Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Yaxşı ki, səviyyəsiz verilişlər yığışdırıldı” Maraqlı
  • İzləyicilərinin qarşısında rəqəmsal maska ​​​​taxdı: yayım zamanı əsl siması ortaya çıxdı və… Dünya
  • AYNA: Naxçıvandan İğdıra və əks istiqamətdə indiyə kimi 1442 nəfər daşınıb Ölkə
  • Seneqal millisi çempionluğunu bu şəhərdə qeyd edəcək İdman
  • Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir – Baş nazir  İqtisadiyyat
  • Azərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium göndəriləcək İqtisadiyyat
  • Netanyahunun mətbuat katibi istefa verir Dünya
  • Zərərçəkmiş şəxsin hüquqi varisi Bakıda ana və azyaşlı övladının ölümünə səbəb olan sürücünü bağışladı Hadisə

“Vaşinqton təxribatı”nı kim(lər) təşkil edib?! – Adlar, gizlinlər və təfərrüatlar…

Posted on 23 Fevral 2026 By admin Şərh yoxdur “Vaşinqton təxribatı”nı kim(lər) təşkil edib?! – Adlar, gizlinlər və təfərrüatlar…

Vaşinqtonda düzənlənən təxribat, Prezidentin qaldığı otelin qarşısında yaşanan insident bir daha təsdiq etdi ki, Azərbaycanın və İlham Əliyevin əldə etdiyi hər yeni uğur, hər növbəti nailiyyət düşmənləri, anti-milli qüvvələri sözün gerçək anlamında çilədən çıxarır, aqressivləşdirir və daha iyrənc ssenarilər üzərində işləməyə, düşünməyə vadar edir.
Bəli. Nonsensin əsl adı da elə məhz budur: Bir tərəfdə (hadisədən təxminən 2-3 saat öncə) o nəhənglikdə ABŞ-nin rəhbəri Azərbaycan və Əliyev kəlmələrini davamlı səsləndirməkdən, təkrarlamaqdan qürur duyduğunu, xoşhal olduğunu dilə gətirir. Digər tərəfdə isə… Öz içimizdən olan nanəciblərin, azərbaycanlı adına ləkə olan quldurların, lələkli kamikadzelərin iyrənc hərəkətləri ilə üzləşirik…
Aksiya imiş…Belə aksiyamı olur?!
Hərə bir tindən quzğun kimi çıxır, otelin bütün həndəvəri terrorçular (onlara başqa ad tapa bilmirəm) tərəfindən bağlanır, ən ağır söyüşlər söyülür, ətraf provokasiyaya çəkilir, təhlükəsizlik xidmətinin əməkdaşları hücuma məruz qalır, binaya giriş cəhdləri olur, kənardan məqsədli videoçəkilişlər aparılır, anındaca “söyüş müxalifəti”nin şizofrenləri canlı yayımlar açır, mövzunu, hadisəni, baş verənləri kontekstdən çıxarmağa çalışır…
Və bunun adı, sizin təbirinizcə aksiyadır, hə?!
Baxıram sifətlərə: Birində insan cizgisi, vətən əlaməti, aydın baxış yoxdur! “Homo sapiens” hələ onların timsalında zühur etməyib.
Hə, gediblər Amerikaya. Yaşayırlar orada.
Hətta guya siyasi fəaliyyətlə də məşğuldurlar…
Amma;
AXCP, “Milli Şura” kimi bədxassəli törəmələrdən, tör-töküntülərdən “miras” qalmış qaragüruhçu adətləri, ənənələri pozmayaraq!
“Öz millətimə, dövlətimə bacardığım hər pisliyi edəcəm” andına sadiq qalaraq!
Vaxtilə “Qələbə” meydanında çıxardıqları səviyyəsiz, səbatsız, kustar hoqqaları illər sonra Vaşinqton küçələrinə daşıyaraq!
Dəyişməyərək, böyüməyərək, olğunlaşmayaraq!
Baxıram, Tofiq Yaqublunun oğlunun ritorikasına: İlahi, gen necə də inkarolunmaz, təkzibedilməz, ciddi faktordur!
Eyni şivə, eyni yanaşma, eyni səsləniş.
Eyni “işverənlik”, eyni saxtakarlıq, eyni namərdlik…
Vaxtilə atası Ukrayna səfirinin qarşısında Azərbaycanı necə “baqaj”a qoymağa çalışırdısa, indi də balası Vaşinqtonda bənzər şeyləri edir, diplomatik korpuslar, konsulluqlar qarşısında oxşar hekayələri danışır, birəbir cümlələri oxuyur.
Baxıram, amerikalı polislərə: Şokdadırlar. Stupordadırlar. Nə baş verdiyini anlamırlar.
Çünki, beyinlərinin hansısa küncünə, yarımkürəsinə sığdıra, yerləşdirə bilmirlər ki, bir millətin, bir dövlətin bu qədər nankor, bu qədər dəyus nümayəndəsi, müxalifi, əks fikir daşıyıcısı ola bilər.
Dəyərli dostlar. Əziz bacı və qardaşlar!
Bilin və əmin olun: Azərbaycana qarşı və Liderimizin əleyhinə yönəlmiş bütün icraatlar xüsusi koordinasiya formasında həyata keçirilir və birbaşa xarici kəşfiyyatlar tərəfindən idarə (sinxronizə) edilir, istiqamətləndirilir.
Əvvəlcə, Prezidentin ailəsini hədəfə aldılar.
Daha sonra Münxendə “suyu bulandırmağa” çalışdılar.
