Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Uzunömürlülük kefiri hazırlanır Dünya
  • Casusluqda ittiham edilən Fransa vətəndaşının məhkəməsinə bəzi şahidlər məcburi gətiriləcək Dünya
  • İranın yeni ali lideri seçildi – KİV Dünya
  • Şəxsi təyyarə qəzaya uğradı, iki milyonçu öldü Dünya
  • İlon Maskın atasından qalmaqallı açıqlama: Epşteyn sağdır Dünya
  • Böyük hesab səhvi: Dəniz səviyyəsi illərdir yanlış ölçülüb Dünya
  • 2026-cı ildə bir həftə gecikən xəbər media sayıla bilərmi? – Rəqəmsal əsrdə köhnə qəzetçilik modeli çıxılmaz vəziyyətdədir Cəmiyyət
  • İşə qəbul üçün tələb olunan sənədlərin sayı artırılır  Cəmiyyət

Zərərçəkmiş şəxsin hüquqi varisi Bakıda ana və azyaşlı övladının ölümünə səbəb olan sürücünü bağışladı

Posted on 14 Aprel 2026 By admin Şərh yoxdur Zərərçəkmiş şəxsin hüquqi varisi Bakıda ana və azyaşlı övladının ölümünə səbəb olan sürücünü bağışladı

Ötən il Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində yolun müəyyən edilməmiş hissəsindən – yerüstü piyada keçidinin altından keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Əliyeva və onun iki yaşlı övladı Azər Əliyevi avtomobillə vuraraq ölümünə səbəb olan sürücünün məhkəmə prosesi başa çatıb.

Hakim qarşısına təqsirləndirilən şəxs qismində Nuran Nuriyev çıxıb.

Törətdiyi qəzaya görə səmimi peşmanlığını bildirən Nuran Nuriyevin sözlərinə görə, həmin ərazidə yerüstü piyada keçidi olduğu halda, həyatını itirən şəxslər yolu təhlükəli şəkildə keçməyə çalışıblar və nəticədə istəmədiyi halda faciə baş verib.

Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində bildirib ki, hadisə vaxtı həyat yoldaşı və üç azyaşlı uşağı ilə birlikdə sərnişin avtobusundan düşərək yolu keçməyə qərar veriblər:

“Həyat yoldaşıma yerüstü keçiddən istifadə etməyin lazım olduğunu bildirsəm də, Ülviyyə yorğun olduğunu, yolu tez bir zamanda qaçaraq keçə biləcəklərini dedi. İki qızım mənim, Azər isə Ülviyyənin qucağında idi. Mən beton arakəsməyə çatanda məndən arxada olan Ülviyyəni VAZ-2107 markalı avtomobil vurdu. Nəticədə oğlumla birlikdə asfalt örtüyünün üzərinə yıxıldı. Sürücü dərhal avtomobili saxlayaraq onları xəstəxanaya aparsa da, hər ikisinin həyatını xilas etmək mümkün olmadı”.

Ülviyyə Əliyevanın həyat yoldaşı təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını, barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edib.

Qeyd edək ki, məhkəmənin hökmünə əsasən, N.Nuriyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hadisə

Yazı naviqasiyası

Previous Post: 4200 il əvvəl Yerdə güclü sivilizasiyaların süqutuna səbəb ola biləcək hadisə baş verib?
Next Post: Sumqayıtda DƏHŞƏT: qəbiristanlıqda gənc oğlanın meyiti tapıldı

Related Posts

  • Cəlilabadda avtomobilin vurduğu piyada ölüb Hadisə
  • Hindistan gəmisi Oman sahillərində batıb Hadisə
  • Sinif yoldaşı tərəfindən yandırılan şagirddən XƏBƏR VAR Hadisə
  • Xırdalandakı güclü yanğın olub – VİDEO Hadisə
  • Həmin təcili yardım maşınının sürücüsü – Həbs edildi Cəmiyyət
  • Avtomobil inəkləri vurub, aşdı – Xəsarət alanlar var Hadisə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Mingəçevirin “kiçik rəqqası”: Uşaq sanatoriyasından yüksələn ümid dolu bir hekayə Cəmiyyət
  • Masazırda qadın elektrik cərəyanı vurması nəticəsində ölüb Hadisə
  • Cəlilabadda avtomobilin vurduğu piyada ölüb Hadisə
  • Mayda bu BÜRClər pul içində üzəcək – Karyera və şans partlayışı Maraqlı
  • Britaniyaya Rusiya ilə müharibə riski barədə xəbərdarlıq edilib Siyasət
  • Sabah hava necə olacaq? Ölkə
  • 60 mindən çox köçkünün müavinəti kəsilib Ölkə
  • Mətbuatın 151-ci ildönümü Mingəçevirdə coşquyla qeyd olundu: İcra Hakimiyyətində önəmli görüş Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by