Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Neftimizin qiyməti 94 dolları keçdi İqtisadiyyat
  • Mingəçevir Dövlət Universitetində “Novruz Ənənəsi: Baharın Yaşıl Nəfəsi” adlı ədəbi-bədii tədbir keçirilib Cəmiyyət
  • “ABŞ-nin dünyanın digər regionlarında öhdəlikləri var” Dünya
  • Maşınlarını 38 milyona SATIRLAR – FOTO Dünya
  • İranın yeni Ali Lideri sağdır və sağlamdır – Pezeşkian Dünya
  • Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər Ölkə
  • 16 min şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib – Baş nazir Cəmiyyət
  • Azərbaycan karateçisi qızıl medal qazanıb – FOTO İdman

“Prezidentin çıxışı və diplomatik təxliyə qərarı bir-birini tamamlayan tədbirlərdir” – Ekspert

Posted on 6 Mart 2026 By admin Şərh yoxdur “Prezidentin çıxışı və diplomatik təxliyə qərarı bir-birini tamamlayan tədbirlərdir” – Ekspert

“Prezident İlham Əliyevin dünən İranla bağlı sərt və açıq çıxışı, regionda diplomatik və təhlükəsizlik tədbirlərinin gücləndirilməsində birbaşa təsir göstərib”.
Bunu  açıqlamasında siyasi şərhçi Azər Rəşidoğlu ölkə başçısının tapşırığı ilə Tehrandakı səfirlik və Təbrizdəki Baş konsulluq heyətinin profilaktik təxliyə üçün hazır vəziyyətə gətirilməsi xəbərini şərh edərkən deyib.
Azər Rəşidoğlu vurğulayıb ki, Prezidentin çıxışı və diplomatik təxliyə qərarı bir-birini tamamlayan tədbirlərdir:
“İlham Əliyevin dünənki çıxışı həm diplomatik, həm strateji siqnaldır. Azərbaycan öz maraqlarını qorumaqda qətiyyətlidir və regionda yaranan riskləri qabaqcadan idarə etmək imkanına malikdir. Tehrandakı və Təbrizdəki diplomatların təhlükəsizliyinin təmin olunması üçün təxliyə addımları atılması, yalnız profilaktik tədbir deyil, həm də strateji hazırlığın göstəricisidir”.
Ekspert əlavə edib ki, bu tədbirlər həmçinin Azərbaycan dövlətinin strateji idarəetmə və proaktiv yanaşma qabiliyyətini nümayiş etdirir:
“Regionda gərginliyin artdığı şəraitdə diplomatlarımız üçün risklər realdır. Prezidentin çıxışı, təhlükəsizlik tədbirləri və təxliyə qərarı bir araya gələrək həm cəmiyyəti, həm də beynəlxalq tərəfdaşları aydın mesajla təmin edir. Azərbaycan həm təhlükəsizliyi qoruyur, həm də hər hansı insidentə qarşı hazırlıqlı və planlıdır. Növbəti mərhələdə İranın Bakıdan üzr istəməsi gözləniləcək və bundan sonra münasibətlərin hansı məcrada olacağına qərar veriləcək”.
Azər Rəşidoğlu həmçinin qeyd edib ki, bu addımlar cəmiyyət üçün də mühüm siqnaldır:
“Azərbaycan diplomatlarının təhlükəsizliyini təmin etməklə, dövlət həm də cəmiyyətə göstərir ki, hər hansı potensial təhlükəyə qarşı hazırdır. Bu, həm  təhlükəsizlik, həm diplomatiya, həm də strateji mövqe baxımından Azərbaycanın qətiyyətini nümayiş etdirir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Tehrandakı səfirlik və Təbrizdəki Baş konsulluq heyəti İrandan təxliyə olunacaq. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi ilə Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.
“Ötən gün dron hücumu ilə bağlı Prezident İlham Əliyev tərəfindən bütün aidiyyəti tapşırıqlar verilib, diplomatik addımlar atılıb. Eyni zamanda Azərbaycanın təhlükəsizlik tədbirləri hər zaman ən yüksək səviyyədədir.
Bilavasitə yaxın ərazidə hərbi əməliyyatlar gedən zaman risk artdıqda silahlı qüvvələrin hazırlıq səviyyəsi artırılır, bununla bağlı da müvafiq tapşırıqlar verilib”, – deyə nazir bildirib.
Ceyhun Bayramov həmçinin əlavə edib ki, bundan sonra hadisələr diqqətli şəkildə izləniləcək:
“İranın vədinə uyğun olaraq araşdırmanın nəticəsini gözləyəcəyik və buna uyğun qərar veriləcək, addımlar atılacaq”.
Ölkə

Yazı naviqasiyası

Previous Post: Külək güclənəcək (XƏBƏRDARLIQ)
Next Post: Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Related Posts

  • XIII Qlobal Bakı Forumunun birinci günü yekunlaşıb -YENİLƏNİB Ölkə
  • Prezident Aleksey Overçuku qəbul qəbul etdi – FOTOLAR Ölkə
  • Külək güclənəcək (XƏBƏRDARLIQ) Ölkə
  • Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib – YENİLƏNİB Ölkə
  • İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib Ölkə
  • Sürücülərə sabahla bağlı xəbərdarlıq Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycan nefti ucuzlaşıb İqtisadiyyat
  • Dünyanın ən xoşbəxt ölkəsi başqalarına da xoşbəxt olmağı öyrədəcək Dünya
  • “Atam o geyimə görə mənimlə 2 il danışmadı” Mədəniyyət
  • Amerikalı aktrisa yeddi uşaqla ağır qəzaya düşüb Dünya
  • Məsud Pezeşkian: Nə döyüş meydanını, nə də danışıqlar masasını tərk etməmişik Siyasət
  • Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb Dünya
  • ABŞ dəniz piyadaları Cənubi Çin dənizində drona zərbə endirdi Siyasət
  • Qadın kafedə tanış olduğu kişini intim video ilə şantaj etdi, həbs cəzası aldı Kriminal

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by