Ardınca (qadın ətirli) səfirlik gədəsi özündən yeni, “kreativ” nağıl uydurdu. Daha dəqiq söyləsəm: Emin Hüseynov, dostu və kirayədə bərabər qaldığı Mirzə Kərimovu da qabağına qataraq, onunla “qaçdı-tutdu” oynayaraq, növbəti şousunu göstərdi. Ki, bəs, qoymayın, məni izləyirlər.
Hərgah, adamdan soruşan lazım: Səni hansı səbəbə izləsinlər ki?
Tutası deyillər, sorğu-sual edəsi deyillər, götürüb harasa gətirəsi deyillər, söhbətləşəsi deyillər, müzakirə aparası deyillər.
Üstəlik, yerin bəlli, yurdun bəlli, ünvanın bəlli.
O zaman, arxanca niyə adam salsınlar ki? Niyə güdsünlər ki?
Nəyinə lazımsan axı sən, bu hakimiyyətin?
Kimsən axı sən, ay bədbəxt?!
Nəhayət. “Vaşinqton təxribat”ı…
Öncə trayektoriyaya diqqət edək: Hadisədən sonra (həm də dərhal!) ilk reaksiyanı kim verir? – Amerika ermənilərinin Milli Komitəsi. (ANCA)
Onların bəyanatından düz 5 dəqiqə sonra isə amerikalı siyasətçi, demokratların təmsilçisi Frank Pallone baş verənlərlə bağlı son dərəcə sərt açıqlama yayır (Azərbaycan hakimiyyətini ittiham edərək).
İndi baxaq görək, “ANCA” və Pallone kimdir?
ANCA – erməni siyasətində şovinist qanadın maraqlarını açıq müdafiə edən və Qarabağ mövzusunda qızışdırıcı mövqe tutan bir təşkilatdır. 1941-ci ildə yaranıb. Maliyyə dayaqları (əsasən) Rusiya və Fransaya bağlıdır. Mərkəzi ofisi Pensilvaniyada yerləşir.
Vacib məqam: Təxribat zamanı Azərbaycan Prezidentinin qaldığı hotel ( “Waldorf Astoria”) ilə ANCA-nın ofisi arasındakı məsafə cəmi 1 km-dir və gələn son məlumatlar budur ki, qarşıdurma cəhdindən öncə ANCA-nın mərkəzi qərargahında azərbaycanlı şəxslərlə (Rəhim Yaqublu, Adil Əmrahlı, Murad Quliyev, Vaqif Allahverdiyev və digərləri) 5 dəfə görüş keçirilib və onlara bütün təlimatlar dəqiqbədəqiq verilib.
Ayrıca. Etibarlı mənbələr onu da iddia edir ki, Mehman Hüseynov, Sevinc Osmanqızı, Beydulla Manafov, Abid Qafarov və Altay Göyüşov da ANCA ilə ciddi işbirliyindədir və adıkeçən şəxslərin maliyyəsi məhz bu xətlə təmin olunur.
Konkret Mehmanla bağlı ehtimalları gücləndirən əlahiddə səbəb isə, onun təxribat cəhdindən düz 4 gün əvvəl ANCA-nın ofisinin 240 metrliyində yerləşən “Moon Rabbit” (927 F/St.NW/Washington, DC 20004) restoranında Rəhim Yaqublu ilə bərabər görünməsidir.
İndi isə Frank Pallone haqqında…
Amerikalı siyasətçi. Demokrat Partiyasının üzvü. Nyu-Cersi ştatının ABŞ Konqresində təmsilçisi. Erməni məsələləri üzrə Konqres kokusunun (Congressional Armenian Caucus) həmsədri.
Pallone həmçinin, “907”-ci düzəlişin sərtləşdirilməsinin əsas təşəbbüskarlarından biri, bölgədə hazırkı şərtlərlə sülhün imzalanmasının qəti əleyhdarı və Amerikada erməni təşkilatlarının (ələlxüsus, ANCA-nın) faktiki siyasi himayədarıdır.
Bir nüansı da xüsusi vurğulayım: Pallone, 2024-cü ildə (COP29 – İqlim Konfransı ilə əlaqədar) Bakıya etdiyi 3 günlük qısa səfər müddətində belə, son dərəcə provokativ açıqlamaları ilə yadda qalıb və onun bu addımı həm rəsmi Bakı, həm siyasi partiyalar, həm də vətəndaş cəmiyyəti üzvləri tərəfindən kəskin etirazla qarşılanıb.
Nəhayət. Yaddaşları təzələmək üçün!
Xatırlayırsınızmı, bir vaxtlar Qafqazla bağlı ABŞ Konqresində keçirilən dinləmələri? Səhv etmirəmsə, insan hüquq və azadlıqlarına həsr edilmişdi və tarix də təxminən 2003-2004 aralığı olardı.
Həmin dinləmələrdə “İctimaiyyət və tamaşaçılar” kateqoriyası (Audience/Publik) üzərindən və çıxışçı qismində iştirak edən tək azərbaycanlı bilirsinizmi kim idi? – Türkel Kərimli. Əli Kərimlinin oğlu!
Yaxşı, bəs onun gəlişi, ön akkreditasiyası, protokola zidd çıxışı necə təmin edilmişdi? – Adam Şiff, Cek Speier və bir də…(necə deyərlər, “eyib söhbətdir ki) Frank Pallonenin sayəsində.
Yeri gəlmişkən: Masada da Türkel, Pollone ilə bərabər əyləşmişdi və onların bütün dinləmə zamanı söhbətləşmələri diqqətdən yayınmamışdı.
***
Bax belə, əzizlərim!
İstədim sadəcə tam təfsilatı ilə biləsiniz ki, Qalib Azərbaycana və onun Müzəffər Liderinə hücumlar təşkil edən, dövlətimizə çamurlar atan, bütün qırmızı, toxunulmaz xətləri keçən yaramazlar, xainlər, casuslar əslində hansı yuvanın və ən əsası: kim(lər)in QUŞlarıdır…
Siyasət

