Mingəçevir Dövlət Dram Teatrında “Nişanlı Qız” tamaşasının möhtəşəm premyerası keçirildi
7 mart 2026-cı il tarixində Mingəçevir Dövlət Dram Teatrında yeni formatda hazırlanmış tamaşanın premyerası baş tutub. Tamaşa teatrsevərlər və şəhər ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Premyerası təqdim olunan romantik komediya janrında olan “Nişanlı Qız” tamaşası Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrindən biri olan Sabit Rəhmanın eyniadlı pyesi əsasında səhnələşdirilib. Tamaşaya tanınmış kinorejissor və teatr rejissoru, “Tərəqqi” medalı…