Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Azərbaycanın sürücülük vəsiqələri bu ölkədə tanınacaq  Ölkə
  • Rusiya kəşfiyyatçıları Macarıstana göndərib – Madyar Dünya
  • Vergiyə 260 min borcu olan şirkət gömrük qaydalarını da pozub Dünya
  • Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi – Ölən var Hadisə
  • Sarıkökün bu faydalarını bilirdiniz? Cəmiyyət
  • İcra başçısı köməkçisini işdən çıxardı Ölkə
  • “Barselona” Rafael Leaonu transfer edə bilər İdman
  • İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi Ölkə

Bu İrəvan-Bakı arasındakı sülh prosesinə çox ciddi zərbədir – Deputat

Posted on 21 Aprel 2026 By admin Şərh yoxdur Bu İrəvan-Bakı arasındakı sülh prosesinə çox ciddi zərbədir – Deputat

“Niderland və Belçikanın parlamentində sülh prosesinə ciddi şəkildə xələl gətirən bir sənəd qəbul edildi. Hesab edirəm ki, hər iki ölkənin parlamentləri arasında eyni vaxtda sinxronlaşdırılmış, əlaqələndirilmiş şəkildə qəbul edilən bu qətnamələr məhz regionumuzda baş verən sülh prosesinə çox ciddi zərbədir. Bu, Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir, bir cəhddir, suverenliyimizə qarşı yönəlmiş qətnamədir. Ona görə də biz bunu qətiyyətlə rədd edirik. Hər iki ölkə parlamentinin qəbul etdiyi qətnamələri rədd edirik”.

Bu fikirləri Milli Məclisin plenar iclasında deputat Tural Gəncəliyev bildirdi.

Onun sözlərinə görə, təbii ki, parlamentimizin bununla bağlı çox tutarlı açıqlaması və bəyanatı var:

“Eyni zamanda Xarici İşlər Nazirliyi hər iki ölkənin səfirlərini çağırıb, onlara ciddi irad bildirilib. Bilirsiniz, həmin qətnamədə regionumuzda gedən müsbət proseslər, Azərbaycanın humanist jesti, Ermənistana qarşı məhdudiyyətləri aradan qaldırmağımız, Ermənistana göndərilən humanitar yardımlar, Azərbaycan üzərindən keçməklə və yaxud bizim Ermənistana göndərdiyimiz neft məhsulları haqqında bir kəlmə belə qeyd olunmayıb. Təbii ki, bu da qərəzin göstəricisidir. Hesab edirəm ki, adətən demokratiyadan, insan hüquqlarından danışanların özləri ən çox demokratiyanı pozanlar, insan hüquqlarına hörmətsiz yanaşanlar olub. Həmin ölkələrin parlamentlərindən heç vaxt nə müasir dövrdə, nə keçmişdə, nə də yaxın tarixdə yeni müstəmləkəçilik siyasəti və yaxud keçmiş müstəmləkəçilik siyasətləri haqqında danışıldığını görməmişik. Ancaq başqalarına barmaq uzatmaq, başqalarının təqsirini axtarmaqla məşğuldurlar”.

Siyasət

Yazı naviqasiyası

Previous Post: “Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək” – VİDEO
Next Post: Arvadının atıb getdiyi kişi heyfini keçilərdən çıxdı

Related Posts

  • İraqın hava məkanı daha üç gün bağlı qalacaq Siyasət
  • Tramp İrana qarşı şərt qoydu Siyasət
  • 560 ABŞ əsgəri ölüb və yaralanıb – İran Siyasət
  • İran Fars körfəzində hücumlarla bağlı ABŞ və İsrailə xəbərdarlıq edib Siyasət
  • ABŞ, İsrail və İran arasında müharibə: Tehranda güclü partlayışlar eşidilir Siyasət
  • Ermənistan və ABŞ TRIPP layihəsi üzrə yeni saziş hazırlayırlar Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Yer kürəsi 54 il fərqlə.. – FOTO Maraqlı
  • Başı stadionun dəmirləri arasında qalan uşaq belə xilas edildi – ANBAAN VİDEO Hadisə
  • AFFA “Sumqayıt”ı 10 min manat CƏRİMƏLƏDİ İdman
  • Hindistan gəmisi Oman sahillərində batıb Hadisə
  • Sarıkökün bu faydalarını bilirdiniz? Cəmiyyət
  • Azərbaycanda kredit kartlarına maraq azalır – Ekspert səbəbləri açıqladı Ölkə
  • Pavel Durov müasir dövrün 11 fırıldağını açıqladı Maraqlı
  • Dünyanın ən kiçik səhrası hansıdır? – Hər şey o qədər də sadə deyil Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by