Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Meşədən 43 yaşlı kişinin meyiti tapıldı Hadisə
  • Bloger Hüseyn Həsənovun toyudur – VİDEO Cəmiyyət
  • “Ərim atamı döyüb” – FOTO Dünya
  • “Amerika seçkiləri saxtalaşdırılıb” – Tramp Dünya
  • Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.05.2026) İqtisadiyyat
  • Aktyorun dəfnindən çıxıb pivə içməyə getdilər – FOTO Dünya
  • Miqren yalnız baş ağrısı deyil – Həkimdən xəbərdarlıq Cəmiyyət
  • Bu həftə hönkür-hönkür ağlayacaq BÜRCLƏR Cəmiyyət

Vəkillər Kollegiyası: “Son 2 ildə hüquq tələbələrinin inkişafına 55 min manatdan artıq maliyyə dəstəyi göstərilib”

Posted on 16 Aprel 2026 By admin Şərh yoxdur Vəkillər Kollegiyası: “Son 2 ildə hüquq tələbələrinin inkişafına 55 min manatdan artıq maliyyə dəstəyi göstərilib”

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) tərəfindən gənc hüquqşünasların vəkillik peşəsinə marağının artırılması və onların peşəkar inkişafının dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə hər il məktəblərdə və ali təhsil müəssisələrində müxtəlif görüşlər, maarifləndirici tədbirlər və müzakirələr təşkil olunur, eyni zamanda, gənclərin praktiki bilik və bacarıqlarının inkişafına yönəlmiş təşəbbüslər həyata keçirilir.

Mövzu ilə bağlı kollegiyanın mətbuat katibi İsmayıl Nəsibli AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib ki, VK ilə ölkədə hüquq təhsili verən ali təhsil müəssisələri arasında imzalanmış əməkdaşlıq memorandumlarına əsasən, tələbələrin vəkil qurumlarında təcrübə keçməsi üçün zəruri şərait yaradılıb. Onun sözlərinə görə, bu əməkdaşlıq gənc hüquqşünasların nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinə, onların vəkillik peşəsinin mahiyyətini daha yaxından mənimsəmələrinə mühüm töhfə verir.

 

 

İsmayıl Nəsibli qeyd edib ki, hüquqşünas tələbələr, eyni zamanda, VK Rəyasət Heyətinin dəstəyi ilə həm ölkədaxili, həm də beynəlxalq səviyyəli hüquq müsabiqələrində fəal iştirak edirlər. Xüsusilə vurğulanıb ki, ADA Universiteti və Bakı Dövlət Universitetinin Hüquq fakültələrinin tələbələrinin Amerika Birləşmiş Ştatlarında keçirilən “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirakı, o cümlədən Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil edilən “Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası”nın XI və Milli Məhkəmə Müsabiqəsinin XV buraxılışlarının keçirilməsi ilə bağlı hər il kollegiyaya müraciətlər daxil olur: “Kollegiyanın Rəyasət Heyətinin iclaslarında bu müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul edilir. Son 2 ildə də hər iki ali təhsil müəssisəsinin Hüquq fakültəsi tələbələrinin və ELSA Azərbaycan təşkilatının müraciətləri əsasında onların sözügedən müsabiqələrdə iştirakının təmin edilməsi məqsədilə ümumilikdə 55 min 346 manat məbləğində maliyyə dəstəyi ayrılıb. Cari ilin 4 ayı ərzində isə Rəyasət Heyətinin iclaslarında ADA Universiteti və Bakı Dövlət Universitetinin Hüquq fakültələrinin tələbələrinin müsabiqələrdə iştirakı üçün ümumilikdə 28 min 500 manat məbləğində maliyyə dəstəyinin ayrılması qərara alınıb”.

Bununla yanaşı, mətbuat katibi söyləyib ki, VK tərəfindən hər il gənclərin hüquqi maarifləndirilməsi istiqamətində həyata keçirilən layihələrə, kitab təqdimatlarına və digər təşəbbüslərə həm maliyyə, həm də təşkilati dəstək göstərilir: “Onu da xüsusi ilə vurğulayıram ki, VK hüquqşünas tələbələrin inkişafına ən geniş dəstək göstərən əsas hüquq təsisatlarından biri olaraq bu istiqamətdə fəaliyyətini ardıcıl şəkildə davam etdirir”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Bu sahədə işləyənlər 4 000 manatdan çox maaş alırlar – SİYAHI
Next Post: Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir?

Related Posts

  • Sabaha olan hava proqnozu açıqlanıb Ölkə
  • Azərbaycan və UN-Habitat WUF13 standartlarının gələcəkdə tətbiqi ilə bağlı Niyyət Məktubu imzalayıb Ölkə
  • Xəzər dənizində 3.5 maqnitudalı daha bir zəlzələ olub -YENİLƏNİB Ölkə
  • Sabah yollarda duman səbəbindən hərəkət çətinləşəcək Ölkə
  • Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi Ölkə
  • Bu sahədə süni intellektdən istifadə dəyərin artmasına səbəb ola bilər – Vüqar Bayramov Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı Ölkə
  • Generalın oğlu AAYDA-dakı işindən çıxarıldı Cəmiyyət
  • İran Ərbil hava limanına zərbə endirib Siyasət
  • Emin Mahmudov Qurban Qurbanova çatdı İdman
  • “İllər keçir, bəzi yaralar sağalmır” Mədəniyyət
  • Babasıgilə gedib dayısının 10 min manat pulunu oğurladı Cəmiyyət
  • Masazırda qadın elektrik cərəyanı vurması nəticəsində ölüb Hadisə
  • Nizami Gəncəvinin abidəsi təhqir olundu – VİDEO Hadisə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by