçki qanunvericiliyinə görə yerlərin sayı bu dəfə 101-dən 105-ə qaldırılan Ermənistan parlamentində “Vətəndaş  Müqaviləsi” 64 mandat qazanıb. Bu, təbii ki, sabit çoxluq deməkdir. Yəni bu deməkdir ki, hakim partiya yenə də təkbaşına hökumət formalaşdıracaq. Amma Azərbaycanla sülh məsələsi, ən azından bu yöndə proseslərin gözlənldiyi kimi rəvan gedəcəyi artıq sual altındadır”.

Bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Onun sözlərinə görə, çünki Ermənistan Konstitusiyasının 202-ci maddəsinə əsasən, konstitusiya dəyişikliyi ilə bağlı referenduma gedilməsi üçün parlamentdə azı üçdə iki səs çoxluğu, indiki halda 70 mandat tələb edilir ki, bu da yoxdur və olmayacaq.

Deputat əlavə edib ki, düzdür, belə olduqda “alternativ yol”a da əl atıla, yəni məsələ xalqın öz öhdəsinə buraxıla bilər: “O zaman Paşinyan hakimiyyəti referendum keçirilməsi tələbi ilə öncə 50 min imza toplanmalıdır. Parlamentdəki revanşist ünsürlər mövqelərində israrlı olarlarsa, onda onlar bu dəfə referendumun lehinə 300 min səs toplanmalıdır. Bu imza  toplanarsa, onda  parlamentdə mütləq çoxluğa ehtiyac duyulmur. Referendum keçiriləcəyi, konstitusiyaya dəyişiklik ediləcəyi və Azərbaycanla sülh müqaviləsi imzalanacağı təqdirdə belə, eyni səbəbdən onun parlamentdə təsdiqlənməsi problemi də var. Orasını da qeyd edim ki, “müstəqil dövlət institutları” adlandırılan qurumlara rəhbər və üzvlərin seçilməsi də indiki halda elə də asan görünmür. Söhbət Baş Prokuror, Ombudsman, Mərkəzi Seçki Komissiyasının tərkibi və Konstitusiya Məhkəməsinin hakimlərinin parlamentdə təsdiqlənmələrindən gedir. Bunun üçün gərəkən beşdə üç səs çoxluğu, yəni 63 mandat Paşinyanın partiyasında var, ancaq o partiyanın üzvlərindən cəmi 2 nəfər elektoratın bir hissəsi kimi satın alındığı, yaxud da hansısa səbəbdən Paşinyana tabe olmaq istəmədiyi halda burada da problemlər yaranır.
Ona görə də mən Ermənistan parlamentində yaxın perspektivdə 2018-ci ildə baş verənlərin təkrarlanacağını, yəni baş nazirin istefasını və parlamentin özünü buraxıb yeni seçkiyə gedə biləcəyini istisna etmirəm. Təcrübə göstərir ki, Paşinyan ancaq növbədənkənar seçkilərdə öz məqsədinə çata bilir.

Növbədənkənar seçkiyə bir halda ehtiyac duyulmaya bilər, o da Paşinyanın yarımçıqlığa son qoyub-qoymayacağı, Köçəryan, Karapetyan və müxtəlif cinayətlərdə günahlandırılan digər revanşist ünsürlər haqda xalqına verdiyi vədi yerinə yetirib-yetirməyəcəyi ilə bağlıdır”.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Azərbaycanın 5 aylıq büdcə göstəriciləri açıqlanıb
Next Post: Kanal 12: Tramp tələb etdi-İsrail İrana hücumları dayandırdı

Related Posts

  • Zelenski: Rusiya bu həftə Ukraynaya 2300-dən çox zərbə dronu və 108 raket atıb Siyasət
  • ABŞ-nin Yaxın Şərq üçün növbəti planı nədir? – Amerika nəşri Siyasət
  • “İsrail Yaxın Şərq müharibəsinin son fəslinə yaxınlaşır” Siyasət
  • İraqın hava məkanı daha üç gün bağlı qalacaq Siyasət
  • Media: ABŞ Hörmüzün blokadasına 15-dən çox hərbi gəmi cəlb edib Siyasət
  • KİV: İranın yeni müvəqqəti ali liderinin evi vuruldu – VİDEO Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Xameneinin həyat yoldaşı da ÖLDÜ Dünya
  • Netanyahu Livanda işğalın genişləndirilməsini əmr etdi Siyasət
  • Qavi “Barselona”ya qayıtmağa hazırlaşır İdman
  • “Azərbaycanda gördüklərim məni sevincdən ağlatdı” – Balkhisa Bashir Ölkə
  • Mingəçevirdə beynəlxalq standartlı İngilis dili olimpiadası Təhsil
  • Spiker: Korrupsiyaya qarşı mübarizə istiqamətində zəruri tədbirlər davam etdirilib Ölkə
  • “8 Noyabr”dakı dəmir yolu sökülür – 10 kilometrlik mikrotunel tikilir Ölkə
  • 50 mindən çox vəsaitin leqallaşdırılması iddiası – Zamin Zəkiyə 8 il həbs istənildi Kriminal

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by