Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Rusiya Ukraynanın üç yaşayış məntəqəsini nəzarətə götürdü Dünya
  • ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi İran rəhbərliyini aylarla izləyibmiş – Sensasion iddia Siyasət
  • Bulvar idarəsinin həbsdə olan sabiq sədrinin səhhətində problem yarandı Ölkə
  • Qara dəniz üzərində qeyri-adi bir bulud peyda oldu – FOTO Maraqlı
  • Ayın 2-də şimşək çaxacaq, yağış yağacaq – PROQNOZ Ölkə
  • Rusiya: Fevralın əvvəlindən Ukraynada 12 yaşayış məntəqəsini ələ keçirmişik Dünya
  • Dubayda güclü partlayış olub Dünya
  • Bu gün Azərbaycanda təbiət hadisəsi BAŞ VERƏCƏK Ölkə

Avropanın enerji xəritəsində yeni güc mərkəzi – Bakı

Posted on 12 Mart 2026 By admin Şərh yoxdur Avropanın enerji xəritəsində yeni güc mərkəzi – Bakı

“Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri beynəlxalq təşkilatlarla və onlara üzv dövlətlərlə əlaqələrin inkişaf etdirilməsidir. Bu siyasətin ən mühüm istiqamətlərindən biri də Azərbaycan ilə Avropa arasında formalaşan strateji tərəfdaşlıqdır. Son illərdə bu münasibətlər xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-logistika, rəqəmsal transformasiya və regional sabitlik sahələrində yeni mərhələyə qədəm qoyub.

Bu kontekstdə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri Bakı–Brüssel münasibətlərinin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər zamanı keçirilən görüşlər və verilən bəyanatlar göstərdi ki, tərəflər əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır və bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu
Deputat qeyd edib ki, müasir dövrdə Avropa üçün enerji təhlükəsizliyi əsas prioritet məsələlərdən biridir: “Qlobal enerji bazarında baş verən dəyişikliklər Avropa ölkələrini yeni və etibarlı enerji mənbələri axtarmağa vadar edir. Bu baxımdan Azərbaycan Avropa üçün mühüm tərəfdaş kimi çıxış edir.

Prezident  İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Avropa bazarı üçün etibarlı enerji təchizatçısıdır və enerji əməkdaşlığı tərəfdaşlığın əsas sütunlarından biridir. 2022-ci ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Aİ–Azərbaycan Strateji Enerji Tərəfdaşlığı Memorandumu bu sahədə əməkdaşlığın daha da genişlənməsi üçün mühüm yol xəritəsi rolunu oynayır.

Son illərdə Azərbaycanın Avropaya qaz ixracı həm həcminə, həm də coğrafiyasına görə əhəmiyyətli dərəcədə artıb. Bu gün Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır, ümumilikdə isə 16 ölkə Azərbaycan qazından istifadə edir. Bu göstərici Azərbaycanın boru kəmərləri vasitəsilə qaz ixracı baxımından dünyada ən geniş coğrafiyaya malik ölkələrdən birinə çevrildiyini göstərir”.

Yaşıl enerji əməkdaşlığı və yeni perspektivlər

O əlavə edib ki, enerji əməkdaşlığı yalnız neft və qazla məhdudlaşmır: “Qlobal çağırışlardan biri olan yaşıl enerji keçidi Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni istiqamətlərindən birinə çevrilib.

Azərbaycan böyük bərpaolunan enerji potensialına malikdir. Xəzər dənizində külək enerjisi, ölkənin müxtəlif bölgələrində Günəş və hidroenerji resursları bu sahədə geniş imkanlar yaradır. Dövlət başçısının açıqladığı planlara əsasən, yaxın 5–6 il ərzində Azərbaycan ixraca hazır olan 6–8 giqavat bərpaolunan enerji istehsal etməyi hədəfləyir.

Bu məqsədlə Avropa tərəfdaşları ilə dəniz dibi enerji kabelləri, elektrik ötürmə xətləri və enerji infrastrukturu üzrə bir sıra layihələr həyata keçirilir. Bu layihələr gələcəkdə Azərbaycanı yalnız qaz ixracatçısı deyil, həm də yaşıl enerji təchizatçısı kimi Avropa enerji bazarında mühüm aktora çevirə bilər.

