Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib Cəmiyyət
  • ABŞ dəniz piyadaları Cənubi Çin dənizində drona zərbə endirdi Siyasət
  • Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu Ölkə
  • Məscidə girib yarıçılpaq video çəkdi, saxlanıldı  Dünya
  • İranda zəlzələ oldu Dünya
  • Sabah dolu düşəcək, dağlara qar yağacaq – PROQNOZ Ölkə
  • Rusiya Ukraynanın üç yaşayış məntəqəsini nəzarətə götürdü Dünya
  • Premyer Liqa: “Qarabağ” “Zirə”ni məğlub edib İdman

Xaçmazda 392 şagird soyuq sinif otaqlarında – Təhsil Nazirliyi hara baxır?

Posted on 12 Fevral 202612 Fevral 2026 By admin Şərh yoxdur Xaçmazda 392 şagird soyuq sinif otaqlarında – Təhsil Nazirliyi hara baxır?

Xaçmaz rayonunun Aslan Aslanov adına Yergüc kənd tam orta məktəbinin mövcud vəziyyəti ilə bağlı yayılan görüntülər ciddi narahatlıq doğurur. Mövcud şərait məktəbdə təhsilin hansı səviyyədə təşkil olunduğu sualını açıq şəkildə gündəmə gətirir.

Məktəbdə 392 şagird təhsil alır. Lakin yayılan kadrlardan görünür ki, təhsil müəssisəsinin fiziki vəziyyəti olduqca acınacaqlıdır. Sinif otaqlarında istilik problemi, infrastruktur çatışmazlıqları və ümumi baxımsızlıq diqqət çəkir. Belə şəraitdə təhsilin keyfiyyətindən danışmaq nə dərəcədə realdır?

Soyuq sinif otağında oturan şagirddən yüksək nəticə gözləmək nə qədər ədalətlidir? Uşaq dərsə fokuslanmalıdır, yoxsa donmamaq üçün yollar axtarmalıdır? Təhsildə keyfiyyət yalnız proqram və imtahan statistikası ilə ölçülmür – məktəbin fiziki mühiti də bu prosesin ayrılmaz hissəsidir.

Məsələ ilə bağlı jurnalist Ülkər Qasımqızı öz sosial şəbəkə hesabında paylaşım edib və mövzunu ictimailəşdirib. Lakin sual açıq qalır: ictimailəşmədən sonra real addım atılacaqmı?

Xaçmaz rayonu üzrə təhsil strukturları, Mərkəzi Aran Regional Təhsil İdarəsi və Elm və Təhsil Nazirliyi bu vəziyyətdən xəbərdardırmı? Əgər xəbərdardırsa, niyə tədbir görülmür? Əgər xəbərsizdirsə, bu özü idarəetmədə ciddi boşluq deməkdir.

Elm və təhsil naziri Emin Əmrullayev son illər təhsildə islahatlar, rəqəmsallaşma və nəticə əsaslı idarəetmə barədə tez-tez açıqlamalar verir. Lakin bölgə məktəblərində elementar istilik və infrastruktur problemi həll olunmadan hansı modernləşmədən danışmaq olar?

Paytaxt məktəbləri ilə rayon məktəbləri arasında yaranan fərq artıq sosial ədalət məsələsinə çevrilməkdədir. Təhsildə bərabər imkan prinsipi kağız üzərində qalmalı deyil. 392 şagirdin taleyi statistik rəqəm deyil – bu, 392 ailənin ümididir.

Nazirlik konkret mövqe bildirməlidir

Bu vəziyyətlə bağlı rəsmi açıqlama verilməlidir. Məktəbin təmir planı varmı? Büdcə ayrılıbmı? Yoxsa hər şey növbəti sosial şəbəkə dalğasına qədər susqun qalacaq?

Təhsil yalnız imtahan nəticəsi deyil, şəraitdir. Şərait olmayan yerdə nəticə tələb etmək isə ədalətsizlikdir.

Xaçmazın Yergüc kəndindəki 392 şagird cavab gözləyir. İndi söz məsul qurumlarındır.

Xeberler.info, Xaçmaz

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: “Nyukasl”la oyunun biletləri bu gün satışa çıxarılır
Next Post: “Sevgililər Günü” qızıl-zinət bazarına necə təsir edib? – AÇIQLAMA

Related Posts

  • Azərbaycanda yağıntı sabah axşamadək davam edəcək Cəmiyyət
  • Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz? Cəmiyyət
  • LEYSAN MƏMMƏDOV – QARABAĞIN YENİDƏNQURMA MİSSİYASINA LAYİQİNCƏ XİDMƏT EDƏN RƏHBƏR Cəmiyyət
  • Yanaşı iki mağaza – Necə olur ki biri yaxşı qazanır, digəri yox? Cəmiyyət
  • Bakıda bu halda kirayə qiymətləri kəskin düşə bilər Cəmiyyət
  • Sarıkökün bu faydalarını bilirdiniz? Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Nadir Qafarzadə: Kül o ailənin başına ki, hədiyyəyə görə söz-söhbət yaranır Cəmiyyət
  • İran ordusu Bəhreynin ən böyük telekom operatoruna dron zərbəsi endirib Siyasət
  • Ötən ilin  inflyasiyası bu qədər olub Ölkə
  • Xameneinin həyat yoldaşı da ÖLDÜ Dünya
  • “Mercedes”lər toqquşdu – 5 nəfər xəsarət aldı Hadisə
  • Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır Siyasət
  • Azərbaycanın 5 aylıq büdcə göstəriciləri açıqlanıb İqtisadiyyat
  • Tovuzda ana körpə qızını atıb gedib – FOTO – YENİLƏNİB Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by