Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Verilişi bağlanan Zaur Kamal istirahətə yollandı – FOTO Mədəniyyət
  • ABŞ-İran savaşının səssiz qalibi – Pekin Dünya
  • Ağdaş rayonunda Vətən müharibəsi şəhidinin atası vəfat edib. Cəmiyyət
  • Əməkdar artist “Çocuklar duymasın”ın aktyoru ilə bir arada – FOTO Mədəniyyət
  • Azərbaycanda elektrik oyuncaqlar üçün texniki reqlament hazırlanıb Cəmiyyət
  • XIII Qlobal Bakı Forumunun birinci günü yekunlaşıb -YENİLƏNİB Ölkə
  • Gəncədə evdə partlayış – 61 yaşlı kişi yaralandı Hadisə
  • Azərbaycan Basketbol Liqasında yarımfinal cütləri məlum olub İdman

Mingəçevirdə Aprel şəhidləri anılıb: icra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri ailələri ziyarət edib

Posted on 9 Aprel 20269 Aprel 2026 By admin Şərh yoxdur Mingəçevirdə Aprel şəhidləri anılıb: icra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri ailələri ziyarət edib

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə tarixə düşən Aprel döyüşlərinin başlanmasından 10 il ötür. Bu döyüşlər xalqımızın mübarizə əzmini, ordumuzun gücünü bir daha nümayiş etdirməklə yanaşı, gələcək böyük zəfərin əsasını qoyan mühüm mərhələlərdən biri kimi yadda qalıb. Qəhrəmanlıq salnaməsi yazan igidlərimizin xatirəsi bu gün də dərin ehtiramla yad edilir, onların göstərdiyi şücaət heç zaman unudulmur.


Mingəçevir şəhəri də Aprel döyüşlərində öz igid övladlarını Vətən uğrunda fəda edib. Rahim Tağıyev, Rüstəm Əhmədov, Adil Adilzadə və Teymur Qasımov döyüş meydanında göstərdikləri igidliklə şəhidlik zirvəsinə ucalaraq adlarını tarixə qızıl hərflərlə yazdırıblar. Bu qəhrəmanların əziz xatirəsi şəhər ictimaiyyəti tərəfindən daim hörmət və ehtiramla anılır.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər prokuroru, polis və digər hüquq-mühafizə orqanlarının rəhbərləri Aprel şəhidlərindən olan Teymur Qasımovun ailəsini ziyarət ediblər. Görüş zamanı şəhid ailəsinin qayğı və problemləri ilə yaxından maraqlanılıb, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, şəhid ailələri və qazilər dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.


İcra başçısı İlham İsmayılov bildirib ki, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı davamlı xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan dövləti bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirir. Vurğulanıb ki, Mingəçevirdə də şəhid ailələri daim diqqət mərkəzində saxlanılır, onların problemlərinin operativ həlli üçün müvafiq qurumlar tərəfindən mütəmadi addımlar atılır.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, dövlət tərəfindən onlara göstərilən dəstəyin hər zaman hiss olunduğunu qeyd ediblər. Belə görüşlərin onların mənəvi dayanıqlığını artırdığı, şəhidlərin xatirəsinin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.


Qeyd edək ki, Mingəçevirdə Aprel şəhidlərinin ailələrinin sosial təminatı istiqamətində mühüm işlər görülüb. Belə ki, dörd şəhid ailəsindən ikisi Gəncə şəhərində yeni mənzillərlə təmin olunub, digər iki ailə üçün isə Mingəçevir şəhərində yararsız vəziyyətdə olan evlər sökülərək onların yerində müasir, geniş, 3 otaqlı yeni mənzillər tikilərək istifadəyə verilib.

Esmira Hidayətova, Mingəçevir

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Dövlətinə sədaqətli, xalqa bağlı bir ömrün ünvanı
Next Post: Məktəbdə insident: Müəllim valideyni döydü

Related Posts

  • Tovuzda ana körpə qızını atıb gedib – FOTO – YENİLƏNİB Cəmiyyət
  • Deputatdan təklif: Cərimələr minimum məbləğlə müəyyənləşdirilsin Cəmiyyət
  • Professor: xalq təbabətində istifadə olunan bu otlar təhlükəli ola bilər Cəmiyyət
  • “Koroğlu” metrosu yaxınlığında prospektə çıxan at gündəm oldu – VİDEO Cəmiyyət
  • Azərbaycanda elektrik oyuncaqlar üçün texniki reqlament hazırlanıb Cəmiyyət
  • Pensiya artımları kimlərə şamil olunacaq? Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Türkiyə 2 min kilometr məsafəli raket proqramı üzərində işləyir Dünya
  • Türkiyədə fəhlələri daşıyan mikroavtobus aşıb, ölən və xəsarət alanlar var Hadisə
  • “Ərim atamı döyüb” – FOTO Dünya
  • Amerikalı jurnalist Bağdadda oğurlanıb Dünya
  • Çindən təhlükəli ixtira: dünya internetini kəsə biləcək Dünya
  • Bakının bu ərazisində su kəsiləcək Cəmiyyət
  • Müdafiə Nazirliyi PUA-larla bağlı məlumat yaydı Ölkə
  • Masallıda faciə: Baba və nəvə yanaraq ÖLDÜ – YENİLƏNİB Hadisə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by