Orta Dəhliz və logistika əməkdaşlığı

Azərbaycanın strateji əhəmiyyətini artıran digər mühüm amil isə onun coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu ilə bağlıdır. Şərq ilə Qərbi birləşdirən nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzi rolunu oynayır.

Bu baxımdan Orta Dəhliz layihəsi xüsusi əhəmiyyət daşıyır. Orta Dəhliz vasitəsilə Avropa ilə Mərkəzi Asiya arasında ticarət əlaqələri genişlənir, yeni logistika marşrutları formalaşır.
Eyni zamanda TRIPP layihəsi və Bakı–Naxçıvan dəmir yolu xəttinin bərpası regionda nəqliyyat əlaqələrinin daha da güclənməsinə xidmət edəcək. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji baxımdan regionun sabitliyinə və əməkdaşlıq mühitinin formalaşmasına töhfə verir.

Sülh prosesi və regional sabitlik
Azərbaycanın Avropa ilə münasibətlərində mühüm mövzulardan biri də regional təhlükəsizlik və sülh məsələsidir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması regionun inkişafı üçün əsas şərtdir.
Son illərdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar regionda yeni siyasi reallıq yaradıb. Azərbaycanın Ermənistana tranzit və ticarət imkanları açması, iqtisadi əməkdaşlığa hazır olduğunu nümayiş etdirməsi ölkənin sülhə sadiqliyinin göstəricisi kimi qiymətləndirilir.
Bu proses Avropa İttifaqı tərəfindən də dəstəklənir və regionda sabitliyin təmin olunması Bakı–Brüssel əməkdaşlığının mühüm istiqamətlərindən biri hesab olunur.

Yeni geosiyasi reallıq

Müasir geosiyasi reallıq göstərir ki, Azərbaycan yalnız regional deyil, həm də qlobal miqyasda mühüm tərəfdaşa çevrilir. Enerji ehtiyatları, logistika imkanları və balanslaşdırılmış xarici siyasəti sayəsində ölkə Avropa üçün strateji əhəmiyyət daşıyan tərəfdaş kimi mövqeyini gücləndirir.
Bu reallıq fonunda Bakı artıq Avropanın enerji və nəqliyyat xəritəsində mühüm mərkəz kimi çıxış edir. Enerji təhlükəsizliyi, logistika və rəqəmsal əməkdaşlıq sahələrində inkişaf edən Bakı–Brüssel tərəfdaşlığı gələcəkdə daha geniş strateji əməkdaşlıq perspektivləri vəd edir.
Beləliklə, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni mərhələyə qədəm qoyur. Bu tərəfdaşlıq yalnız iki tərəfin deyil, bütövlükdə regionun iqtisadi inkişafına, enerji təhlükəsizliyinə və siyasi sabitliyinə mühüm töhfə verəcək”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: İcra başçısı köməkçisini işdən çıxardı
Next Post: XIII Qlobal Bakı Forumunun birinci günü yekunlaşıb -YENİLƏNİB

Related Posts

  • Azərbaycanın sürücülük vəsiqələri bu ölkədə tanınacaq  Ölkə
  • Ceyhun Bayramov Migel Angel Moratinos və Rebeka Qrinspanla görüşüb – YENİLƏNİB Ölkə
  • Allahşükür Paşazadə II İlyanın dəfninə gedir Ölkə
  • Güclü geomaqnit qasırğası gəlir – Bu tarixlərdə Ölkə
  • Spiker: Korrupsiyaya qarşı mübarizə istiqamətində zəruri tədbirlər davam etdirilib Ölkə
  • “8 Noyabr”dakı dəmir yolu sökülür – 10 kilometrlik mikrotunel tikilir Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • BƏƏ 24 saatda bu qədər raket və dron ələ keçirdi Dünya
  • Ceyhun Bayramov somalili həmkarı ilə Naxçıvana dron hücumunu müzakirə edib Siyasət
  • Azərbaycanda bu ailələrə güzəşt tətbiq olunacaq Cəmiyyət
  • Türkiyə sərhədçiləri yüksək hazırlıq vəziyyətinə gətirilib Dünya
  • Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb Ölkə
  • “Amerika seçkiləri saxtalaşdırılıb” – Tramp Dünya
  • KİV: İranda toplaşan PKK terrorçuları Türkiyə və Azərbaycan üçün təhlükə yaradır Siyasət
  • Həmin ərazilərdən keçərkən daha diqqətli olun – Sürücülərin nəzərinə! Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by