Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Həftənin bu günləri şadlıq saraylarında toy etmək qadağan edildi Dünya
  • 200-dən çox Azərbaycan vətəndaşı Ciddədən təxliyə edildi Ölkə
  • Məscidə girib yarıçılpaq video çəkdi, saxlanıldı  Dünya
  • Bakıda idman qidaları ilə bağlı fitness zallarında reyd keçirib, qanunsuzluqlar aşkarlanıb İdman
  • ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi İran rəhbərliyini aylarla izləyibmiş – Sensasion iddia Siyasət
  • Sabaha olan hava proqnozu açıqlanıb Ölkə
  • Azərbaycanda 9-cu sinif şagirdi özünü güllələyərək ÖLDÜRDÜ Hadisə
  • Aktrisa direktoru məhkəməyə verdi: Töhməti ləğv etdirdi Kriminal

Azərbaycanı içəridən çökdürmək planı ifşa olundu – Deputatdan ağır sözlər

Posted on 16 Fevral 2026 By admin Şərh yoxdur Azərbaycanı içəridən çökdürmək planı ifşa olundu – Deputatdan ağır sözlər

Dövlət Təhlükəsizlik Xidmətinin dünən açıqladığı məlumat ölkə gündəmini silkələyir. Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və onların ətrafında formalaşmış şəbəkənin xarici xüsusi xidmət orqanlarının diktəsi ilə Azərbaycanda dövlət çevrilişi ssenarisini gerçəkləşdirməyə cəhd göstərmələri ictimaiyyət arasında dərin hiddət doğurub.
Faktlarla məlum olur ki, bu şəbəkə uzun müddət ölkədə gərginlik yaratmaq, ictimai sabitliyi pozmaq, dövlət maraqlarını hədəfə almaq və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək istiqamətində koordinasiyalı fəaliyyət aparıb. Xüsusilə Vətən müharibəsi ərəfəsində cəmiyyətdə pessimist rəy formalaşdırmaq, radikal müxalifəti aktivləşdirmək və daxili qarşıdurmanı dərinləşdirmək cəhdləri bu planın tərkib hissəsi kimi təqdim olunur. İndi isə faktlara söykənən açıqlamalarla sözügedən fiqurların və şəbəkənin dövlətçiliyimizə, müstəqilliyimizə və konstitusiya quruluşumuza qarşı yönəlmiş fəaliyyətinin ifşası gündəmdədir.
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Musavat.com-a açıqlamasında artıq hər şeyin aydınlığa çıxdığını söylədi: “Mən hələ aylar öncə qələmə aldığım yazıda qeyd etmişdim ki, bir az səbrli olun, qarşıda, növbəti mərhələdə bütün anti – milli ünsürlərin, şərəfsiz yığınının xəyanəti dəmir arqumentlərlə, ciddi faktlarla, audio və video sübutlarla ifşa olunacaq. Və buyurun: Həmin gün gəldi! Hər şey aydınlığa çıxdı. Bütün gizlinlər açıldı. Üstəlik, o da təsdiqini tapdı ki, uzun illər boyunca saxta demokrat maskası altında gizlənənlər, özlərini Qərb dəyərlərinin carçısı kimi təqdim etməyə çalışanlar əslində rusun agentləri, Rusiyanın xüsusi xidmət orqanlarının nökərləri, rusun Bakıdakı emissarı Ramiz Mehdiyevin tulaları, hürənləri, “şilləvuranları” imişlər.
Manqurt şəbəkəsi! Vətən xainləri. Bu millətin çörəyi və suyu burnunuzdan gəlsin! Gör, kimin oyununa alət olublar. 87 yaşlı psixopatın! Gör, Əli Kərimli öz cılız ambisiyalarını hara qədər irəlilədib ki, Mehdiyev kimi yaramazın köləsi belə olmağa razılaşıb. Gör, pul, para, hakimiyyət hərisliyi məlum cinayət “çete”sinin gözünü necə kor edib ki, vətən, dövlət satmağa belə qalxıblar. Gör, Rusiya tərəfindən tapşırıq hansı ultimatumla verilib ki, hətta nankor Abbasla binamus Fuadın belə kəsişə bildiyi, biləcəyi nöqtələr axtarılıb tapılıb.
Xatırlayırsınızmı, hələ Vətən Müharibəsi dövründə radikallar, “söyüş müxalifəti” nə oyunlar çıxarırdı, düşmən dəyirmanına necə su tökürdü, erməni manşetlərinə hansı hazır “materialları” ötürürdü? Təsadüf idimi bu? Plansız idimi bu? Məqsədsiz idimi bu? Xeyr! Qətiyyən! Hər şey planlı və məqsədli idi! Hesablanmış idi! İdarə olunan idi! Rusiya və onun agenti Mehdiyev tərəfindən.
Ölkə

Yazı naviqasiyası

Previous Post: İlk dəfə qızının üzünü göstərdi – FOTO
Next Post: Aktyorun dəfnindən çıxıb pivə içməyə getdilər – FOTO

Related Posts

  • Yarım milyon manata ofis icarəyə verən Araz Mehdiyev kimdir? Ölkə
  • Azərbaycanda zəlzələ oldu Ölkə
  • Bakı metropoliteni yeni hərəkət qrafikinin sınaqlarına başlayır Ölkə
  • İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib Ölkə
  • Ötən ilin  inflyasiyası bu qədər olub Ölkə
  • Elektron Təhlükəsizlik Xidməti vətəndaşları saxta kurslarla bağlı ehtiyatlı olmağa çağırıb Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Hacıbala Abutalıbov Bakıya QAYITDI Ölkə
  • Ermənistan və ABŞ TRIPP layihəsi üzrə yeni saziş hazırlayırlar Siyasət
  • KİV: “Rusiya və Ukrayna atəşkəs üçün müəyyən razılığa gəliblər” Dünya
  • Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb Kriminal
  • Moskvadan Bakıya uçan təyyarənin geri qayıtma səbəbi açıqlandı Ölkə
  • Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi – 600 mindən çox vergi borcu da var Ölkə
  • Mingəçevirdə liseydə kitab bağışlanma aksiyası keçirilib Cəmiyyət
  • “Amerika seçkiləri saxtalaşdırılıb” – Tramp Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by