Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Sabah da yağış yağacaq Ölkə
  • Ətrafınızdakı 5 insan sizin maddi vəziyyətinizi müəyyən edir Maraqlı
  • “Sea Breeze Resort” istirahət zonasına su fondundan 55 hektar torpaq sahəsi ayrılıb Ölkə
  • Dövlət Gömrük Komitəsində qadın şöbə rəisi TƏYİN EDİLDİ Ölkə
  • Bakıda bu məktəbdə tədris DAYANDIRILDI – SƏBƏB Təhsil
  • ABŞ-nin xərcləri 42 milyard dolları ötüb Dünya
  • Avropa İttifaqı Gürcüstanı hədələdi  Dünya
  • Kolumbiyada güclü partlayış: 14 ölü, 38 yaralı Dünya

Azərbaycanda bu qədər şəxs birdəfəlik yardım alacaq

Posted on 24 Aprel 2026 By admin Şərh yoxdur Azərbaycanda bu qədər şəxs birdəfəlik yardım alacaq

Prezident İlham Əliyevin yeni “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı həmin kateqoriyalara aid vətəndaşlara növbəti yüksək diqqət və qayğını ifadə edir.

Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

Bildirilib ki, Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2750 manat birdəfəlik maddi yardım ödəniləcək.

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 1500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncamın ümumilikdə 2 minə yaxın şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 13-ü İkinci Dünya müharibəsi iştirakçılarıdır.

Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

İqtisadiyyat

Yazı naviqasiyası

Previous Post: Atasının ölümünə dözməyən yeniyetmə infarkt keçirdi, xilas edə bilmədilər – FOTO
Next Post: Azərbaycanlı məşhur milyarder Qarabağda – FOTO

Related Posts

  • Neftin qiyməti ABŞ-ın təsiri ilə 150 dollara qədər arta bilər – “Bloomberg” İqtisadiyyat
  • Azərbaycanda pensiya alanların sayı açıqlandı İqtisadiyyat
  • Mərkəzi Bankdan sahibkarlar üçün yeni kredit qaydaları  İqtisadiyyat
  • Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək İqtisadiyyat
  • Azərbaycandan Rusiyaya pul köçürmələri azalıb İqtisadiyyat
  • Azərbaycan nefti cüzi ucuzlaşıb İqtisadiyyat

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Müctəba Xamenei ilk dəfə açıqlama verdi Siyasət
  • “İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir” Təhsil
  • Bakıda cibgirlik edən şəxs saxlanıldı – Anbaan video Kriminal
  • Avropa çempionatı: Hidayət Heydərov gümüş medal qazanıb – YENİLƏNİB İdman
  • Türkiyədə güclü zəlzələ oldu Dünya
  • Ərdoğanın Qəzza “Sülh Şurası”nın liderlər toplantısında iştirak edib-etməyəcəyi yaxın günlərdə bəlli olacaq Dünya
  • Bu iltihab uşaqlar üçün ciddi haldır – Valideynlərə XƏBƏRDARLIQ Cəmiyyət
  • Azərbaycanlı məşhur milyarder Qarabağda – FOTO Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by