Yüksək rütbəli iranlı qanunvericinin sözlərinə görə, Müctəba Xamenei parlament spikeri Məhəmməd Baqer Qalibafın ABŞ ilə danışıqlara rəhbərlik etməsi şərtini qoyub.
Bu barədə “Iran International” məlumat yayıb.
Parlament spikerinin müavini Mahmud Nəbəvian cümə günü bildirib: “Bizim şərtlərimiz Pakistan tərəfinə çatdırılıb… və onlar Trampın bu şərtləri qəbul etdiyini dedilər”.
Nəbəvian əlavə edib ki, atəşkəs və danışıqlarla bağlı qərar İran rəhbərliyi tərəfindən qəbul edilib.