Bu ölkənin tankeri Hörmüz boğazını keçib
Gəmi izləmə sistemi İrandan olmayan ilk neft daşıyan tankerin Hörmüz boğazından keçdiyini bildirir. “AP” “MarineTraffic” sisteminə əsasən məlumat yayılıb. Bildirilir ki, Əbu-Dabidən xam neft daşıyan Pakistanın “Karaçi” tankeri bazar günü boğazdan keçib. Sistemdən verilən məlumata görə, tanker hazırda Oman körfəzində hərəkət edir.