Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Ceyhun Bayramov ilə Bolqarıstanın xarici işlər naziri arasında telefon danışığı olub Ölkə
  • İrandan daha 27 nəfər Azərbaycana təxliyə edildi Ölkə
  • Bakı: Qlobal böhranlarda dialoqun və sülhün strateji mərkəzi Ölkə
  • Özəl sektora imkan verilsə, 5 ilə ölkədə qəzalı binalar problemini həll edər – Fazil Mustafa Ölkə
  • Bu iltihab uşaqlar üçün ciddi haldır – Valideynlərə XƏBƏRDARLIQ Cəmiyyət
  • Fars körfəzi ölkələri raket və PUA-ların hücumları barədə məlumat verib Siyasət
  • Ana uşaqlarını dilənçilik üçün 1000 dollara satdı Dünya
  • Bakıda hansı sahələrdə 4 mindən çox maaş verilir? İqtisadiyyat

“Sevgililər Günü” qızıl-zinət bazarına necə təsir edib? – AÇIQLAMA

Posted on 14 Fevral 2026 By admin Şərh yoxdur “Sevgililər Günü” qızıl-zinət bazarına necə təsir edib? – AÇIQLAMA

Qiymətli metallar və qiymətli daşlar bazarında mövcud qiymət və tələbat şəraitinin formalaşmasına bir sıra əsas amillər təsir göstərir.
Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.
O bildirib ki, ilk növbədə, qlobal əmtəə bazarında qızılın qiymət dinamikası daxili bazara birbaşa ötürülür.
“Qızıl beynəlxalq maliyyə bazarlarında risklərə həssas aktiv kimi qiymətləndirildiyindən, dünya iqtisadiyyatında qeyri-müəyyənlik, aparıcı valyutaların məzənnəsindəki dəyişikliklər, faiz dərəcələri və investor gözləntiləri qiymətlərdə dalğalanmalar yaradır. Sözügedən dalğalanmalar yerli bazarda xammalın dəyərinə, nəticə etibarilə isə zinət məmulatlarının maya dəyərinə və pərakəndə satış qiymətlərinə təsir edir. Bununla yanaşı, daxili bazarda valyuta məzənnəsi, idxal və təchizat zəncirinin şərtləri qiymətlərin formalaşması və nisbi sabitliyinin təmin olunmasında mühüm rol oynayır”.
R. Əmircanov qeyd edib ki, mövcud müşahidələr göstərir ki, bazarda tələbat yüksək səviyyədə deyil və alıcı davranışı əsasən qiymət həssaslığı fonunda formalaşır.
“Alıcılar ağır çəkili və daha yüksək büdcə tələb edən modellərdən çox, gündəlik istifadə üçün münasib, daha əlçatan məmulatlara üstünlük verirlər. Xüsusilə 585 və 750 əyarlı məhsullar, klassik dizaynda üzük, sırğa, bilərzik və boyunbağı kimi məmulatlar daha çox seçilir. Eyni zamanda, hədiyyə məqsədli alışlarda qiymətli və yarımqiymətli daşlı məmulatlara maraq da müşahidə olunur. Seçim meyarlarında yalnız qram çəkisi deyil, dizayn və vizual təqdimat da prioritet təşkil edir; nəticədə alıcılar daha yüngül çəkili, lakin estetik görünüşü və vizual həcmi ilə seçilən modellərə üstünlük verirlər”.
İqtisadçı vurğulayıb ki, “Sevgililər Günü” ilə bağlı olaraq bazarda son günlər nəzərəçarpan canlanma müşahidə olunur.
“Ölkəmizdə bu gün rəsmi qeyd edilməsə də, istehlak davranışına təsir edən tarixlər sırasında yer aldığı üçün hədiyyə məqsədli alışların artması təbii hesab olunur. Bununla belə, mövcud artım kütləvi xarakter daşımır və əsasən orta və kiçik büdcəli seçimlər hesabına formalaşır. Nəticə etibarilə, bu kimi xüsusi tarixlər qızıl-zinət bazarında satış dinamikasına qısamüddətli impuls verə bilər. Lakin bu təsir, əsasən, hədiyyə yönümlü alışlarla məhdudlaşır və bazarın ümumi qiymət və tələbat mənzərəsini köklü şəkildə dəyişən amil kimi dəyərləndirilmir. Ümumilikdə isə bazarda vəziyyətin müəyyənləşməsində qlobal qızıl qiymətləri, valyuta məzənnəsi, təchizat zəncirinin şərtləri və alıcıların qiymətə həssaslığı həlledici faktorlar olaraq qalır”, – deyə o qeyd edib.
Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Xaçmazda 392 şagird soyuq sinif otaqlarında – Təhsil Nazirliyi hara baxır?
Next Post: Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi – Ölən var

Related Posts

  • Sürücülərin diqqətinə! Cəmiyyət
  • Şamil Heydərov və Ramiz Mehdiyev kölgəsi: “İdeal” MTK-da 600 minlik hesabat sirri və sakinlərin üsyanı Cəmiyyət
  • Təzəpir məscidində bayram namazı qılınıb Cəmiyyət
  • Mingəçevir şəhəri 12 saylı uşaq bağçasında.. Cəmiyyət
  • Ayaz Müseyibova yeni vəzifə verildi Cəmiyyət
  • Sabah Azərbaycanda külək güclənəcək – XƏBƏRDARLIQ Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Özəl sektora imkan verilsə, 5 ilə ölkədə qəzalı binalar problemini həll edər – Fazil Mustafa Ölkə
  • İdman
  • “Zirə” Azərbaycan Kubokunun ilk yarımfinalçısı oldu  İdman
  • İrana qarşı əməliyyatlarda 290 ABŞ əsgəri yaralanıb Siyasət
  • Ağcabədidə minik avtomobilləri toqquşub – ölən yaralanan var Hadisə
  • Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır Siyasət
  • Ermənistan və ABŞ TRIPP layihəsi üzrə yeni saziş hazırlayırlar Siyasət
  • Masallıda faciə: Baba və nəvə yanaraq ÖLDÜ – YENİLƏNİB Hadisə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by