“Məni istəməyəni bağışlaya bilmirəm”
Müğənni Xatirə İslam ətrafındakıların ona qarşı münasibətinin saxta olub-olmadığını asanlıqla hiss etdiyini bildirib. Sənətçi bu barədə “İncə səhər” verilişində danışıb. O, illər keçdikcə insanları daha yaxşı tanıdığını və səmimiyyətsiz münasibətləri dərhal hiss etdiyini bildirib: “Məni sevən və sevməyən insanı yaxşı tanıyıram. Sevən insanın hər bir səhvi mənim üçün bal-şəkərdir. Amma məni istəməyən insanın səhvini qəlbimdə…