Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • 4200 il əvvəl Yerdə güclü sivilizasiyaların süqutuna səbəb ola biləcək hadisə baş verib? Maraqlı
  • Yevlaxın bir hissəsində qaz kəsiləcək Cəmiyyət
  • Orban: Macarıstan Zelenskinin təhdidlərinə boyun əyməyəcək Siyasət
  • KİV: İranda toplaşan PKK terrorçuları Türkiyə və Azərbaycan üçün təhlükə yaradır Siyasət
  • Aktyorun dəfnindən çıxıb pivə içməyə getdilər – FOTO Dünya
  • Nazir: Azərbaycanda pay torpaqları sahəsi olduqca kiçikdir İqtisadiyyat
  • Dünyanın ən bahalı evi görənləri heyran etdi  Dünya
  • Çinarə Fətəliyeva direktor təyin edildi İqtisadiyyat

“Amerikalıların qisasını alacağıq, aydın məqsədimiz var”

Posted on 2 Mart 2026 By admin Şərh yoxdur “Amerikalıların qisasını alacağıq, aydın məqsədimiz var”

ABŞ Prezidenti Donald Trump İranla bağlı sərt açıqlamalarla çıxış edib.

O, İrana qarşı davam edən hərbi əməliyyatların tam gücü ilə sürdüyünü bildirib. “Döyüş əməliyyatları tam gücü ilə davam edir və bütün məqsədlərimizə çatana qədər davam edəcək. Bizim çox aydın və ciddi məqsədlərimiz var”, – deyə ABŞ lideri vurğulayıb.

Prezidentin sözlərinə görə, İranın hərbi rəhbərliyi ciddi zərbə alıb. O iddia edib ki, “bütün hərbi rəhbərlik məhv edilib” və komandanlığın bir çox üzvü “həyatlarını xilas etmək üçün təslim olmaq istəyir”. Tramp onların “toxunulmazlıq istədiyini” və “minlərlə çağırış etdiyini” iddia edib.

ABŞ Prezidenti mümkün itkilərlə bağlı da xəbərdarlıq edib. “Təəssüf ki, bu, bitməmişdən əvvəl daha çox itki olacaq. Reallıq budur”, – deyə o bildirib.

Tramp həmçinin ABŞ-ın amerikalıların ölümünün cavabsız qalmayacağını bəyan edib: “ABŞ amerikalıların ölümünün qisasını alacaq”.

ABŞ lideri müraciətində İslam İnqilabı Keşikçiləri Korpusuna, İran ordusu və polis qüvvələrinə səslənərək silahları yerə qoymağa çağırıb. “Silahlarınızı yerə qoyun və tam toxunulmazlığı qəbul edin, yoxsa mütləq ölümlə üzləşin”, – deyə o qeyd edib.

Tramp İran vətəndaşlarına da müraciət edərək bildirib ki, bundan sonrakı proses onların seçimindən asılı olacaq: “Bundan sonra nə baş verəcəyi sizdən asılı olacaq, amma biz sizinlə olacağıq”.

ABŞ Prezidenti əlavə edib ki, onun fikrincə, İran tərəfi “iki həftə əvvəl nəsə edə bilərdi”, lakin bunu etməyib.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Mingəçevirdə beynəlxalq standartlı İngilis dili olimpiadası
Next Post: “Qarabağ” – “Sabah” matçında 6 qolluq heç-heçə qeydə alınıb

Related Posts

  • Britaniyaya Rusiya ilə müharibə riski barədə xəbərdarlıq edilib Siyasət
  • İran casuslarının Avropadakı “paytaxtı” AÇIQLANDI Siyasət
  • Qaz uğrunda savaş: İsrail bazara girir, Bakı üstünlüyünü qoruyur Siyasət
  • BƏƏ: İran təhdidləri qarşısında müdafiəyə hazırıq Siyasət
  • KİV: İranın yeni müvəqqəti ali liderinin evi vuruldu – VİDEO Siyasət
  • Parisdən verilən mesaj: Makronun Azərbaycan dilində paylaşımı nəyin göstəricisidir? Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Nazir ərzaq təhlükəsizliyindən danışdı Ölkə
  • Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb Kriminal
  • Bulvar idarəsinin həbsdə olan sabiq sədrinin səhhətində problem yarandı Ölkə
  • İran Ərbil hava limanına zərbə endirib Siyasət
  • Gəncədə azyaşlı qızdırmadan öldü Hadisə
  • İdman zalında halı pisləşən 49 yaşlı şəxs ÖLDÜ Cəmiyyət
  • ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi İran rəhbərliyini aylarla izləyibmiş – Sensasion iddia Siyasət
  • ABŞ-ın İrandakı itkiləri açıqlandı – 7 döyüş təyyarəsi Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by