Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İranda yeni ali rəhbər seçildi Dünya
  • Miqren yalnız baş ağrısı deyil – Həkimdən xəbərdarlıq Cəmiyyət
  • Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndəriləcək Ölkə
  • Azərbaycan XİN: “Rusiya tərəfindən izahat gözləyirik” Siyasət
  • Tovuzda ana körpə qızını atıb gedib – FOTO – YENİLƏNİB Cəmiyyət
  • Ağdaş rayonunda Vətən müharibəsi şəhidinin atası vəfat edib. Cəmiyyət
  • İlham İsmayılovdan Mingəçevir xanımlarına 8 Mart təbriki Cəmiyyət
  • İzləyicilərinin qarşısında rəqəmsal maska ​​​​taxdı: yayım zamanı əsl siması ortaya çıxdı və… Dünya

Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub – FOTO

Posted on 10 Aprel 2026 By admin Şərh yoxdur Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub – FOTO

Litvanın Baş naziri İnqa Ruqiniene dünya mədəni irs abidələri sırasında yer alan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub.

Ölkə.Az xəbər verir ki, gəzinti zamanı Litvanın Baş nazirinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Sonra Qız qalası ilə tanış olan qonağa qala divarlarının inşa tarixi barədə ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

İçərişəhərdə XV əsrə aid ölkə əhəmiyyətli abidə – Buxara karvansarası ilə tanışlıq zamanı İnqa Ruqiniene bu tarixi məkanın keçmişi və bərpa prosesi barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, qədim ticarət magistralı üzərində ucaldılan və Mərkəzi asiyalı tacirlərin sığınacağına çevrilən bu möhtəşəm tikili Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilən genişmiqyaslı layihə çərçivəsində hazırda öz əvvəlki əzəmətinə qovuşub. Bərpa prosesi abidənin həm memarlıq, həm də mühəndislik xüsusiyyətlərinin qorunması prinsipi ilə aparılıb.

Həmçinin qeyd olunub ki, burada ziyarətçilər sənətkarların yaradıcılıq prosesini yaxından izləmək, milli sənət nümunələrinin hazırlanma mərhələləri ilə tanış olmaq, eləcə də özləri üçün unikal suvenirlər əldə etmək imkanı əldə edirlər.

İçərişəhərdə gəzinti zamanı xanım İnqa Ruqiniene təndir çörəyinə qonaq edilib.

Daha sonra Litvanın Baş naziri orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə də tanış olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

 

Ölkə

Yazı naviqasiyası

Previous Post: “İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir”
Next Post: CBS: Bazadan çıxan ABŞ hərbçiləri yalanı ifşa etdilər

Related Posts

  • Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir Ölkə
  • İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib Ölkə
  • AYNA: Naxçıvandan İğdıra və əks istiqamətdə indiyə kimi 1442 nəfər daşınıb Ölkə
  • Vüsal Nəsirli onu özünə müşavir təyin etdi (FOTO) Ölkə
  • Xaricdə yaşayan azərbaycanlıların DİQQƏTİNƏ Ölkə
  • Şəhid atası dünyasını dəyişdi (FOTO) Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • İrandan daha 27 nəfər Azərbaycana təxliyə edildi Ölkə
  • Naxçıvanda avtomobil su kanalına aşıb – xəsarət alanlar var Hadisə
  • Böyük hesab səhvi: Dəniz səviyyəsi illərdir yanlış ölçülüb Dünya
  • Test Cəmiyyət
  • İtkin düşən 5 nəfər ötən gün tapılıb Cəmiyyət
  • Şəhid atası dünyasını dəyişdi (FOTO) Ölkə
  • “Diesel”in yaradıcısı vəfat etdi Dünya
  • Səfəvilərin İranda tikdirdiyi “Gülüstan” sarayı vuruldu Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by