Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • AQTA-dan sahibkarlara XƏBƏRDARLIQ İqtisadiyyat
  • Müctəba Xamenei ilk dəfə açıqlama verdi Siyasət
  • Həqiqət Şahmuradovanın Doğum Günüdür – Təhsil İşçilərinin Səmimi Təbriki Cəmiyyət
  • Şəxsi təyyarə qəzaya uğradı, iki milyonçu öldü Dünya
  • DYP rayonlara səfər edən sürücülərə müraciət etdi Ölkə
  • 60 mindən çox köçkünün müavinəti kəsilib Ölkə
  • “Qarabağ” kapitanını satarsa, nə qədər gəlir əldə edəcək? İdman
  • Bu ölkənin tankeri Hörmüz boğazını keçib Dünya

Deputatdan təklif: Belçika ilə parlamentlərarası qrupunun fəaliyyəti dayandırılsın

Posted on 21 Aprel 2026 By admin Şərh yoxdur Deputatdan təklif: Belçika ilə parlamentlərarası qrupunun fəaliyyəti dayandırılsın

“Belçika və Niderland parlamentlərinin son qətnamələri nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənmir. Bu sənədkər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasi aqressiyanın növbəti təzahürüdür”.

Bunu deputat Elçin Mirzəbəyli parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qətnamələrdə “suverenlik” və “ərazi bütövlüyü” prinsiplərinə istinad edildiyi halda Azərbaycanın guya Ermənistan ərazilərini “işğal etməsi” kimi tamamilə əsassız iddiaların irəli sürülməsi sözügedən qərəzli kağız parçasının mahiyyətini ortaya qoyur. “Bu, təkcə ziddiyyət deyil, faktların məqsədyönlü şəkildə təhrif olunmasıdır.

Belçika parlamenti isə regionda guya “gərginlik” və “hərbi risklər” barədə danışır. Bəlkə də arzu və istəklərini ifadə edir.  Halbuki bölgədəki reallıq tam əksini göstərir. Son iki ildə Azərbaycan-Ermənistan sərhədində ən sabit və sakit dövr yaşanır. Bu faktı Ermənistanın rəsmiləri də hər addımda etiraf edirlər. Deməli, burada məqsəd süni təhlükə görüntüsü yaratmaqla sülh prosesinə maneə yaratmaqdan ibarətdir və bu niyyət özünü  Ermənistandakı müşahidə missiyasının genişləndirilməsi isə bağlı təşəbbüsdə büruzə verir. Bu isə geosiyasi maraqların sülh gündəliyindən üstün tutulmasının göstəricisidir”,- o qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş mühüm irəliləyişlərə, o cümlədən sülh müqaviləsinin mətninin razılaşdırılması kimi mühüm tarixi addıma istinadın olmaması, Vaşinqton prosesinin nəticələrinin görməzdən gəlinməsi isə sistemli qərəzin göstəricisidir:

“Bu qətnamənin məhz sülh danışıqlarının intensivləşdiyi, parlamentlərarası dialoqun davam etdiyi bir dövrdə qəbul olunması onun əsl mahiyyətini açıq şəkildə ortaya qoyur. Məqsəd sülhə töhfə vermək deyil – məqsəd sülh prosesinə kölgə salmaq, revanşist qüvvələri ruhlandırmaq və regionda yeni gərginlik ocaqları yaratmaqdır.

Belçikanın siyasi dairələrinin, o cümlədən parlamentarilərinin Azərbaycan əleyhinə qərəzi artıq uzun illərdir ki, davam edir. Avropa Şurası Parlament Assambleyasında Bekçikalı parlamentarilərin də ölkəmizə qarşı həyata keçirilən qarayaxma kampaniyalarının ön sıralarında yer alması, Bekçika parlamentində Azərbaycanla dostluq qrupunun fəaliyyəti dayandırılması da sübuta yetirir ki, bu, ardıcıl və planlı şəkildə qurulan və siyasi motivlərə əsaslanan bir prosesdir.

Amma əgər qarşı tərəf dialoqu dağıdırsa, əməkdaşlıq mexanizmlərini sıradan çıxarırsa, biz niyə bu formal çərçivələri qoruyub saxlamalıyıq?
Biz daim sülh, əməkdaşlıq və qarşılıqlı hörmət tərəfdarı olmuşuq. Lakin birtərəfli ittihamlar, əsassız qətnamələr və siyasi təzyiqlər fonunda bu prinsiplərin yalnız bir tərəf üçün işləməsi qəbuledilməzdir.

Bu səbəbdən təklif edirəm ki, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti dayandırılsın.
Bu, emosional reaksiya deyil. Əgər əməkdaşlıq platformaları qarşı tərəf tərəfindən alətə çevrilirsə, əgər dialoq imitasiya xarakteri daşıyırsa, bu mexanizmlərin saxlanılması sadəcə formal xarakter daşıyır və heç bir real məna kəsb etmir”.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ
Next Post: “Əfsanə” sözünün üstündə durdu: filin qurbanı oldu

Related Posts

  • Türkiyə prezidenti İrana xəbərdarlıq etdi Siyasət
  • İran “Abraham Lincoln”a raket atdı – Video Siyasət
  • ABŞ, İsrail və İran arasında müharibə: Tehranda güclü partlayışlar eşidilir Siyasət
  • İranlı deputat: Müharibə illərlə davam etsə raketimiz tükənməyəcək Siyasət
  • Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb Siyasət
  • Səfəvilərin İranda tikdirdiyi “Gülüstan” sarayı vuruldu Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Ərindən icazəsiz ata evinə gedən qadınlar HƏBS OLUNACAQ Dünya
  • Bu məhsullar ürək və damar sağlamlığını yaxşılaşdırır Cəmiyyət
  • Boliviyada yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 22-yə çatıb Dünya
  • MDU və “Bakı İnşaat Sənaye” ASC əməkdaşlığa başladı Təhsil
  • DYP rayonlara səfər edən sürücülərə müraciət etdi Ölkə
  • Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir Ölkə
  • İran dövriyyəyə yeni əskinas buraxdı Dünya
  • Qanunsuz saxlanılan avtomat və tüfəng aşkarlandı Kriminal

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by