2026–2027-ci tədris ilindən etibarən yeni təmayüllü tədris modelinin tətbiq olunacağı ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib.

Bildirilib ki, layihənin əsas məqsədi ümumi təhsildə keyfiyyətin yüksəldilməsi, şagirdlərin maraq və bacarıqlarına uyğun təhsil almalarının təmin edilməsi, eləcə də peşəkar müəllim potensialının daha səmərəli şəkildə formalaşdırılmasıdır.

Müsahibələr zamanı namizədlərin peşəkar bilik və bacarıqları, pedaqoji yanaşmaları, kommunikasiya qabiliyyəti, həmçinin yeni tədris modelinin məqsəd və prinsiplərinə uyğunluğu qiymətləndiriləcək.

Qeyd olunub ki, yeni təmayüllü tədris modelinin tətbiqi təhsil sisteminin inkişafına mühüm töhfə verməklə yanaşı, gələcəyin rəqabətqabiliyyətli və uğurlu məzunlarının yetişdirilməsində də əhəmiyyətli rol oynayacaq.

Müsahibə mərhələsində iştirak edən bütün müəllimlərə uğurlar arzulanıb və onların gələcək pedaqoji fəaliyyətlərində yeni nailiyyətlər qazanacaqlarına inam ifadə olunub.

Esmira Hidayətova, Mingəçevir