Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Hikmət Hacıyev: Mühüm məlumatlar gözlənilir Ölkə
  • İsrail 100.000 ehtiyat əsgərini çağırır Dünya
  • Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər Ölkə
  • Polis rəisinin iştirakı ilə Mingəçevir məktəblərində görüşlər davam edir Cəmiyyət
  • Kremlin çirkli savaşı: Qafqazdan silinən Rusiya İlham Əliyevə qarşı ailə üzərindən hücum edir – Aqil Ələsgər yazır Siyasət
  • Hidayət Tbilisi Böyük Dəbilqəsini bürünc medalla başa vurdu İdman
  • Pezeşkian qonşu ölkələrdən hücumlara görə üzr istədi Siyasət
  • Mingəçevirdə kommunal sahənin tanınmış əməkdaşı vəfat etdi Hadisə

Şamil Heydərov və Ramiz Mehdiyev kölgəsi: “İdeal” MTK-da 600 minlik hesabat sirri və sakinlərin üsyanı

Posted on 14 Fevral 2026 By admin Şərh yoxdur Şamil Heydərov və Ramiz Mehdiyev kölgəsi: “İdeal” MTK-da 600 minlik hesabat sirri və sakinlərin üsyanı

Müasir iş dünyasında şəffaflıq və ictimai hesabatlılıq uğurun əsas meyarlarından biri sayılır. Lakin bəzən böyük biznes imperiyalarının rəhbərləri bu prinsiplərlə deyil, qapalı idarəçilik və tənqidə qarşı sərt dözümsüz davranışları ilə gündəmə gəlirlər. Bu sahədə adı ən çox hallanan şəxslərdən biri də Azərbaycanın yükdaşıma və tikinti sahəsində geniş şəbəkəyə malik olduğu deyilən, ictimaiyyət arasında “Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərovdur.
Xüsusilə, vaxtilə Ramiz Mehdiyevin siyasi nomenklaturasının “inkubatorunda” yetişən və onun himayəsi ilə böyük biznes rıçaqlarına sahiblənən Şamil Heydərov tənqidi özünə hələ də təhdid kimi görür. Onun mediaya qarşı aqressiv dözümsüzlüyü isə bir daha onu göstərir ki, Şamil Heydərov hələ də mənsub olduğu Ramiz Mehdiyevdən qalmış köhnə və qeyri-şəffaf idarəçilik sisteminin genetik kodlarından uzaqlaşa bilmir.
İndi Azərbaycanda bütün sahələrdə olduğu kimi, biznes sektorunda da hesabatlılıq mədəniyyət göstəricisinə çevrilib. Ancaq özünü hələ də “toxunulmaz” hesab edən Şamil Heydərov nədənsə bu reallığı qəbul etmək istəmir. Onun fəaliyyət modelində şəffaflıq və sağlam tənqidə dözümlülük yox, Ramiz Mehdiyev kimi medianı hədələmək yolunun üfüqü tutulur. Bu, heç də təsadüfi deyil.
Çünki bu, Ramiz Mehdiyev dövrünün kölgəsində boy atmış və hələ də onun himayəsinə arxalanaraq “toxunulmazlıq zirehinə” bürünən köhnə təfəkkürün qalıqlarıdır. Ramiz Mehdiyev kimi Şamil Heydərov da ölkəmizin şəffaflıq islahatları ilə barışmaq istəmir, əksinə, keçmişin “qaranlıq dəhlizində” nəfəs alır.
Bu gün Şamil Heydərovun inşa etdirdiyi binaların onlarla sakini sözügedən evlərdən yığılan pulların qeyri-şəffaf xərclənməsindən, burada göstərilən xidmət keyfiyyətlərinin çox aşağı səviyyədə olmasından şikayətçidir. İş adamı vaxtilə həmin binalardan sakinlərə baha qiymətə evlər satarkən, vətəndaşlara “rahat həyat” vədləri vermişdi. Belə vətəndaşlardan olan Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən binanın sakinləri deyir ki, yağışlı havalarda binanın qarajını su basır, ərazidə hərəkət etmək çətinləşir. Binaya cavabdeh olan şəxslər isə problemin aradan qaldırılması üçün lazımi addımlar atmaq istəmirlər. İllərdir davam edən bu cür problemlər sakinlərin səbr kasasını daşdırıb, onlar nəhayət üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün kütləvi şəkildə Demokrat.az-a müraciət edirlər…
2009-cu ildə sakinlərin böyük ümidlərlə köçdüyü bu çoxmərtəbəli binada hazırda xaotik mənzərə yaşanır. Sakinlərin sözlərinə görə, sözügedən bina Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müəllimi, “Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərova məxsus “İdeal” MTK tərəfindən 2009-cu ildə inşa edilib. Binada yerləşən ticarət obyektləri də elə Şamil Heydərova məxsusdur.
Sakinlərin sözlərinə görə, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən və 500-dən çox sakinin yaşadığı binada hər ay orta hesabla hər bir sakindən 100 manata yaxın pul yığılır. Ayda 50 min, ildə 600 mindən çox bu vəsait nəhəng büdcə deməkdir. Bu vəsaitin hara xərcləndiyi isə bəlli deyil. Sakinlər hər ay bu qədər ödəniş etsələr də, qarşılığında nə xidmət görürlər, nə də şəffaf hesabat. Bu, insanların etibarından sui-istifadə edərək, qurulan qeyri-şəffaf fəaliyyətin çılpaq mənzərəsidir. İş adamı Şamil Heydərov isə hələ də sakinlərə yığılan pulların hesabatını vermək istəmir.
İş adamı həmin binaya təyin etdiyi nümayəndəsi, “komendat” kimi fəaliyyət göstərən Sahib adlı şəxs də illərdir ona edilən müraciətlərə, şikayətlərə etinasız yanaşır, ona görə də indiyədək həmin binada problemlər həllini tapmayıb. Sakinlərin haqlı etirazları da məhz “İdeal” MTK-nın sahibi Şamil Heydərovun onların taleyinə qarşı olan nümayişkaranə etinasızlığının real təzahürüdür.
Bu məsələ ilə bağlı hər zaman vətəndaşlardan gələn müraciətlər işıqlandırır və sakinlərin səsini cəmiyyətə çatdırır. Eyni zamanda bütün tərəflərin mövqeyini də obyektiv formada saytımızda yayımlayırıq. İndi isə növbə qanunlarındır. Şamil Heydərovun illərdir sığındığı Ramiz Mehdiyevin himayəsindəki “toxunulmazlıq” mifologiyası artıq dağılmalıdır. Heç bir biznes marağı vətəndaşın haqqından və dövlətimizin sarsılmaz qanunlarından üstün ola bilməz. Şamil Heydərov həm söz verdiyi sakinlər, həm də qanunlar qarşısında cavab verməyə borcludur!
Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 70 il ötür
Next Post: İlk dəfə qızının üzünü göstərdi – FOTO

