İdman zalında halı pisləşən 49 yaşlı şəxs ÖLDÜ
Masallı rayonunda yerləşən idman kompleksində halı pisləşən şəxs vəfat edib. Hadisə fevralın 28-i saat 16 radələrində Masallı İdman Kompleksində qeydə alınıb. Masallı şəhər sakini 1977-ci il təvəllüdlü Səbuhi Abbasov orada idman edərkən özünü pis hiss edib. Xəstəxanaya yerləşdirilmiş S.Abbasov orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Xamneyinin ölümündən sonra Kərkükdə təhsil iki günlük dayandırılıb
İran lideri Ayətullah Əli Xameneinin vəfatından sonra İraqın Kərkük şəhərində təhsil iki gün müddətinə dayandırılıb.
Prezident Aleksey Overçuku qəbul qəbul etdi – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib. Görüş əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində operativ köməyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünü bildirib. Azərbaycan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Söhbət zamanı qeyd…
Read More “Prezident Aleksey Overçuku qəbul qəbul etdi – FOTOLAR” »
Pezeşkian bütün icra orqanlarına təcili tapşırıq verdi
İran Prezidenti Məsud Pezeşkian ölkənin bütün icra orqanlarına əhaliyə fasiləsiz xidmət göstərməklə bağlı tapşırıq verib. Bu barədə İslam Respublikasının prezidenti sosial şəbəkə hesabında paylaşım edib. “Bütün nazirlərə və digər icra orqanlarının rəhbərlərinə münaqişənin sonuna qədər öz vəzifələrinə uyğun şəkildə əhaliyə fasiləsiz xidmətlər göstərmək missiyasını həvalə etmişəm”, – deyə Pezeşkian bildirib. Xatırladaq ki, fevralın 28-də İsrailin…
Read More “Pezeşkian bütün icra orqanlarına təcili tapşırıq verdi” »
İsrail 100.000 ehtiyat əsgərini çağırır
İsrail ordusu İrana qarşı əməliyyatı çərçivəsində təxminən 100 min ehtiyat əsgəri çağıracağını açıqlayıb.
KİV: İranın yeni müvəqqəti ali liderinin evi vuruldu – VİDEO
İranın müvəqqəti ali lideri Əlirza Ərafinin evinə raket hücumu olub. Bu barədə İsrailin “Channel 9” telekanalı məlumat yayıb. Onun taleyi haqqında heç bir məlumat yoxdur. İran hakimiyyəti də hələlik hücumla bağlı xəbərlərə münasibət bildirməyib.
Rusiya Ukraynanın üç yaşayış məntəqəsini nəzarətə götürdü
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk və Xarkov vilayətlərində üç yaşayış məntəqəsini nəzarət altına alıb. Bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Donetsk vilayətində Drobışevo və Reznikovka, eləcə də Xarkov vilayətində Kruqloye yaşayış məntəqələrini nəzarətə götürüblər.
Umar Cəbrayılovun meyiti tapıldı, Epşteyn işində adı var idi
Moskvada tanınmış çeçen iş adamı Umar Cəbrayılovun meyiti tapılıb. O gecə saatlarında Moskvadakı Vesper Tverskaya dəbdəbəli yaşayış kompleksində mühafizəçilər tərəfindən ağır vəziyyətdə tapılıb. Onun yanında silahı da olub. O, xəstəxanaya aparılıb, lakin həyatını xilas etmək mümkün olmayıb. Cəbrayılov 1958-ci ildə Qroznıda anadan olub. 1997-ci ildə o, “Oxotnıy Ryad” və “Smolenski Passage” ticarət mərkəzlərini, “Kuntsevo” yaşayış…
Read More “Umar Cəbrayılovun meyiti tapıldı, Epşteyn işində adı var idi” »
Boliviyada yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 22-yə çatıb
Fevralın 27-də Boliviyanın paytaxtı La Paz yaxınlığında Mərkəzi Banka məxsus nağd pul daşıyan hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 22-yə çatıb.