Erməni xalqı bundan sonra faciələrlə üzləşmək və beynəlxalq oyunçuların əlində alət olmaq istəmirsə, o zaman kənarda vətən axtarışına son qoymalıdır.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan uydurma erməni soyqırımı ilə bağlı müraciətində deyib.
O bildirib ki, bu gün Ermənistan dövləti və sülh mövcuddur. “Dövlət və sülh erməniləri gələcəkdə fəlakətlərin təkrarlanmayacağına zəmanətdir. Bu tarixi məqsədə çatmaq üçün Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat kilometr ərazisini əhatə edən ərazisindən kənarda vətən axtarışına son qoymalıyıq.
Bu ərazi erməni xalqının rifahı və inkişafı üçün kiçik bir ərazi deyil. Bu gün onlarla yaşayış məntəqəmiz boşdur və bütövlükdə dövlət əhalisi azdır. Bu, sülhün olmaması və vətənin dövlət, kimliyin dövlət, təhlükəsizliyin isə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlət olduğunu anlamaqdan irəli gəlirdi. Bu anlayışa əsaslanaraq, erməni xalqı əbədi sürgün və sərgərdanlıq məntiqindən azad olmalıdır.
Ermənistan Respublikası, hazırkı ərazisində, 5 və ya 10 milyon erməniyə ev sahibliyi edə bilər. Sinqapur Sevan gölünün üçdə ikisindən də kiçikdir, lakin 5,5 milyon insana ev sahibliyi edir, çünki dövlət təhsil, özünüdərk, sülh və insan mərkəzli istəklər üzərində qurulub”.
Paşinyan əlavə edib ki, sülh və təhlükəsizlik isə yalnız ərazi bütövlüyünün, suverenliyin və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması yolu ilə qonşularla yaxşı tənzimlənən münasibətlərdən asılıdır. “”İtirilmiş vətən” çağırışı ilə çıxış edənlər bilməlidir lər ki, bu yolun son qaçılmaz nöqtəsi dövlətçiliyin və vətənin itirilməsidir. Çünki dünyada hər kəsin öz tarixi, öz həqiqəti və öz itirilmiş vətəni var”.