Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Sertifikasiya ilə bağlı hansı yeniliklər olacaq? Təhsil
  • Mətanət İsgəndərli plastik əməliyyat etdirdi Mədəniyyət
  • Mingəçevir liseyinin növbəti qürur mənbəyi: Burlaxatun qəbul imtahanında yüksək nəticə göstərdi Təhsil
  • Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? Ölkə
  • Dar geyim sağlamlığınıza necə təsir edir? Cəmiyyət
  • 30 ildən sonra Horovlu Baharı azad şəkildə qarşıladı – FOTOLAR Ölkə
  • Qaranlıqdakı gizli düşmən: Dünya əhalisinin yarısı 2050-də eynək taxacaq Dünya
  • “İllər keçir, bəzi yaralar sağalmır” Mədəniyyət

Bununla da hansı məqsədə xidmət göstdiklərini ifşa etmiş oldular – Bəhruz Məhərrəmov

Posted on 21 Aprel 2026 By admin Şərh yoxdur Bununla da hansı məqsədə xidmət göstdiklərini ifşa etmiş oldular – Bəhruz Məhərrəmov

“Avropanın Azərbaycanla birbaşa bağlantısı yaxud ortaq marağı  olmayan, iki ölkəsinin Belçika və Niderlandın parlamentlərinin eyni gündə eyni məzmunda Azərbaycan əleyhinə  qərəzli bəyanatlar yayması bəşəri dəyərlər üçün təhdidə, oturuşmuş beynəlxalq hüquq qaydaları üçün isə qəbuledilməz presedentə yol açır.

Əgər söhbət beynəlxlaq hüquqdan gedirsə Gəncədə, Tərtərdə, Bərdədə mülki əhalini hədəf alan, terrorçuları “əsir” adlandırmaq 1949-cu il III Cenevrə Konvensiyasının timsalında beynəlxalq humanitar hüquqa təhqiridir.  Beynəlxalq hüquq terroru maliyyələşdirənləri və mülki əhaliyə atəş əmri verənləri müdafiə etmir, onları mühakimə edir. Terrorçunu müdafiə etmək, cinayətin iştirakçısı olmaq deməkdir”.

Ölkə az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki,  Nikol Paşinyan artıq Qarabağ gündəliyindən imtina etməyin vacibliyini dilə gətirir. “Yəni, Ermənistanın özünün cari reallıqdan razı göründüyü bir məqamda regiondan 3 min km uzaqda yerləşən ölkələrin parlamentlərinin cinayətləri sübuta yetirilmiş şəxsləri ‘əsir’ adlandırması yaxud ermənilərin Qarabağa qayıdışı üçün “beynəlxalq təminat” barədə sərsəm tezisləri nə deməkdir?

Bəli bu yanaşma bizi hiddətləndirir, amma əsl narahat olmalı tərəf Ermənistan olmalıdır. Çünki, bölgənin sülh reallığının pozulmasına yönəli təşviq ilk növbədə Ermənistan üçün təhdiddir. Bu mənada Ermənistanın ən qısa zamanda real addımlarla, o cümlədən Aİ missiyasını öz ərazisindən çıxarmaqla məsələyə reaksiya verməli və sülhə sədaqətini sübut etməlidir”,- o qeyd edib.

Deputat hesab edir ki, bu cür absurd və qarşıdurma təşviq edən qətnamə beynəlxalq hüququn aliliyinə deyil, siyasi korrupsiyaya və lobbi maraqlarına xidmət edən sənədlərdir və təbii ki, bu “aktivləşmə” yalnız Belçika və Niderland ilə məhdudlaşmır:  “Əgər bu gün Bakıya münasibətdə “insan haqları” iddiaları aktivləşirsə, “siyasi məhbus” elan edilən şəxslərin Azərbaycan əleyhinə cızma-qaralarına ayrı-ayrı ölkələrin sarı mətbuatında yer ayırılmağa başlayıbsa deməli bu hücumlar total xarakter daşıyır və həm də əslində antiazərbaycan kəsimin carəsizliyinin göstəricisidir.

Çünki, son günlərə qədər Azərbaycanın Rusiya ilə, o cümlədən ötən dövr ərzində İranla münasibətlərinin gərginləşməsinə ümid edirdilər, amma cənab İlham Əliyevin liderliyində və onun qətiyyəti ilə problemlərin çözülməsi ilə həmin o ümidlər puç oldu və göründüyü kimi yenidən əvvəlki ənənəvi mövzuya dönüblər. Sadəcə əgər əvvəllər antimilli şuranın törtöküntüləri yeganə istinad idisə, indi bu siyahı Arutunyan, Saakyan, Qukasyan, Vardanyan kimi eyni xislətli şəxslərin adı ilə genişlənib.

Amma hər səhvdə bir həqiqət parçası var, antiazərbaycan mərkəz əslində bu adamları bir siyahıda sıralamaqla onların mahiyyətcə eyni məqsədə xidmət göstdiklərini ifşa etmiş oldu”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Flyblast Travel Agency qalmaqalı böyüyür – Şirkət barədə şok iddialar
Next Post: Sinif yoldaşı tərəfindən yandırılan şagirddən XƏBƏR VAR

Related Posts

  • Vüsal Nəsirli onu özünə müşavir təyin etdi (FOTO) Ölkə
  • Naxçıvanda İcazə blankları yeni ünvanda veriləcək Ölkə
  • Bu tarixlərdə küçələrə çıxmayın: Bakıda yollar bağlanır – SİYAHI Ölkə
  • İntensiv yağışlarla əlaqədar fəsadların aradan qaldırılması və suçəkmə işləri davam etdirilir Ölkə
  • Azərbaycanda xəstəxana direktoru cərimələndi – SƏBƏB Ölkə
  • Əhalinin nəzərinə: Təşvişə düşməyin! Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Saqqızın tərkibindəki bu maddə faydalı imiş.. Maraqlı
  • Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu Kriminal
  • Qəhrəmanlar unudulmur Cəmiyyət
  • İsrail qırıcıları Macarıstan təyyarəsinə görə havaya qalxdı Dünya
  • Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib Cəmiyyət
  • Sertifikasiya ilə bağlı hansı yeniliklər olacaq? Təhsil
  • Mingəçevir məktəblərində zərərli vərdişlərə qarşı mübarizə tədbirləri davam edir. Cəmiyyət
  • Məktəblərdə neçə gün dərs olmayacaq? Təhsil

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by