Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Vətəndaşlardan alınan daşınmaz əmlaka kompensasiyaların həcmi artırılsın – Deputat İqtisadiyyat
  • Paşinyan: Bu, Azərbaycanla yeni müharibə demək olacaq  Siyasət
  • 8 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü Hadisə
  • Dar geyim sağlamlığınıza necə təsir edir? Cəmiyyət
  • Məşhur dərmanın gözlənilmədən qaraciyərə xeyri olduğu sübut edildi Maraqlı
  • Azərbaycanda bir qrup şəxsə güzəştli kreditlər veriləcək – FƏRMAN Ölkə
  • NYT: Hörmüz boğazında gəmilərə hücumlar artır Siyasət
  • Ramazan ayının on ikinci gününün DUASI Cəmiyyət

Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA

Posted on 6 May 2026 By admin Şərh yoxdur Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA

Küçədə öz evinin, həyət qapısının qarşısında və ya divarının yanında nəqliyyat vasitələrini saxlayan şəxslərin 80 manat cərimələndiyi deyilir.

Bəzi vətəndaşlar bildirir ki, onlara deyilib ki, maşını ancaq evin sərhədləri daxilində saxlamağa icazə verilir.

Maraqlıdır ki, parklanma ilə bağlı məsələ uzun illərdir qanunvericilikdə olmasına baxmayaraq nəqliyyat vasitəsi sahibləri deyir ki, yazılan cərimələr yenidir. Onlar qeyd edir ki, 10 ildir avtomobilini məsələn, divarının dibində saxlayıb və heç bir problem olmayıb, indi isə cərimə yazılır. Avtomobil sahibləri buna səbəb kimi həyətlərinin kiçik olmasını göstərirlər.

Mövzu ilə bağlı  danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, avtomobilləri yolu bağlayacaq şəkildə saxlanılması yolverilməzdir:

“Həyətlərdə avtomobillərin park edilməsi xüsusilə alternativ yollarda nəqliyyatın hərəkətinə təsir göstərir. Bəzi alternativ və məhəllədaxili yollarda hamı deyir ki, “evimin qarşısında saxlamışam”. Hərə öz evinin qarşısında saxlayanda yanğınsöndürən, təcili tibbi yardım kimi operativ nəqliyyat vasitələri hərəkət edə bilmir. Bütün bunları nəzərə almaq lazımdır”.

Ekspertin sözlərinə görə, əgər nəqliyyat vasitəsinin saxlanıldığı yer dayanma-durmanın qadağan edildiyi yer deyilsə, burada hər hansı bir məhdudiyyət qoyula bilməz:

“Amma ümumi hərəkətə mane olursa, əlbəttə, cərimə yazılması haqlıdır.

Siz gecələr bəzi məhəllə yollarına çıxıb baxın, görün, nə vəziyyətdədir. Avtomobili harada gəldi atıb gedirlər. Gecələr bir faciə yaşansa, yanğınsöndürənlər oraya girə bilməsə, bütün məhəllə yanıb kül olacaq. Həqiqətən bu istiqamətdə çox ciddi problem var. İndidən bununla mübarizə aparmaq lazımdır. Adamlar da maşın alanda düşünməlidirlər ki, bunu harada saxlayacağam. Fikirləşməlidirlər ki, gedib onun-bunun qapısının ağzında saxlamamalı, yolunu kəsməməliyəm.
Pulun var getdin maşın aldın, bəs onu harada saxlayacaqsan?! Adını qoymusan həyət evi, amma həyətdən başqa hər şey var. Ona görə də bu məsələdə avtomobillərin cərimələnməsini qınamıram. Hesab edirəm ki, yanaşma tam doğrudur. Maşın alıblarsa, zəhmət çəkib oun normal yerdə parklanmasını da təmin edə bilsinlər”.

E.Muradlı son olaraq əlavə edib ki, parkinq məsələsini eyni ərazidə yaşayan şəxslər bir araya gələrək həll edə bilərlər:

“Yığışsınlar məhəllədaxili bir iclas keçirsinlər, icra nümayəndəinə desinlər, digər qurumlarla razılaşsınlar, yer alıb parklanma yeri yaratsınlar, problemlər olmasın”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Bu şəxslərin maaşları ARTIMLA GƏLƏCƏK – RƏSMİ
Next Post: Asif Nəsirli dəfn edildi 

Related Posts

  • 40 min abonentin qaz təchizatında fasilə yaranacaq Ölkə
  • Direktor işdən çıxarıldı – YENİ TƏYİNAT Ölkə
  • Prokurorluq orqanlarına məxsus nəqliyyat vasitələri operativ kateqoriyaya daxil edilir Ölkə
  • Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndəriləcək Ölkə
  • WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib Ölkə
  • Latviya Prezidenti Edqars Rinkeviçs “Bakı Ağ Şəhər”də olub – FOTO Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Luçesku süni komaya salındı İdman
  • Xamanei ilə vida mərasimi təxirə salındı Dünya
  • Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR Dünya
  • Bakı faktoru ilə hesablaşan Brüssel: Strateji tərəfdaşlığın yeni mərhələsi Ölkə
  • LaGuardia hava limanında qəza – pilotlar həlak olublar Dünya
  • Ceyhun Bayramov Mövlud Çavuşoğluna qardaşına edilən hücumla bağlı zəng edib Siyasət
  • Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanıldı Kriminal
  • Deputatlardan etiraz: Nə vaxt bu yad adlardan əl çəkəcəyik  Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by