Yazı naviqasiyası

Previous Post: Mingəçevir Dövlət Universitetinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə komandasının iclası keçirilib
Next Post: Ərindən icazəsiz ata evinə gedən qadınlar HƏBS OLUNACAQ

Related Posts

  • Fars körfəzi ölkələri raket və PUA-ların hücumları barədə məlumat verib Siyasət
  • Netanyahu Livanda işğalın genişləndirilməsini əmr etdi Siyasət
  • Pezeşkian: Müharibəyə son qoymaq iradəmiz var Siyasət
  • Qaz uğrunda savaş: İsrail bazara girir, Bakı üstünlüyünü qoruyur Siyasət
  • Deputatdan təklif: Belçika ilə parlamentlərarası qrupunun fəaliyyəti dayandırılsın Siyasət
  • Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə neft məhsullarının daşınması ucuzlaşıb Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Neftimizin qiyməti 94 dolları keçdi İqtisadiyyat
  • Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirib Dünya
  • Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər Cəmiyyət
  • Lənkəranın bəzi yerlərində işıq olmayacaq Ölkə
  • Mingəçevirdə İlaxır Çərşənbə böyük coşqu ilə qeyd olundu Cəmiyyət
  • “İsrail Yaxın Şərq müharibəsinin son fəslinə yaxınlaşır” Siyasət
  • Plastik şüşələr bu xəstəliyin müalicəsinə kömək edə bilər Maraqlı
  • Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak etdi Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by