Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Diesel”in yaradıcısı vəfat etdi Dünya
  • Zığ qəsəbəsi, Bibiheybət yolu və Salyan şosesində sürüşmə sahələri aktivləşib Ölkə
  • Tramp: İran səbirsizliklə razılaşma gözləyir Siyasət
  • Rusiya MN: Gecə ərzində 389 Ukrayna PUA-sı vurulub Siyasət
  • Ayın 2-də şimşək çaxacaq, yağış yağacaq – PROQNOZ Ölkə
  • 70 yaşlı aktyor sirrlərini bölüşdü – Aslan müəllimdən səmimi etiraflar – MÜSAHİBƏ Mədəniyyət
  • Sabah yollarda duman səbəbindən hərəkət çətinləşəcək Ölkə
  • Sarıkökün bu faydalarını bilirdiniz? Cəmiyyət

Müəllimi onu qovdu, Anası evliliyinə qarşı çıxdı: Albert Eynşteynin maraqlı həyat hekayəsi – VİDEO

Posted on 15 İyun 2026 By admin Şərh yoxdur Müəllimi onu qovdu, Anası evliliyinə qarşı çıxdı: Albert Eynşteynin maraqlı həyat hekayəsi – VİDEO

“Məntiq Sizi A-dan Z-yə aparar. Xəyal gücü isə hər yerə” – Eynşteyn

Albert Eynşteyn 1879-cu ildə Almaniyada anadan olub. Hələ bir yaşı olarkən ailəsi ilə birlikdə Münhenə köçüb. O, danışıq qabiliyyəti baxımından bacı-qardaşlarından və yaşıdlarından geri qalırdı. Dahi alim 9 yaşına qədər nitq çətinliyi yaşadığından ailəsi narahat olaraq onu həkimə aparmışdı.

Elmə marağı 5 yaşında olarkən atasının ona hədiyyə etdiyi kompasla başlayıb və sonrakı illərdə daha da güclənib. 9 yaşında başladığı məktəbdə bəzi fənlərdə geridə qalsa da, bəzilərində uğur qazanıb. Xüsusilə riyaziyyat onun ən yaxşı nəticə göstərdiyi fənlərdən biri olub.

12 yaşında əmisi tərəfindən ona verilən cəbr kitabını qısa müddətdə mənimsəməsi gələcəkdə əldə edəcəyi böyük uğurların ilk işarəsi sayılırdı. Ailəsinin maddi vəziyyətinin pisləşməsi səbəbindən Eynşteyn İtaliyaya köçüb. O, 1896-cı ildə Almaniya vətəndaşlığından çıxıb və 1901-ci ilə qədər vətəndaşlığı olmayan şəxs kimi yaşayıb. Nəhayət 1901-ci ildə İsveçrə vətəndaşlığını qəbul edir. 1940-cı ildə isə ABŞ vətəndaşı olur.

Universitet illərində fəlsəfəyə böyük maraq göstərən Eynşteyn eyni zamanda elmi araşdırmalarla da ciddi şəkildə məşğul olmağa başlayıb. Lakin onun universitet professorları ilə münasibətləri hər zaman yaxşı olmayıb.

Eynşteynin həyatında maraqlı hadisələr də az olmayıb. Məsələn, universitet vaxtından çox sevdiyi bir müəllimini illər sonra ziyarətə gedib, amma müəllimi onu tanımayıb. Üst-başının səliqəsizliyi, saçının dağınıqlığına görə dilənçiyə bənzədərək qovub.  Hətta bir çox önəmsiz görüşlərə özünə çox bənzədiyinə görə sürücüsünü göndərdiyi belə deyilir.

E = mc² düsturunu kəşf edən və bütün dünyada bu düsturla tanınan Eynşteyn eyni zamanda Nobel Fizika Mükafatının laureatıdır. Nisbilik nəzəriyyəsi ilə dünya şöhrəti qazanan alim fizika sahəsindəki fəaliyyəti ilə yanaşı, siyasi baxışları və dini mövzulara dair fikirləri ilə də maraq doğuran şəxsiyyətlərdən biridir.

Eynşteynin şəxsi həyatı da kifayət qədər maraqlı və mübahisəli olub. O, serb əsilli Mileva adlı qadınla sevgi münasibəti yaşayıb və anasının qəti etirazına baxmayaraq onunla evlənib. Bu nikahdan Hans və Eduard adlı iki oğlu dünyaya gəlib. Anası isə ömrünün sonuna qədər Milevanı qəbul etməyib. İllər sonra Eynşteyn ikinci dəfə özündən üç yaş böyük olan xalası qızı Elza ilə ailə həyatı qurub.

Eynşteyn uşaqlıq illərindən Motsart və digər klassik bəstəkarların əsərlərini dinləməyi çox sevirdi, hətta evdə musiqi təhsili də almışdı. O, xatirələrində qeyd edirdi ki, əgər fizik olmasaydı, böyük ehtimalla musiqiçi olardı. Eynşteynin yazdığı və ona ünvanlanan məktubların əhəmiyyətli hissəsi Qüdsdəki universitetlərdən birinin arxivində qorunur. Alimin ögey qızı bu məktubların yalnız onun ölümündən 20 il sonra ictimaiyyətə təqdim olunmasını vəsiyyət etmişdi. Eynşteynin qızı Marqot isə 1986-cı ildə dünyasını dəyişir.

Həyatını düşünməyə, sorğulamağa və elmə həsr edən Eynşteyn 76 yaşında ABŞ-ın Nyu-Cersi ştatında vəfat edib.

Dünya

Yazı naviqasiyası

Previous Post: 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Dövlətçilik Tarixində Dönüş Nöqtəsi
Next Post: İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Related Posts

  • “HƏMAS”ın tərk-silah ediləcəyi vaxt açıqlandı Dünya
  • Putinin məşhur avtomobili sultanın sarayında Dünya
  • Sakit okeanda zəlzələ baş verdi Dünya
  • Maşınlarını 38 milyona SATIRLAR – FOTO Dünya
  • Pakistanda sərnişin avtobusu yük maşını ilə toqquşub: 11 nəfər ölüb, 10 nəfər yaralanıb Dünya
  • Meqan Markl ikonik film roluna qayıda bilər Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Ceyhun Bayramov Migel Angel Moratinos və Rebeka Qrinspanla görüşüb – YENİLƏNİB Ölkə
  • Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb Dünya
  • Keçmiş məhkumda 7 kq marixuana aşkarlandı Hadisə
  • “Məni istəməyəni bağışlaya bilmirəm” Mədəniyyət
  • “8 Noyabr”dakı dəmir yolu sökülür – 10 kilometrlik mikrotunel tikilir Ölkə
  • Avropa onları “cəhənnəm hücumları” ilə hədələyir – Siyarto Dünya
  • ABŞ dəniz piyadaları Cənubi Çin dənizində drona zərbə endirdi Siyasət
  • Almaniyanın dövlət borcu 3 trilyon avroya yaxınlaşır Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by