Başına ot bağlaması düşən kişi öldü
Göyçayda orta yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Hadisə rayonun Alpoud kəndində baş verib. 1984-cü il təvəllüdlü Anar Səlimov ot tayasının üstündə olarkən halı pisləşərək yıxılıb. Bu zaman ot bağlaması onun başına düşdüyündən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.