Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Prezidentin çıxışı və diplomatik təxliyə qərarı bir-birini tamamlayan tədbirlərdir” – Ekspert Ölkə
  • İsveçrədə 80 sərnişini daşıyan qatar relsdən çıxıb Hadisə
  • 16 min şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib – Baş nazir Cəmiyyət
  • Netanyahunun mətbuat katibi istefa verir Dünya
  • Bakıda və Abşeronda güclü külək əsir, regionlarda duman var – FAKTİKİ HAVA Ölkə
  • Hərbi qulluqçuların maaşlarının məbləğində dəyişiklik təsdiqləndi İqtisadiyyat
  • Azərbaycanda 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək Ölkə
  • Orban: Macarıstan Zelenskinin təhdidlərinə boyun əyməyəcək Siyasət

“Elvin Azərbaycan futbolunun aparıcı oyunçularındandır” – Rəşad Sadıqov

Posted on 28 Aprel 2026 By admin Şərh yoxdur “Elvin Azərbaycan futbolunun aparıcı oyunçularındandır” – Rəşad Sadıqov

“Zirə” Misli Premyer Liqasının 29-cu turunda səfərdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib.

“Qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Oyun bizim üçün yaxşı başladı. Erenlə qol epizodu yaratdıq. Daha sonra qol vurduq, amma ofsayd qeydə alındı. 15-30-cu dəqiqələr arasında üstünlük “Turan Tovuz”un tərəfində idi. Standart vəziyyətlərdən biri qolla nəticələndi. Standart vəziyyətlərdə təhlükəli olan Joarlem Santosla Roderik Miller bu gün oyunda olmasa da, rəqib qol vurdu. 35-ci dəqiqədən sonra üstünlük bizdə idi. İkinci hissədə komandam yaxşı çıxış etdi, sürəti artırdı. Hesabı bərabərləşdirdik. Yaxşı hücumlarımız var idi. Önə keçə bilərdik. “Turan Tovuz”la səfər oyununda 1 xal yaxşı nəticədir.

– Rəvan Həmzəzadənin idarəçiliyi barədə nə düşünürsünüz?

– Rəvan Həmzəzadə çempionatın təcrübəli və yaxşı hakimlərindən biridir. Bu gün meydanda gərgin mübarizənin keçəcəyi bəlli idi. Ona görə də onun təyinatı normaldır.

– Bəzi klublar məğlubiyyətin səbəbini hakimlərin üstünə atır. Siz necə düşünürsünüz?

– Ötən mətbuat konfransında hakimliklə bağlı suallar oldu. Bu gün meydanda yaxşı iş görən iki komanda var idi. Yaxşı futboldan danışmaq olar. Bu oyunun dəyərini vermək lazımdır. Çempionatımızda futbolun keyfiyyəti artır. İnanıram ki, növbəti illərdə daha da yaxşı olacaq.

– Sizin üçün kubok, yoxsa çempionat prioritetdir?

– Biz də hesab-kitab edirik. Çempionatda “Araz-Naxçıvan” və “Neftçi” ilə gərgin mübarizə gedir. “Sumqayıt”ı da siyahıdan çıxarmaq olmaz. Çempionatı 4-cü yerdə bitirməyi çox istəyirik. Digər tərəfdən kubokun finalında “Sabah” kimi rəqib var. İlin əvvəlində bilirdik ki, avrokuboklara qatılmaq çətin olacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. İstəyərəm ki, avrokuboklara gedən komandalarda biri biz olaq.

– Elvin Cəfərquliyevin “Qarabağ”da əsas komandadan uzaqlaşdırılmasını necə şərh edərdiniz?

– Məyusedicidir. Nə baş verdiyini dəqiq bilmirəm. Klub onu açıqlamır. Bircə onu bilirəm ki, Qurban Qurbanov bir yerli futbolçuya qarşı belə sərt addım atıbsa, demək ki, əsası var. Elvinin müsahibələrini görmüşəm. İntizamsız davranışları barədə danışıb. Ehrimal edirəm ki, nəsə ciddi bir şey baş verib və Qurban müəllim belə qərar verib. Elvin Azərbaycan futbolunun aparıcı oyunçularından biridir. İnanıram ki, hər şey yoluna düşər.

– Onu “Zirə” görmək istəyərsiniz?

– Hər məşqçi komandasında Elvin kimi futbolçunu görmək istəyər.

– Kubokun finalını nəzərə alıb “Qəbələ” və “İmişli” ilə oyunlarda rotasiyalar edəcəksiniz?

– Bir çox oyunda rotasiyalar etmişik. Qarşıdakı matçlarda da futbolçuların durumuna görə plan quracağıq. Çalışacağıq ki, həm çempionat oyunlarında, həm də finalda ideal vəziyyətdə olaq.

– Giorgi Papunaşvili son vaxtlar az oynayır. Bunun səbəbi nədir?

– Bizdə son dönəmlərdə sistem dəyişikliyi oldu. Son vaxtlar 5-4-1 sistemi ilə çıxış edirik. Sırf sistemlə bağlı məsələdir. Bu gün iki dəqiqə də qol vura bilməsəydik, Papunaşvilini oyuna buraxacaqdım.

-Müqaviləsi bitən futbolçularla danışıq aparırsınız?

– Avrokuboklara gedib-getməmək istənilən klubun siyasətinə təsir edir. Həmişə mövsümün sonunu gözləmişik. İndi də səbrli davranırıq. Bəzi oyunçularıa ilkin danışıqlar aparmışıq. Avrokuboklara vəsiqəni təmin etsək, danışıqlar daha rahat olacaq.

– Abbas Hüseynovun adı “Zirə” ilə hallanır. Bu nə dərəcədə realdır?

– Xeyr, bizim gündəmimizdə deyil. Bizdə həmin mövqedə Qismət Alıyev çıxış edir. Bəlkə gələcəkdə ola bilər. Amma bu gün belə söhbət yoxdur.

İdman

Yazı naviqasiyası

Previous Post: Türkiyədə polislərə atəş açıldı
Next Post: 2 qolla 3 xal qazandılar

Related Posts

  • İdman
  • “FIFA Series – 20″26 turnirində DƏYİŞİKLİK EDİLDİ İdman
  • Bakıda idman qidaları ilə bağlı fitness zallarında reyd keçirib, qanunsuzluqlar aşkarlanıb İdman
  • Zidan Fransa millisinin sükanı arxasına keçir: Deşamı əvəz edəcək İdman
  • Azərbaycan Basketbol Liqasında yarımfinal cütləri məlum olub İdman
  • “Qarabağ” – “Sabah” matçında 6 qolluq heç-heçə qeydə alınıb İdman

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Tehran Vaşinqtondan kompensasiya tələb etdi – Şərtlər AÇIQLANDI Siyasət
  • Qaz uğrunda savaş: İsrail bazara girir, Bakı üstünlüyünü qoruyur Siyasət
  • Araşdırma: Maço ölkələr daha bədbəxtdir Dünya
  • “Bolmart” qiymətdə müştəriləri belə aldadır – Fotofakt Cəmiyyət
  • Yanaşı iki mağaza – Necə olur ki biri yaxşı qazanır, digəri yox? Cəmiyyət
  • Yaponiyada mübahisə ölümlə nəticələndi: 17 yaşlı uşaq öldürüldü Dünya
  • İcra başçısı köməkçisini işdən çıxardı Ölkə
  • Pezeşkian qonşu ölkələrdən hücumlara görə üzr istədi Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by