Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Rusiyada qətldə ittiham olunan azərbaycanəsilli iş adamı üçüncü dəfə bəraət aldı Kriminal
  • Ailə başçısını itirən 195 mindən çox şəxsə ödəniş edilib Ölkə
  • Bu tarixlərdə küçələrə çıxmayın: Bakıda yollar bağlanır – SİYAHI Ölkə
  • Adını çox az adamın bildiyi ölkə Çinə rəqib oldu Dünya
  • Həyat dinozavrlardan sonra düşündüyümüzdən daha tez qayıtdı – Alimlərin tədqiqatı Dünya
  • Kostanyan: Ermənistan Azərbaycan və Mərkəzi Asiyadan tədarüklər üçün enerji habı olmaq istəyir Dünya
  • Sən demə, təyyarədəki bahalı oturacaqların səbəbi bu imiş Maraqlı
  • Asiya ölkələrində təbii qaz idxalı son altı ilin minimumuna düşdü Dünya

Mingəçevir Dövlət Dram Teatrında “Nişanlı Qız” tamaşasının möhtəşəm premyerası keçirildi

Posted on 8 Mart 2026 By admin Şərh yoxdur Mingəçevir Dövlət Dram Teatrında “Nişanlı Qız” tamaşasının möhtəşəm premyerası keçirildi

7 mart 2026-cı il tarixində Mingəçevir Dövlət Dram Teatrında yeni formatda hazırlanmış tamaşanın premyerası baş tutub. Tamaşa teatrsevərlər və şəhər ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Premyerası təqdim olunan romantik komediya janrında olan “Nişanlı Qız” tamaşası Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrindən biri olan Sabit Rəhmanın eyniadlı pyesi əsasında səhnələşdirilib. Tamaşaya tanınmış kinorejissor və teatr rejissoru, “Tərəqqi” medalı laureatı Cavid Təvəkkül quruluş verib. Layihənin ikinci rejissoru isə Prezident mükafatçısı İbrahim Türksoy Salamov olub.

Rejissor Cavid Təvəkkül əsərə fərqli və müasir yanaşma tətbiq edərək klassik süjeti yeni səhnə həlli ilə təqdim edib. Tamaşa xüsusilə gənclərin zövqünə uyğun formada hazırlanıb və səhnə tərtibatı, aktyor oyunu ilə diqqət çəkib.

Qeyd edək ki, 2025–2026-cı illər teatr mövsümü ərzində Mingəçevir Dövlət Dram Teatrında rejissorlar Cavid Təvəkkül və İbrahim Türksoy Salamov tərəfindən birgə hazırlanan tamaşalar və dövlət tədbirləri teatrın fəaliyyətində yeni dinamikanın yarandığını göstərir. Bu layihələr şəhər ictimaiyyəti ilə yanaşı, yaxın şəhər və rayonlardan gələn tamaşaçıların da böyük rəğbətini qazanır.

Məlumat üçün bildirək ki, 7 mart 2026-cı il tarixində tamaşaçılara təqdim olunan “Nişanlı Qız” romantik komediyası Space TV tərəfindən tam şəkildə lentə alınıb və yaxın vaxtlarda televiziya tamaşaçılarına da təqdim olunacağı gözlənilir.

İdealxebər.az

Mədəniyyət

Yazı naviqasiyası

Previous Post: İlham İsmayılovdan Mingəçevir xanımlarına 8 Mart təbriki
Next Post: İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib

Related Posts

  • “Məzar daşını qızıldan etsəniz belə, heç bir xeyri yoxdur” Mədəniyyət
  • Xalq artistinin oğlu müğənnilik edəcək Mədəniyyət
  • “Onlarla mən günlər, hadisələr yaşamışam” Mədəniyyət
  • “Ərinizin subay dostlarını evinizə buraxmayın” Mədəniyyət
  • “Ağ qorillaya oxşayırlar” – Plastik əməliyyatlılardan DANIŞDI Mədəniyyət
  • Tanınmış rejissor Cavid Təvəkkülün 52 yaşı tamam olur Mədəniyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “Zirə” 5 futbolçu ilə yollarını ayırıb İdman
  • Avropa İttifaqından Rusiya ilə bağlı geri addım Siyasət
  • “İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir” Təhsil
  • Mingəçevir Dövlət Universitetinin idmançıları ölkə çempionatında fərqləndi Təhsil
  • Ana oğlunu evdən çıxarmaq üçün məhkəməyə verdi Dünya
  • “ABŞ-nin dünyanın digər regionlarında öhdəlikləri var” Dünya
  • Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır Ölkə
  • Məşhur erməni idmançını fitə basdılar İdman

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by