Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub Kriminal
  • Mingəçevir Dövlət Universitetinin əziz xanım əməkdaşları və tələbələri!  Təhsil
  • Professor: xalq təbabətində istifadə olunan bu otlar təhlükəli ola bilər Cəmiyyət
  • Şəhid Şahin Heydər oğlu Kərimovun ailəsinə başsağlığı Cəmiyyət
  • İsveçrədə 80 sərnişini daşıyan qatar relsdən çıxıb Hadisə
  • Şamil Heydərov və Ramiz Mehdiyev kölgəsi: “İdeal” MTK-da 600 minlik hesabat sirri və sakinlərin üsyanı Cəmiyyət
  • Bu BÜRCLƏR gözlənilməz yerdən pul ALACAQ Maraqlı
  • İran və Ukrayna eyni müharibənin iki cəbhəsidir – Sibiqa Siyasət

Bu məhsullar ürək və damar sağlamlığını yaxşılaşdırır

Posted on 20 Aprel 2026 By admin Şərh yoxdur Bu məhsullar ürək və damar sağlamlığını yaxşılaşdırır

“SberZdorovye” tibb şirkətinin kardioloqu Yekaterina Paukova ürək və damar sisteminin sağlamlığını qorumaq üçün gündəlik qida rasionuna daxil edilməsi tövsiyə olunan məhsullardan bəhs edib.

Bu barədə “Lenta.ru” nəşrinə verdiyi müsahibəsində danışıb.

Həkim bildirib ki, ürək və damar sağlamlığı üçün lifli qidalar (kletçatka) olduqca faydalıdır, çünki onlar qanda xolesterin səviyyəsini aşağı salmağa kömək edir. Liflərlə ən çox paxlalı bitkilər (noxud, mərci, maş lobyası, soya), meyvələr (armud, kivi, alma), həmçinin Brüssel kələmi, gül kələmi, çuğundur, badımcan, balqabaq və ispanaq kimi tərəvəzlər zəngindir. Həmçinin rasionda cəfəri, rukkola və keşniş kimi göyərtilərə daha çox yer vermək məsləhət görülür.

Mütəxəssis əlavə edib ki, ürəyin normal işləməsi üçün menyuya kalium və maqneziumla zəngin məhsulların daxil edilməsi vacibdir. Kalium mənbələrinə yarpaqlı göyərtilər, quru meyvələr (kişmiş və qaysı), kartof, avokado, banan və bitki mənşəli südlər (soya və badam) aiddir. Maqnezium isə yerfıstığı, keşyu, balqabaq tumu, süd, qəhvəyi düyü, qarabaşaq və kinoanın tərkibində mövcuddur.

Həkimin digər bir tövsiyəsi isə ürək-damar sistemini gücləndirən və damarlarda xolesterin yığınlarının yaranmasının qarşısını alan polifenol və antioksidant mənbələrini qidalanmaya əlavə etməkdir. Bu maddələr qara qarağat, qaragilə, böyürtkən, gilas, tərkibində ən azı 70 faiz kakao olan tünd şokolad, soyuq sıxım zeytun yağı və qırmızı soğanda tapılır.

Bundan əvvəl Paukova kişilərdə ürək dayanması riskinin yüksək olmasının səbəblərini izah edib. Onun sözlərinə görə, bunun əsas səbəbi hormonal fonun xüsusiyyətlərindən qaynaqlanan genetik meyillilikdir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: İranda zəlzələ oldu
Next Post: “Onlarla mən günlər, hadisələr yaşamışam”

Related Posts

  • Test Cəmiyyət
  • Abşeron icra başçısı vətəndaş narazılığını niyə artırır? – FOTOFAKT Cəmiyyət
  • Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər Cəmiyyət
  • Sürücülər bu xidmətlərə “mygov”dan müraciət edə biləcəklər Cəmiyyət
  • Bakının daşınmaz əmlak bazarında qiymət artımı: Hansı ərazilərdə mənzillər bahalaşıb? – VİDEO Cəmiyyət
  • Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar həbs olunacaq Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Hidayət Tbilisi Böyük Dəbilqəsini bürünc medalla başa vurdu İdman
  • KİV: “Tottenhem” rəhbərliyi İqor Tudora ultimatum verdi İdman
  • Rusiya İranla bağlı xəbərdarlıq etdi Siyasət
  • Əraqçi: İranın qonşu ölkələrlə problemi yoxdur Dünya
  • Mingəçevir Dövlət Dram Teatrının aktyoru Asim Məmmədov Prezident təqaüdünə layiq görülüb. Mədəniyyət
  • Azərbaycanın 5 aylıq büdcə göstəriciləri açıqlanıb İqtisadiyyat
  • Şəhid Şahin Heydər oğlu Kərimovun nəşi Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb Ölkə
  • 40 min abonentin qaz təchizatında fasilə yaranacaq Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by