Related Posts

  • Test Cəmiyyət
  • İlham İsmayılovdan Mingəçevir xanımlarına 8 Mart təbriki Cəmiyyət
  • Narkomaniya və zərərli vərdişlərə yox deyək!  Cəmiyyət
  • Yevlaxın bir hissəsində qaz kəsiləcək Cəmiyyət
  • Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb Cəmiyyət
  • Tovuzda ana körpə qızını atıb gedib – FOTO – YENİLƏNİB Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Altıncı hissi çox güclü olan BÜRCLƏR Maraqlı
  • İranlıdan aldığı 9 kq marixuana ilə tutuldu Hadisə
  • Mingəçevir Dövlət Universitetində “Novruz Ənənəsi: Baharın Yaşıl Nəfəsi” adlı ədəbi-bədii tədbir keçirilib Cəmiyyət
  • Vergiyə 260 min borcu olan şirkət gömrük qaydalarını da pozub Dünya
  • KİV: ABŞ İrana qarşı uzunmüddətli hərbi əməliyyata hazırlaşır Dünya
  • AYNA: Naxçıvandan İğdıra və əks istiqamətdə indiyə kimi 1442 nəfər daşınıb Ölkə
  • Evlərini əvəzləşmə qaydasında MTK-ya verənlərə XƏBƏRDARLIQ Ölkə
  • Şəbnəmdən İDDİALI AÇIQLAMA – “Onlara ən çox pul verən mənəm” Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by