Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İranda yaşayış binasında partlayış baş verib, ölən və yaralananlar var Dünya
  • Qara dəniz üzərində qeyri-adi bir bulud peyda oldu – FOTO Maraqlı
  • Mingəçevir şəhəri 12 saylı uşaq bağçasında.. Cəmiyyət
  • Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! – FOTO Cəmiyyət
  • Azərbaycanda bu əməli törədənlər həbs ediləcək Kriminal
  • İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib Ölkə
  • “Azərbaycanda gördüklərim məni sevincdən ağlatdı” – Balkhisa Bashir Ölkə
  • Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq Ölkə

ABŞ miqrasiya siyasətini sərtləşdirmək üçün bundan istifadə edə bilər

Posted on 31 May 2026 By admin Şərh yoxdur ABŞ miqrasiya siyasətini sərtləşdirmək üçün bundan istifadə edə bilər

ABŞ İmmiqrasiya və Gömrük Polisi (ICE) istintaqlarda kommersiya reklam texnologiyaları məlumatlarından istifadə imkanını araşdırır.

Bu barədə “Politico” yazıb.

Qeyd olunur ki, yanvar ayında ICE “Big Data” və “Ad Tech” təchizatçılarının idarənin istintaqlarına necə kömək edə biləcəyi barədə sorğu göndərib.

Söhbət alış-verişlər, onlayn fəaliyyət, saytlara baxış, tətbiq və sosial şəbəkələrdən istifadə ilə bağlı məlumatlardan gedə bilər. Sənəddə qeyd olunur ki, idarə potensial əməkdaşlıq üçün bir neçə şirkət seçmək niyyətindədir. Bununla belə, sorğu tədqiqat və informasiya xarakterli adlandırılıb.

Ekspertlər belə məlumatların ABŞ Prezidenti Donald Trampın administrasiyasının miqrasiya siyasətinin sərtləşdirilməsi çərçivəsində istifadə oluna biləcəyindən narahatlıqlarını ifadə edirlər. “Scope3” reklam şirkətinin rəhbəri Brayan O’Kellinin sözlərinə görə, miqrantların axtarışı və izlənməsi üçün reklam ekosisteminin tətbiqi məsələsinin qaldırılmasının özü ciddi narahatlıq doğurur.

ICE-dən vətəndaş azadlıqları və məxfiliyini nəzərə alaraq təhlükəli qanunsuz miqrantların deportasiyası üçün bütün qanuni vasitələrdən istifadə edildiyi bildirilib.

Nəşr qeyd edir ki, ABŞ-də hələlik şirkətlərin belə kommersiya məlumatlarını federal qurumlara satmasını birbaşa qadağan edən qanun yoxdur. Əvvəllər belə məlumatları ABŞ Daxili Təhlükəsizlik Nazirliyi, ICE, Gömrük-Sərhəd Xidməti və digər idarələr satın alıb.

Daha əvvəl ABŞ Konqresinə federal agentliklərin məhkəmə orderi olmadan broker məlumatlarına çıxışını məhdudlaşdıran qanun layihələri təqdim edilib, lakin bu təşəbbüslərlə irəliləyiş əldə olunmayıb

Dünya

Yazı naviqasiyası

Previous Post: Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Next Post: Avropa İttifaqından Rusiya ilə bağlı geri addım

Related Posts

  • Kubada Kommunist Partiyasının ofisinə hücum edilib Dünya
  • Ceffri Epşteynin oxşarı sensasiya yaratdı Dünya
  • Zelenskinin verdiyi cavab rüsvayçılıqdır – Orban Dünya
  • Kəsik ayağın sahibi 27 il sonra tapıldı Dünya
  • KİV: “Rusiya və Ukrayna atəşkəs üçün müəyyən razılığa gəliblər” Dünya
  • Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını çağırdı Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Baş prokuror Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvilini qəbul edib Ölkə
  • Bu təhsil müəssisələrində yeni sertifikasiya metodu tətbiq ediləcək Təhsil
  • Naxçıvanda İcazə blankları yeni ünvanda veriləcək Ölkə
  • Sürücülərin diqqətinə! Cəmiyyət
  • Fars körfəzi ölkələri raket və PUA-ların hücumları barədə məlumat verib Siyasət
  • Səhiyyədə yeni mərhələ: vətəndaş məmnunluğu  Ölkə
  • Məşhur müğənniyə ilik köçürüləcək Mədəniyyət
  • Qəhrəmanlar unudulmur Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by