Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Rusiyada telefon dələduzluğuna qarşı radikal addımlar atılır Dünya
  • 80 milyon baxış, 1 milyon layk gəldi – Həmin VİDEO İdman
  • Son 4 mövsümün ən böyük hesabı İdman
  • Premyer Liqa: “Qarabağ” “Zirə”ni məğlub edib İdman
  • Qəhvə diabet riskini azalda bilər Maraqlı
  • Həmin ərazilərdən keçərkən daha diqqətli olun – Sürücülərin nəzərinə! Ölkə
  • Dahilik kodu: Bu 6 tarixdə doğulanlar üstün zəkaya malikdirlər Maraqlı
  • Buraxılış imtahanının nəticəsi bu tarixdə açıqlanacaq Təhsil

Mingəçevir Modern Teatrında aktyorluq dərnəyi üzvlərinə sertifikatlar təqdim olunub

Posted on 14 Mart 202614 Mart 2026 By admin Şərh yoxdur Mingəçevir Modern Teatrında aktyorluq dərnəyi üzvlərinə sertifikatlar təqdim olunub

Mingəçevirdə fəaliyyət göstərən və bölgədə ilk müstəqil teatr kimi tanınan Modern Teatr aktyorluq dərnəyinin yarımillik tədris proqramını uğurla başa vuran iştirakçılar üçün sertifikat təqdimetmə mərasimi keçirib.

Tədbirdə bildirilib ki, yarım il ərzində dərnək fəaliyyətinə məsuliyyətlə yanaşan, müxtəlif dövlət tədbirlərində fəallıq göstərən və davranışları ilə nümunə olan dərnək üzvlərinə sertifikatlar təqdim olunub. Onlara gələcək təhsil və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulanıb. Həmçinin qeyd olunub ki, gənclərin Modern Teatrda hazırlanacaq yeni səhnə layihələrində və yaradıcılıq işlərində iştirak etmələri tövsiyə edilir.

Mərasimdə teatrın bədii rəhbəri, tanınmış kino və teatr rejissoru, “Tərəqqi” medallı və Prezidentin fərdi mükafatçısı Cavid Təvəkkül, Mingəçevir Dövlət Dram Teatrının dram artisti, Prezident mükafatçısı və Modern Teatrın ictimai əsaslarla üzvü İbrahim Türksoy Salamov çıxış edərək dərnək üzvlərinə uğurlar arzulayıblar.

Təqdimat mərasimində Mingəçevir Dövlət Dram Teatrının əməkdaşları da iştirak ediblər.

Çıxışlar zamanı Modern Teatrın yarandığı gündən etibarən fəaliyyətinə göstərilən dəstəyə görə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Namiq Tarverdiyev, Mingəçevir Dövlət Dram Teatrının sabiq direktoru Vəfadar Rəhimova, hazırkı direktor Şəlalə Sadəddinova, teatrın truppa rəhbəri Könül Hacıyeva, texniki işlər üzrə rəhbər Ramin Piriyev, eləcə də teatrın yerləşdiyi 1 nömrəli Musiqi Məktəbinin direktoru Vüsal Məmmədovaya təşəkkür ifadə olunub.

Qeyd edilib ki, Modern Teatrın əsas heyəti arasında musiqi və incəsənət məktəblərinin müəllimləri ilə yanaşı, peşəkar aktyorlar da yer alır.

Tədbir zamanı həmçinin Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin Mingəçevir Modern Teatrının fəaliyyətinə gələcəkdə də diqqət və qayğı göstərəcəyinə inam ifadə olunub.

Mədəniyyət

Yazı naviqasiyası

Previous Post: Mingəçevirdə baharın gəlişi münasibətilə ümumşəhər tədbiri keçirilib – Mingəçevir Dövlət Universiteti fəallığı ilə seçilib
Next Post: Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq – VİDEO

Related Posts

  • Əməkdar artist vəfat etdi Mədəniyyət
  • Azərbaycanda bir-birinə bənzəyən məşhurlar gündəm oldular – FOTO Mədəniyyət
  • Məşhur müğənniyə ilik köçürüləcək Mədəniyyət
  • Xalq artistinin oğlu müğənnilik edəcək Mədəniyyət
  • 70 yaşlı aktyor sirrlərini bölüşdü – Aslan müəllimdən səmimi etiraflar – MÜSAHİBƏ Mədəniyyət
  • “O vaxtın keyfiyyətsiz musiqiçilərini indi korifey kimi təqdim edirlər” Mədəniyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Ukrayna PUA-larla Moskvaya hücum edib Siyasət
  • 70 yaşlı aktyor sirrlərini bölüşdü – Aslan müəllimdən səmimi etiraflar – MÜSAHİBƏ Mədəniyyət
  • Sabaha olan hava proqnozu açıqlanıb Ölkə
  • Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq – VİDEO Ölkə
  • Tramp İranla bağlı müttəfiqlərini çaşdırıb – “Bloomberg” Siyasət
  • Abşeron icra başçısı vətəndaş narazılığını niyə artırır? – FOTOFAKT Cəmiyyət
  • Ramazan ayının on ikinci gününün DUASI Cəmiyyət
  • Gənc futbolçu oyun zamanı huşunu itirərək dünyasını dəyişdi İdman

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by