Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Zirə” 5 futbolçu ilə yollarını ayırıb İdman
  • Deputat: Bunun ən təhlükəli tərəfi məzmunu deyil, niyyətidir Ölkə
  • Bakı-Moskva münasibətlərində yeni etimad mərhələsi Siyasət
  • “Qadın müğənniyə azadlıq versən cızığından çıxar” Mədəniyyət
  • Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ Cəmiyyət
  • İlham İsmayılov sakinlərin problemlərini dinlədi – Mingəçevirdə səyyar qəbul Cəmiyyət
  • Zelenski: Rusiya bu həftə Ukraynaya 2300-dən çox zərbə dronu və 108 raket atıb Siyasət
  • Portağal şirəsindən daha yaxşı: D vitamini ilə zəngin 5 içki Maraqlı

Mingəçevir məktəbliləri üçün növbəti maarifləndirici görüş təşkil olunub.

Posted on 5 Mart 20265 Mart 2026 By admin Şərh yoxdur Mingəçevir məktəbliləri üçün növbəti maarifləndirici görüş təşkil olunub.

Mingəçevir şəhər 16 nömrəli texniki və təbiət fənləri təmayüllü liseydə ŞPŞ rəisi,polis polkovniki Ədalət Əliyev və polis əməkdaşları şagirdlərlə profilaktik xarakterli tədbir keçirib. Görüşdə “Narkotiklərə yox deyək!”, “Təhlükəsiz yol hərəkəti – təhlükəsiz gələcək” və “Rəqəmsal mühitdə təhlükəsizlik qaydaları” mövzularına həsr olunub.
Tədbirdə çıxış edən polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən, bu maddələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərdən, xüsusilə də gənc nəslin fiziki və mənəvi inkişafına göstərdiyi mənfi təsirlərdən danışıblar. Qeyd olunub ki, sağlam həyat tərzi seçimi hər bir gəncin gələcəyinin əsas təminatıdır.


Şagirdlərə yol hərəkəti qaydalarına düzgün əməl etməyin vacibliyi izah edilib, yol nişanları, işıqforların tələbləri və piyada keçidlərindən təhlükəsiz istifadə ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, qaydalara riayət etmək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edir.


Eyni zamanda, sosial şəbəkələr və digər internet platformalarında rast gəlinən kiberdələduzluq halları barədə məlumat verilib, naməlum şəxslərlə ünsiyyət zamanı diqqətli olmağın, şəxsi məlumatları paylaşmamağın vacibliyi vurğulanıb. Polis əməkdaşları tərəfindən bu kimi hüquqazidd əməllərə qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər barədə də şagirdlər məlumatlandırılıb.


Görüş çərçivəsində mövzulara dair maarifləndirici videoçarxlar nümayiş etdirilib, real hadisələr əsasında müzakirələr aparılıb və şagirdlərin fəal iştirakı təmin olunub.
Həmçinin, Polis Akademiyasında təhsil imkanları, qəbul şərtləri və daxili işlər orqanlarında xidmətin üstünlükləri barədə də geniş məlumat verilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Esmira Hidayətova,Mingəçevir

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Mingəçevir Dövlət Universitetinin idmançıları ölkə çempionatında fərqləndi
Next Post: Ağdaş rayonunda Vətən müharibəsi şəhidinin atası vəfat edib.

Related Posts

  • İşıqlı gələcəyimizə xidmət edən peşəkar: Təhmasib Hüseynovun portreti Cəmiyyət
  • Bu məhsullar ürək və damar sağlamlığını yaxşılaşdırır Cəmiyyət
  • 16 min şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib – Baş nazir Cəmiyyət
  • Tanınmış vəkilin ailəsində AĞIR İTKİ Cəmiyyət
  • Yayda bu qidalar uşaqlar üçün risk yarada bilər – Pediatrdan XƏBƏRDARLIQ Cəmiyyət
  • Həqiqət Şahmuradovanın Doğum Günüdür – Təhsil İşçilərinin Səmimi Təbriki Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Aktyorun dəfnindən çıxıb pivə içməyə getdilər – FOTO Dünya
  • Əhvalınızı düzəldəcək kiçik vərdişlər Maraqlı
  • Pezeşkian qonşu ölkələrdən hücumlara görə üzr istədi Siyasət
  • Kosmos səyahəti insan bədəninə necə təsir edir? Maraqlı
  • Azərbaycanın xarici dövlət borcu bu qədərdir  İqtisadiyyat
  • Rusiya: Fevralın əvvəlindən Ukraynada 12 yaşayış məntəqəsini ələ keçirmişik Dünya
  • İranın yeni Ali Lideri sağdır və sağlamdır – Pezeşkian Dünya
  • UFC prezidentindən azərbaycanlı azarkeşlərə xüsusi çağırış – VİDEO İdman

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by