Azərbaycanda bu bankın ləğvi tamamlandı
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğvetməsi həyata keçirilən “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvi prosesinin yekunlaşdırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş hüquqi prosedurları tamamlayıb və ləğvetmənin başa çatdırılmasını təmin edib. “Azərbaycan Kredit Bankı” 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.07.2015-ci il tarixli, 2-1(81)-3854/2015 nömrəli qərarı ilə məcburi ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.02.2019-cu il tarixli,…