Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Nadir Qafarzadə: Kül o ailənin başına ki, hədiyyəyə görə söz-söhbət yaranır Cəmiyyət
  • “Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır Ölkə
  • İsrail 100.000 ehtiyat əsgərini çağırır Dünya
  • İbrahim Tatlısəs qızını məhkəməyə verdi Mədəniyyət
  • Sadə ürək yanması deyilmiş: təhlükəli xəstəliyin gizli əlaməti Cəmiyyət
  • Roma Papası çağırış etdi Dünya
  • Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? Ölkə
  • Bu ölkədə qızılca yayıldı Dünya

Bu ölkənin “Eurovision”da iştirakı qadağan edilə bilər

Posted on 16 Mart 2026 By admin Şərh yoxdur Bu ölkənin “Eurovision”da iştirakı qadağan edilə bilər

Rumıniya milli seçim turunun qalibi Aleksandra Kepitenesku ölkəsini nüfuzlu mahnı müsabiqəsində təmsil etmək hüququndan məhrum edilə bilər.

Buna səbəb hüquq müdafiəçilərinin və ekspertlərin “Choke Me” (“Məni boğ”) kompozisiyasını təhlükəli seksual təcrübələrin romantikləşdirilməsində ittiham etmələri olub.

Əvvəllər “Rumıniyanın səsi” (The Voice Romania) şousunda qalib gələn Kepitenesku martın 8-də “Avroviziya”ya vəsiqə qazanıb. Onun nü-metal (nu-metal) üslubunda hazırlanmış nömrəsi provokasiya xarakterli mətnə malikdir: üç dəqiqəlik ifa zamanı “məni boğ” ifadəsi 30 dəfə təkrarlanır, həmçinin “ağciyərləri partlatmaq” istəyi və “nəfəs almağın çətin olması” barədə sətirlər mövcuddur.

Beynəlxalq fəallardan və ekspertlərdən ibarət qrup Avropa Yayım İttifaqına müraciət edərək ya milli seçimin nəticələrinin ləğv edilməsini, ya da müğənnini mətnini dəyişməyə məcbur etməyi tələb edib. Durham Universitetinin hüquq professoru Kler Maqqlinn mahnını gənc qadınların həyatı ilə oynayan və onların sağlamlığına qarşı narahatlıq doğuran etinasızlıq nümayiş etdirən “təhlükəli təcrübənin düşünülməmiş normallaşdırılması” adlandırıb.

Ötən il Boğulma ilə Mübarizə İnstitutu tərəfindən aparılan araşdırmalar göstərib ki, 35 yaşadək insanların yarısından çoxu qarşılıqlı razılıq əsasında intim münasibət zamanı boğulma ilə üzləşib, üstəlik onların təxminən üçdə biri səhvən bunun təhlükəsiz yollarının olduğunu düşünüb. Tibbi məlumatlar təsdiqləyir ki, bu növ təcrübələr beyin zədələri və psixoloji pozuntular da daxil olmaqla, uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilər.

Sənətçinin özü isə israr edir ki, onun mahnısı zorakılığa çağırış deyil, şübhələrdən və daxili təzyiqdən boğulan gənc yaradıcının emosional mübarizəsinin metaforasıdır. Lakin tənqidçilər, o cümlədən məşhur norveçli psixoloq və “ESC Norway” bloqeri hesab edirlər ki, müəlliflər bunun necə bir rezonans doğuracağını yaxşı anlayaraq, şüurlu şəkildə “hayp” mövzusundan istifadə edirlər.

Dünya

Yazı naviqasiyası

Previous Post: Öncəki yazı
Next Post: Qərb derbisində qalib müəyyənləşmədi

Related Posts

  • Şəxsi təyyarə qəzaya uğradı, iki milyonçu öldü Dünya
  • İranda yaşayış binasında partlayış baş verib, ölən və yaralananlar var Dünya
  • BƏƏ 24 saatda bu qədər raket və dron ələ keçirdi Dünya
  • Daha 7 məşhur SAXLANILDI: Hande Erçel, Sabancılar.. Dünya
  • Fransa prezidenti Azərbaycan dilində paylaşım edib Dünya
  • Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Rayonlarda yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ Ölkə
  • Araşdırma: Maço ölkələr daha bədbəxtdir Dünya
  • Tramp: İranla müharibə bizim üçün ekskursiyadır Siyasət
  • AAYDA: Bibiheybət yolunda bərpa işlərinə başlanılıb Ölkə
  • ABŞ-nin xərcləri 42 milyard dolları ötüb Dünya
  • “Diesel”in yaradıcısı vəfat etdi Dünya
  • 16 min şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib – Baş nazir Cəmiyyət
  • Daha 7 məşhur SAXLANILDI: Hande Erçel, Sabancılar.. Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by