Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK Ölkə
  • Rusiya MN: Gecə ərzində 389 Ukrayna PUA-sı vurulub Siyasət
  • Hacıbala Abutalıbov Bakıya QAYITDI Ölkə
  • İzləyicilərinin qarşısında rəqəmsal maska ​​​​taxdı: yayım zamanı əsl siması ortaya çıxdı və… Dünya
  • Həmkəndlisi ilə yeyib-içib, sonra öldürüb – Göygöldəki qətlin təfərrüatı – YENİLƏNİB Kriminal
  • Maşınlarını 38 milyona SATIRLAR – FOTO Dünya
  • Region mətbuatı, təhsil və gənclik – Kamal Əhmədovla söhbət Cəmiyyət
  • Sakit okeanda zəlzələ baş verdi Dünya

Deputat: Çalışmalıyıq ki, yerli süni intellektlə bağlı proqramlar yaradılsın

Posted on 11 Mart 2026 By admin Şərh yoxdur Deputat: Çalışmalıyıq ki, yerli süni intellektlə bağlı proqramlar yaradılsın

“Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi sifarişçi kimi çıxış edir. Çünki nazirliyinin özünün texnoloji imkanları o qədər deyil ki, orada mühəndislər, proqramçılar işləsinlər, yeni tətbiqlər ortaya qoysunlar”.

Bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə parlamentin Aqrar siyasət komitəsində keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.

Sədr müavini bildirib ki, bu tətbiqləri, proqramları, süni intellektdən istifadə edən texnologiyaları özəl sektor ortaya qoymalıdır, müəyyən şirkətlər ortaya çıxarmalıdır:

“Bizdə proqramçılar qrupları yaranmalıdır. Yəni bu sahədə bizdə hələ bir az boşluq var. Azərbaycanda bu sahə bir qədər zəif inkişaf edib. Düzdür, bizim gənc IT mütəxəssislərimiz var, amma hansısa dünya ölkəsi ilə rəqabət apara biləcək tətbiqin ortaya qoyulduğunu mən hələ görməmişəm: startaplar olsun və ya digər layihələr olsun – bu sahəyə biz diqqət etməliyik. Çalışmalıyıq ki, Azərbaycanda yerli məhsullar inkişaf etsin, yerli tətbiqlər, yerli süni intellektlə bağlı proqramlar yaradılsın”.

Deputat bildirib ki, bunun üçün də özəl sektor, təhsil müəssisələri və dövlət qurumları birlikdə çalışmalıdır:

“Yəni bu üçtərəfli tərəfdaşlıq olmalıdır. Dövlət qurumları, bəlkə, sifarişçi kimi çıxış edir, özəl sektor məhsullar ortaya qoyur – tətbiqlər, proqramlar, yeni icadlar. Elmi müəssisələr isə bunun üçün kadr hazırlayır.
Əgər bu üçtərəfli tərəfdaşlıq olarsa və doğrudan da Azərbaycan özəl şirkətləri və proqramçıları yeni məhsullar ortaya qoya bilərlərsə, biz gələcəkdə bunu xaricə də sata bilərik. Çünki Azərbaycan bazarı kifayət qədər kiçik bazardır. Əgər regional bazara baxsaq – Orta Asiya, Cənubi Qafqaz, Rusiya, Yaxın Şərq – bu ölkələrə də öz tətbiqlərimizi, öz IT məhsullarımızı sata bilərik. Beləliklə, biz artıq ixracla da məşğul ola bilərik və bundan müəyyən qazanc əldə edə bilərik.

Kənd təsərrüaftı nazirinin diqqətini bu məsələyə cəlb edim: biz necə edə bilərik ki, təkcə Azərbaycan bazarı üçün yox, regional bazar üçün tətbiqlər və həllər təklif edək? Bununla da IT sahəsi daha da inkişaf edə bilsin”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Dubayda güclü partlayış olub
Next Post: Bu sahədə süni intellektdən istifadə dəyərin artmasına səbəb ola bilər – Vüqar Bayramov

Related Posts

  • Külək güclənəcək (XƏBƏRDARLIQ) Ölkə
  • Güclü geomaqnit qasırğası gəlir – Bu tarixlərdə Ölkə
  • Şənbə günü hava dumanlı olacaq Ölkə
  • Sabah 3 rayonda qaz olmayacaq Ölkə
  • Ramanada tarixi quyular zibilliyə çevrilib? – Sakinlərdən şikayət Ölkə
  • Latviya Prezidenti Edqars Rinkeviçs “Bakı Ağ Şəhər”də olub – FOTO Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “Uzak Şehir”də sürpriz ayrılıq – FOTO Mədəniyyət
  • Netanyahunun olduğu qəsəbəyə PUA hücumu etdilər Siyasət
  • Külək güclənəcək (XƏBƏRDARLIQ) Ölkə
  • Anadangəlmə yüksək intellektə malik 4 bürc Maraqlı
  • Mingəçevirdə kommunal sahənin tanınmış əməkdaşı vəfat etdi Hadisə
  • KİV: İranda toplaşan PKK terrorçuları Türkiyə və Azərbaycan üçün təhlükə yaradır Siyasət
  • Unikal tısbağa dünyanın ən ölümcül yırtıcılarından biri tərəfindən ovlanır – Harada yaşayır? Maraqlı
  • İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by